Teymur Rəcəbov: "Qızım mənə mesaj göndərdi. Yazmışdı ki..."

Teymur Rəcəbov: "Qızım mənə mesaj göndərdi. Yazmışdı ki..."Bütün fikrimi və konsentrasiyamı sona qədər saxlamağa çalışırdım. Bu cür sakitliyi qorumaq, sevincli və ya kədərli olduğunu göstərməmək üçün çox böyük emosiyanı saxlamalı olursan.

BiG.AZ apasport.az-a istinadən bildirir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Onlayn blits şahmat üzrə "Airthings Masters" turnirinin qalibi olan qrossmeyster çempionluq sevincini bölüşüb. Finalda Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən Rəcəbov bildirib ki, qarşılaşmalar kifayət qədər gərgin alınıb: "Bu, məndən çox böyük enerji aldı və çox yorğunam. Çalışdım ki, Levonu əsas matçlarda - blitsdə məğlub edim. Deyə bilərəm ki, "quru oyun" nümayiş etdirirdim. Səmimi olsam, məqsədim öz oyunumla kiminsə xoşuna gəlmək yox, yarışın qalibi adını qazanmaq idi. Çünki peşəkar şahmatçıyam. Həyəcanlı idim, ya yox, mənim üçün bir fərqi yoxdur. Çalışırdım ki, turnirin qalibi olam".

Həmişə sakitliyi ilə diqqət çəkən Rəcəbov görüşün sonundakı emosiyalarına da aydınlıq gətirib: "Bəli, bəzən mən də emosional oluram. Bu, doğurdan, çətin idi və mən çox xoşbəxtəm. Sakit təbiətli insanlar tanıyıram ki, onlar, əslində, çox emosionaldır. Mən, sadəcə, emosiyalarımı göstərməməyə çalışıram. Sonda isə bunu bacarmadım. Çünki çox gərgin oyun idi və mən sonda qarşılaşmanı xilas edə bildim. Düşünürəm ki, yeni ilə bundan yaxşı başlamaq olmazdı".

Qrossmeyster finalın ilk qarşılaşmasında Aronyanı 2,5:1,5 hesabı ilə məğlub etdikdən sonra xüsusi enerji aldığını da qeyd edib: "Ötən gün qızım mənə mesaj göndərdi. Yazmışdı ki, ata təbrik edirəm, yaxşı oyun idi, növbəti matçda da sənə uğurlar arzulayıram. Bu gün Levonun mənə xüsusilə ağ fiqurlarla çox təzyiq göstərəcəyinə əmin idim. İlk oyun mənim üçün xoş olmadı. Bir müddət tamamilə matçı uduzmuşdum. Öz sakitliyimi qorumağa çalışırdım. Oyunda məğlub olmaq istəmirdim və rəqibin şahını "tələyə" salmağın yolunu tapdım. Çox çətin idi, Levon yüksək səviyyəli şahmatçılar kimi təzyiqi davam etdirirdi. Əlbəttə, yeni ilə bundan yaxşı başlamaq olmazdı, lakin bu, mənim bütün enerjimi apardı, özümü çox yorğun hiss edirəm".

Şahmatçı qarşıdakı planlarından da danışıb. Qalib olmaqla, ABŞ-da keçiriləcək Çempionlar Turunun final mərhələsinə vəsiqə əldə edən Rəcəbov bildirib ki, əsas məqsədi təqvimdə olan digər 8 yarışda uğurlu iştirakdır. O, böyük finalda oynayacağı üçün məmnun olduğunu da sözlərinə əlavə edib.

Rəcəbov son mərhələlərdə qazandığı qələbələrin sirrini də açıqlayıb. O vurğulayıb ki, hər şey turnirə uğurlu hazırlıqdan başlayıb: "Müəyyən dərəcədə ümid edirdim ki, Maqnus Karlsenə (1/4 finalda uduzub - red.) qarşı oynamayacam. Yan Nepomnyaşi ilə mübarizədə blitsdə uduzdum və özümə dedim ki, Karlsen burda yoxdur, lakin yenə uduzuram. Buna görə də oyunumda bəzi dəyişikliklər etdim və bu qərarı vermək də müəyyən zaman aldı. Bu, yarışda özümdən əminliyim üçün çox vacib an idi. Daha sonra düşünürəm ki, necəsə mənə ikinci bir şans və ya buna oxşar bir şey verildi. Nepomnyaşi ilə ikinci blits oyunundan əvvəl fasilə götürdüm. Bilmirəm, siz elmə, enerjiyə və s. inanırsınız, ya yox. Sona qədər mübarizə aparmalı idim".

Rəcəbov son illərdə az yarışda iştirak etməsinin səbəblərini də açıqlayıb. O bildirib ki, şahmatdan ayrılmayıb: "Hər kəsə elə gəlirdi ki, ayrılmışam. Sadəcə, oynamırdım, lakin çox məşq edirdim. Çuçelovla bu gün də görüşdə lazımi gedişlər barədə müzakirələr aparmışam. 2013-cü ildə İddiaçılar Turnirində top şahmatçılara bütün oyunlarda məğlub olmuşdum. Özümə sual vermişdim ki, oynamağı dayandırmalıyammı? Mən, sadəcə, oynamağı saxlamışdım. Bu, davam edəcək yeganə yol idi. Çünki super turnirlərə çıxırdım və İddiaçılar Turnirindən sonra özümə əminliyi itirmişdim. Buna görə də bir növ karyeramda fasilə vermək qərarına gəldim. Çuçelov bunun peşəkar şahmatçı üçün çıxış yolu olmadığını dedi və mən də oyun üsulumu dəyişərək, rəsmi oyunlara qatıldım".

O, qalibi olduğu Dünya Kubokundan da danışıb. Rəcəbov qeyd edib ki, həmin yarış onun üçün tamamilə bir sürpriz olub: "Mən bununla özümə əminliyimi daha yüksək səviyyəyə çatdırdım. Bundan əvvəl uzun illər, 2013-2014-cü illərdən sonra top səviyyəli bir şahmatçı hesab edilmirdim. Bu, hamısı özümə əminliklə əlaqəli idi. Böyük yarışmalarda iştirak edərək, bunu bir növ geri qaytardım. Bunun üzərində çox işlədim, hələ də öz oyunum üzərində çalışıram. İlkin mərhələdəki 12, həmçinin nokaut mərhələsindəki şahmatçılardan hər biri turnirin qalibi ola bilərdi. Bu, yarışa həyəcan qatırdı. Mən də bu turnirin bir hissəsi olduğum və yekunda qalib gəldiyim üçün məmnunam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5185   Tarix: 04 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 1877
.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 282
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 335
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 845
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 611
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 387
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 274
.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 435
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 366