17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı - Şalvar geyinən ilk azərbaycanlı qadın

17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı - Şalvar geyinən ilk azərbaycanlı qadınBiG.AZ Kulis.az-a istinadən 60-cı illərin dəb ikonası, musiqişünas Nərgiz Xəlilova haqqında maraqlı faktları təqdim edir.

Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə "Bakinskiy raboçiy" qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira Xəlilova ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayır.

***

Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi.

***

Üzeyir Hacıbəyov dəfn olunanda orta məktəb şagirdi olan Nərgiz Xəlilova onu məzarı başında fəxri qarovul dəstəsində dayananlardan biri olub. Bu kadr hətta "Üzeyir ömrü" filmində də yer alıb.

Deyilənə görə Nərgiz o qədər gözəl imiş ki, o, küçəyə çıxan zaman avtomobil qəzaları baş verirmiş.

***

Nərgiz qayğısız uşaqlıq illəri yaşayıb. İsti ailə münasibəti, diqqəti ilə əhatə olunsa da, çox keçmir xəstəliyindən əziyyət çəkən anası Elvira xanım dünyasını dəyişir. Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşür. Lakin bir müddət keçəndən sonra o, yenidən ailə həyatı qurur.

***

Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. Boşanandan sonra Nərgiz ata evinə qayıdır.

O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqət cəlb edir. Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirir. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinir.

***

Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar.

***

Daha sonra cütlük Moskvaya köçmək qərarına gəlir. Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır. Əvvəlcə o tək işləyir. Sonra dəstə şəklində işləməyə başlayılar və qızıl alıb xaricə satırlar. Qohumlarından heç biri Nərgizin Moskvada nə işlə məşğul olduğunu bilmir. Nərgiz onlara deyir ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur.

Günlərin birində isə onlar şübhəli şəxs kimi saxlanırlar, Bakıdakı mənzillərində olan hər şeyi müsadirə olunur. Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın "Doktor Jivaqo", Anna Axmatovanın "Rekviyem", Aleksandr Soljenitsının "İlk dairədə", Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar.

***

Nərgiz Xəlilova valyuta cinayətində ittiham olunur və səkkiz il həbs cəzasına məhkum edilir. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir. Nərgiz dəstə üzvlərinin sadəcə adını bilir. Amma SSRİ hakimiyyəti onu onlarla əlaqədə günahlandırır.

***

KQB-inin müstəntiqi evli və iki qızı olan İsaak Qerşveld Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və ona aşiq olduğunu qeyd edir.

Nərgiz Qerşveldə təklifinə razılıq verib ona ərə gedir. Onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olunur.

***

Nərgiz Qerşveldlə ailə qurduqdan sonra yenidən Moskvaya köçür. Qerşveld Moskvada tipoqrafiya açır. Nərgiz həbsdən çıxandan sonra onun keçmiş sevgilisi Slavik Aqaranov ona yanına qayıtması üçün yalvarsa da, Nərgiz bundan imtina edir.

***

Nərgiz Xəlilova fəal işgüzar həyat yaşayıb. O, həm də dünyəvi bir qadın olaraq Azərbaycan Milli İncəsənət Muzeyində çalışıb, xeyriyyə işləri görüb, Üzeyir Hacıbəyov fondunu zənginləşdirib, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyurdu. Tez-tez baş rolları Lyüdmila Duxovnaya və Murad Yegizarovun oynadığı Rus Dram Teatrını ziyarət edir, təkcə Bakıda deyil, Moskvada müxtəlif sərgilərə və tədbirlərə qatılır.

***

1998-ci ildə Nərgizin atası Üzeyir Hacıbəylinin ev-muzeyi direktoru vəfat edir. Onun ölümündən sonra Nərgiz vəzifəni öz üzərinə götürür. O, muzeyin yenidən qurulmasını planlaşdırır.

Nərgiz Xəlilova 150-yə yaxın Azərbaycanın mədəniyyət xadimlərinə aid məqalələrin və Ümumittifaq Teatr və Musiqi Ensiklopediyasının müəlliflərindən biri idi.

***

1990-cı illərin sonlarında Nərgiz özünü pis hiss etməyə başlayır. Halsızlıq, tez yorulma onu əldən salır. Həkimlər səhvən ona ağciyərlər soyuqlaması diaqnozunu qoyurlar. Nərgizi güclü antibiotiklərlə müalicə etməyə başlasalar da, vəziyyəti getdikcə daha da pisləşməyə başlayır. 1998-ci ildə qardaşı Rüfət Nərgizi Moskvaya aparır. Orada onu yoxlanmaq üçün Gertsen adına Onkologiya İnstitutuna yerləşdirirlər. İnstitutuda Nərgizə leykoz diaqnozunu qoyulur.

***

Heç vaxt övlad sahibi olmayan Nərgiz Xəlilova vəfat edəndə onu sink tabutda Bakıya gətirdilər. Hava limanında çoxlu sayda tanış və tanış olmayan adamlar toplaşır. O, Bakıda yerləşən rus qəbiristanlığında dəfn olunur.

Deyilənə görə, Nərgiz 17 yaşı olanda Bakının sabiq meri olmuş Ə. Ləmbəranskinin məşuqəsi olub. 1961-cı ildə Əliş Ləmbəranski onun şərəfinə Bakının Fəvvarələr meydanında "Nərgiz" kafesini ucaldıb, həm də Parisdə restoran və Nyu-Yorkda iki mağaza adlandırılıb.

***

Şair Rəsul Həmzətov Nərgiz Xəlilovaya şeir həsr edib, Otar Taktaşişvili roman, Arkadi Arkanov hekayə yazıb. 2008-ci ildə nəşr olunan Eduard Bağırovun "Sevgililər" romanında, 2019-cu ildə Regina Krasivskayanın "Bakı şəhərinin əfsanəsi - Nərgiz" kitabında Nərgiz Xəlilovanın həyatına toxunulur.

***

Onun həyatından bəzi faktlar Moskva teatrının "Yarasa" tamaşasının əsasını təşkil edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6105   Tarix: 17 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292