Sevgililərin məhkəmə çəkişməsi - "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"

Sevgililərin məhkəmə çəkişməsi - "Mənə mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"Gəncə şəhərində qadını intim görüntüləri ilə şantaj edən 1985-ci il təvəllüdlü Əliyar Əliyevin məhkəməsi başa çatıb.

BiG.AZ teleqraf.com-a istinadən bildirir ki, Əliyar Əliyev 2019-cu ilin oktyabr ayında ər-arvad münasibətində olduğu Mətanət Səmədovanın (ad və soyad şərti verilib - red.) mobil telefonunu əldə edib.

Qadın niyə şantaj olundu?

Əliyar Əliyev Mətanətin telefonunun yaddaşında olan başqa kişilərlə və özünü tək çəkdirdiyi yarıçılpaq şəkli, videoları ələ keçirib. Sonra qadını rüsvayedici şəkil və videoları yaxın qohumlarına yayacağı ilə hədələyib.

2019-cu ilin oktyabr ayının ortalarından başlayaraq Gəncə şəhərində "Eleqans" adlanan kafedə görüşməklə, daha sonra mobil telefonla ondan hədə-qorxu ilə 5000 manat pul tələb edib.

Mətanət Səmədova Gəncə Şəhər Kəpəz rayon Polis İdarəsinə bu barədə ərizə ilə müraciət edib. Keçirilən əməliyyat nəticəsində Əliyar Əliyev həbs olunub.

Əliyar Əliyev barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

"Evinə gedib-gəlirdim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əliyar Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, Mətanət Səmədovanı təxminən 2012-ci ildən tanıyır: "Mətanətlə aramızda həmin vaxtdan münasibət yarandı və bir-birimizi sevdik. Ailəli olduğum üçün Mətanətlə rəsmi nikah bağlaya bilmədim. Lakin sevdiyim üçün onun yaşadığı evə gedib-gəldim və öz ailəm kimi münasibət saxladım.

Sonradan Mətanətlə ayrıldım. Buna səbəb Mətanətin əxlaqsız həyat tərzi keçirməsi və mənə yalan danışması oldu".

"Oğlanlarla qucaqlaşmış şəkillərini gördüm"

Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, təxminən oktyabr ayının 15-20-si tarixləri arasında Mətanətin telefonunu götürüb:

"Telefonu satmaq və ona yenisini almaq istədim. Həmin telefonu Mətanətdən aldım, ona baxdıqda yaddaşında olan fayllarda başqa oğlanlarla restoranda qucaqlaşmış, rəqs edərkən və digər səmimi şəkillərini gördüm. Mətanətdən bu şəkilləri nə üçün çəkdirdiyini və həmin şəkildə olan kişilərin kim olduğunu soruşdum.

Mətanət onların adlarını deməsə də, Gürcüstanda və Türkiyədə restoranda tanış olduqlarını söylədi. Mətanətdən nə üçün yarıçılpaq formada yad kişilərlə şəkil çəkdirdiyini soruşdum. Onlarla yalnız oturub yemək yediyini, hər hansı intim münasibətdə olmadığını bildirdi. İnanmadığım üçün onunla mübahisə etdim. Telefonu da götürərək ondan ayrıldım".

"Mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi"

Əliyev Əliyevin sözlərinə görə, təxminən bir neçə gün sonra 2019-cu ilin oktyabr ayının ortalarında Mətanətə zəng edib, onunla görüşmək istədiyini deyib: "Mətanət bir neçə gün sonra mənə zəng etdi, Gəncə şəhərində olan "Eleqans" adlanan kafedə olduğunu dedi, məni həmin kafeyə çağırdı. 2019-cu ilin oktyabr ayının sonları idi. Mətanətin zəngindən sonra həmin yerə getdim. Çay içdik, söhbət etdik. Ona əxlaqsız həyat tərzinin yanlış olduğunu və uşaqlarının böyüdükdə bu hərəkətindən utanacaqlarını dedim.

Mətanət isə əxlaqsız həyat tərzinin ona xoş olduğunu və mütəmadi cinsi əlaqədə olmaq istədiyini dedi. Bu hərəkətlərindən əl çəkməsə, kişilərlə olan yarıçılpaq şəkillərini anasına, atasına göstərəcəyimi dedim. Niyyətim Mətanəti bu yoldan çəkindirmək idi.

Həmin şəkilləri anasına göstərəcəyimi dedikdə Mətanət xahiş etdi ki, bu cür etməyim. Əgər şəkillərini anasına və atasına göstərməməyimi istəyirsə, 5000 manat verməli olduğunu, pul verərsə, həmin şəkilləri siləcəyimi dedim".

"Pul verə bilmirəm, şəkli sil..."

Əliyar Əliyev qeyd edib ki, Mətanət bankda pulu olduğunu və həmin puldan ona 5000 manat verəcəyini deyib: "Ona vaxt verdim. Bir neçə gün sonra Mətanət zəng etdi və mənə pul verə bilməyəcəyini söylədi. Onunla sağollaşdım, telefonu söndürdüm.

Bundan sonra Mətanət mənimlə yenə əlaqə saxladı, pulun yarı hissəsini verəcəyini bildirdi və həmin şəkilləri silməyimi istədi. Dedim ki, pulun hamısını düzəlt. Lakin Mətanət xahiş etdi ki, pulu bir neçə dəfəyə versin.

Təklif etdim ki, pulun bir hissəsini indi, bir hissəsini 2019-cu ilin dekabr ayında, qalanını da 2020-ci ilin mart ayında versin. Bildirdim ki, pulun axırıncı hissəsini aldıqdan sonra şəkilləri və digər məlumatları gözünün qarşısında siləcəm. Həm də dedim ki, 5 ildən artıq qeyri-rəsmi ailə münasibətlərimiz olduğundan sözümü tutacam".

"Bu vaxt polislər yaxınlaşdı"

Əliyar Əliyev bildirib ki, Mətanət ona yenidən zəng edib: "Pulun yarısını düzəltdiyini dedi, Mərkəzi Poçtun yerləşdiyi küçədə görüşməyi təklif etdi. Həmin gün saat 13 radələrində avtomaşınımla həmin yerə getdim. Mərkəzi Poçtun yerləşdiyi küçədə Mətanətə yaxınlaşdım. Mətanət cəmi 500 manat pul düzəldə bildiyini dedi, cibindən çıxararaq mənə verdi. Pulu götürdüm, Mətanətdən pulu alarkən saymadım. Ona inandığım üçün pulu götürdüm. Bu vaxt polis əməkdaşları mənə yaxınlaşdılar və Mətanətdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli olduğumu dedilər.

Məni saxladıqdan sonra Kəpəz Rayon Polis İdarəsinə aparılacağımı bildirdilər. Etiraz etmədim və polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getdik".

Əliyar Əliyev ifadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ondan heç bir şikayəti olmadığının nəzərə alınmasını xahiş edib.

Bu cinayət işinə Gəncənin Nizami Rayon Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılıb.

Əliyar Əliyev 3 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2307   Tarix: 23 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 381
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 336
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 422
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 270
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 111