Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırıldı

Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırıldıMüdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib.

Oxu.az xəbər verir ki, bu barədə Rupor.az saytı məlumat yayıb.

Qeyd edək ki, Elxan İbrahimov 2020-ci ilin iyulunda sözügedən vəzifədən ehtiyata buraxılan general-mayor Natiq Əliyevin vəzifələrini icra edirdi. O, daha öncə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsində çalışıb. Polkovnik daha sonra xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib.

Onu da əlavə edək ki, Elxan İbrahimovun müdafiə naziri Zakir Həsənovun yaxın qohumu olduğu bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2014   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş