Sərxoş sürücülərə qarşı cəzalar daha da SƏRTLƏŞDİRİLİR - VİDEO

Sərxoş sürücülərə qarşı cəzalar daha da SƏRTLƏŞDİRİLİR - VİDEOÖlkəmizdə sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilir. Əvvəllər belə sürücülər aşkar edildikdə onlara 400 manat və 5 bal cərimə yazılırdı. Inzibati xətalar məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə yeni qaydalar qüvvəyə mindikdən sonra, il ərzində iki dəfə sərxoş avtomobil idarə edən sürücü saxlanarkən onun sürücülük hüququ birmənalı şəkildə ləğv ediləcək. Təkliflərdən biri də yol polisinin yerində sürücüyə yazdığı cərimə ilə bağlıdır.

Avtomobili sərxoş halda idarə edənlərə qarşı cəzalar daha da sərtləşdirilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə sürücü sərxoş vəziyyətdə avtomobil idarə edərsə, ona 400 manat və 5 bal cərimə yazılır, yaxud da onun sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Yeni təklifə əsasən isə həmin xətanın törədilməsinə görə cərimə balı 10 bala qaldırılır, pul cəriməsi isə 400 manat olaraq qalır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu sanskaiya sürücülərin məsuliyyətini artıracaq.

Yəni bu o deməkdir ki, il ərzində iki dəfə sərxoş vəziyyətdə aşkar edilən şəxs, sərxoşluğa görə yazılan cərimədən sonra avtomatik 20 bal toplamış sayılır. Bu zaman sürücülük hüququndan birmənalı şəkildə məhrum ediləcək. Qaydalara ediləcək dəyşiklikdən sürücülər də razıdırlar. Xüsusən də təcrübəsi daha çox olanlar.

Ərşad Hüseynovun sözlərinə görə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd edilir ki, sərxoş olduğu halda sürücü müayinədən boyun qaçırarsa, ilk dəfə aşkar edildiyində 400 manat və 10 bal cərimə olunacaq. Hansı ki, əvvəlki qaydada bu 400 manat və 5 bal idi.

Təklif edilən dəyişiklikdən biri də yol polisinin sürücüyə qayda pozduğu halda yerində yazdığı protokolun qüvvəyə minməsi ilə bağlıdır. Hazırki qaydalara görə yolda xəta törədən sürücü polisə etiraz etsə də, patrul əməkdaşı ona protokol yazaraq müəyyən məbləğdə cərimə edirdi. Amma yeni qaydada bu belə olmayacaq.

Ekspert vurğulayıb ki, qayda pozan sürücünün razılığının yerində ifadə edilməsi və bununla da mübahisə ilə bağlı işin məzmununun daha aydın olmasına nail olmaqdır.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1126   Tarix: 24 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 303
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 226
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 266
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 258
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103