Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab

Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitabBiG.AZ bilge.az-a istinadən Albert Eynşteynin düşüncəsinə və nəzəriyyələrinə həlledici təsir göstərən 5 ən sevimli kitabının adlarını təqdim edir.

Albert Eynşteynin böyük kitabxanası vardı və o, coşğun kitab oxusu idi. Görkəmli fizikin özü etiraf edib ki, bəzi kitablar onun düşüncələrinə ciddi təsir göstəriblər. O, bir qayda olaraq fəlsəfə və elm kitablarını üstün tutardı. Buna görə də bir çoxları tərəfindən tarixin ən parlaq zəkalarından biri hesab olunan Albert Eynşteyn təsadüfən ortaya çıxmamışdı. Elm adamı tarixin böyük mütəfəkkirlərindən çox şey öyrənib, bu, onun həvəsli bir oxucu kimi böyük iştahasında və geniş kitab kolleksiyasında öz əksini tapıb.

"21-ci əsr üçün Eynşteyn" kitabının müəllifləri məşhur alimin kitabxanasını təsvir ediblər. Redaktorlar Peter Qallison, Gerald J. Holton və Silvan S. Şveberin yazdığına görə, "kitabxanada dövrün əksər yaxşı kitabları vardı" və kolleksiyanın böyük hissəsi alman dilində idi. Kitabxanada adları olan müəlliflərə misal kimi Boltzmann, Buşner, Fridrix Hebbel, Haynenin əsərlərinin iki nəşri, Helmoltz və Humboltdu göstərmək olar. Kitabxanada həmçinin İmmanuel Kant, Gotthold Lessinq, Nitsşe və Şopenhauer kimi filosofların da əsərləri vardı.

Bəs Eynşteynin ən sevimli kitabları hansılar idi? Böyük ehtimalla bu sualın cavabı yoxdur, amma biz nisbilik nəzəriyyəsinin yaradıcısının təkrar-təkrar qayıtdığı kitabların hansılar olduğunu bilirik.

Onun ən sevimli beş kitabını təqdim edirik.

5. "Hisslərin analizi" - Ernst Max

Eynşteynin özünün yazdığına görə, 19-cu əsrdə yaşamış avstriyalı filosof və fizik nisbilik nəzəriyyəsinin inkişaf etdirilməsi üçün ona çox böyük təsir göstərmişdi. "Hisslərin analizi" əsərində Max insan hisslərinin sürüşkənliyi və eqonun dəyişkənliyi barədə yazıb.

Maxın əsərində həmçinin Nyutonun zaman və məkanla bağlı nəzəriyyələri tənqid edilir, bu, Eynşteynə öz düşüncələrini formalaşdırmaqda ilham qaynağı rolunu oynamışdı. Faktiki olaraq Eynşteyn Maxdan götürdüyü hipotezi - ətalətin iki obyekt arasındakı qarşılıqlı əlaqədən doğduğu fikrini - "Max prinsipi" adlandırmışdı, Eynşetyn bu fikrə çox böyük dəyər verirdi.

1915-ci ildə Moritz Şlikə yazdığı məktubunda Eynşteyn nisblik nəzəriyyəsini ortaya çıxaran düşüncələrinə hansı yazıçıların təsir göstərdiyini açıqlamışdı:

"Sənin çox düzgün şəkildə gördüyün kimi bu düşüncə trendi (pozitivizm), xüsusilə E. Max və hələ də Hyum mənim çalışmalarıma böyük təsir göstəriblər, Hyumun dərketmə ilə bağlı traktatını mən nisbilik nəzəriyyəsinin ixtirasından əvvəl böyük coşğu və heyranlıqla oxumuşdum. Əgər bu fəlsəfi əsərlər olmasaydı, mən çox güman həll yolunu tapa bilməzdim".

O, bu məktubunda Ernst Max və Devid Hyumun əsərlərinin onun düşüncəsinə böyük ilham verdiyini açıqlayıb açıqlamağına, amma bu da məlumdur ki, illər keçəndən sonra Eynşteyn Maxın əsərlərini və xüsusilə pozitivizmi (teologiya və metafizikanı inkar edən məntiq əsaslı fəlsəfi ideyanın məğzi bu idi ki, hər bir rasional iddia elmi cəhətdən təsdiqlənə bilər və "pozitiv" bilik təbii fenomenə və onun xüsusiyyətlərinə əsaslanır) rədd etmişdi.

4. "Don Kixot" - Migel de Servantes

Eynşteynlə birgə çalışan Leopold İnfeld "Sorğu" adlı avtobioqrafiyasında onun Servantesin cəngavərlikdən bəhs edən "Don Kixot" əsərini necə böyük məhəbbətlə oxumasından yazıb:

"Eynşteyn köynəksiz və pijamasız yatağına uzanar və gecə lampası ilə "Don Kixot" oxuyardı. Bu onun ən sevdiyi kitab idi və o, onu istirahət etmək üçün oxuyardı..."

3. "Etik" - Barux Spinoza

Barux Spinoza 17-ci əsrdə yaşamış yəhudi əsilli holland filosofu idi, onun əsərləri Maarifçilik və "İncil"in müasir tənqidinə yol açmışdı. Spinozanın "Etikalar"ı Qərb düşüncəsində fundamental əsərlərdən biridir, əsər etik və məqsədyönlü həyata dair instruksiya verməklə yanaşı, reallığın və kosmologiyanın bütöv şəklini verir. Kitab insan xilqətlərinin Tanrının "formaları" olduğunu deməklə, Tanrını təbii nizam kimi təsvir edir. Spinozanın fikrincə, baş verən hər şey Tanrının təbiətindən doğur.

Spinozanın "panteizmi" Eynşteynin dünya barəsindəki ruhani görüşlərinin bir parçasını əhatə edirdi. O, bir dəfə Rabbi Herbert S. Qoldşteynə belə demişdi:

"Mən insanlığın əməllərinə və talesinə görə narahat olan Tanrıya deyil, özünü bütün mövcudiyyət ilə harmoniyada tapan Spinozanın Tanrısına inanıram".

2. "İnsan təbiəti barədə traktat" - Devid Hyum

Eynşteynin özünün etiraf etdiyinə görə, 18-ci əsrdə yaşamış şotland filosofunun elm və insan təbiəti arasındakı bağlılığı dərk etməkdən ötrü yazdığı kitab ona ciddi təsir göstərib. Hyumun elmi cəhətdən əxlaqi fəlsəfə yaratmaqdakı müvəffəqiyyəti fiziki cəlb edirdi, çünki kitab metafiziki spekulyasiyadan müşahidə edə biləcəyimiz faktlara istiqamətlənməli olduğumuzu deyirdi. Burada mühüm bir xəbərdarlıq da vardı, Hyuma görə, təkcə müşahidə təbiətin qanunlarını qavramağa kifayət etmir. Bu ipucu Eynşteynin ənənəvi omayan düşüncələrinin formalaşmasına böyük təsir göstərmişdi.

1. Yohan von Götenin kolleksiyası

Eynşteynin böyük kitab kolleksiyasının böyük bir qismini yəqin, alman müəllif Yohan von Götünin əsərləri təşkil edirdi. Fizik Götenin 36 cilddən ibarət əsərlərinə, həmçinin 12 əlavə cildə, "Optikalar"ın 2 cildinə (həmçinin Göte və Şiller arasındakı məktub mübadiləsi daxil olmaqla) və "Faust"un bir digər cildinə sahib idi.

Eynşteyndə Götenin büstü də var idi və o, alman dilində danışan köməkçilərinə şairdən sitatlar deyərmiş. 1932-ci ildə Leopold Kasperə yazdığı məktubda o, Göteyə "tayı-bərabəri olmayan, tarixin ən ağıllı və müdrik insanlarından biri kimi heyran" olduğunu yazırdı. O, həmçinin qeyd edirdi ki, "hətta onun elmi fikirləri ciddi yanaşılmaya layiqdir, onun qüsurları isə bütün böyük adamlara xas qüsurlardır".

Əgər sizə dünyanı dəyişdirən alimin sevdiyi başqa kitablar da maraqlıdırsa, deyə bilərik ki, o, Fyodor Dostoyevskinin "Karamazov qardaşları"nı və teosofist Helena Petrovna Blavatksinin mistik traktatı "Gizli İsa"nı oxumağı da çox sevirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1123   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571