Dilarə yanan aktyordan danışıb ağladı: "Vəziyyəti pisdir"

Dilarə yanan aktyordan danışıb ağladı: "Vəziyyəti pisdir"Yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın vəziyyəti pisdir.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. Verilişə zəng edən Əməkdar artist Dilarə Əliyeva həmkarının yardıma ehtiyacı olduğunu söyləyib:

"Cavid bizim ailəmizin bir üzvüdür, çox üzüldük onun durumuna. Hər gün dua edirik. İnşallah, sağlığına qovuşar, gülər, zarafatlaşar. Onun üçün çox çətin durumdur. Vəziyyəti pisdir. İki körpə balası var".

Qeyd edək ki, C.Telman hazırda 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir. Cavidə 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilən aktyorun bədəninin 70 faizi yanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5249   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş