Övladı olmadı, Azərbaycanı biryolluq tərk etdi, gözləri tutuldu... – Kinomuzun Humayı hardadır?

Övladı olmadı, Azərbaycanı biryolluq tərk etdi, gözləri tutuldu... – Kinomuzun Humayı hardadır?BiG.AZ Kulis.az-a istinadən aktrisa Zemfira İsmayılova haqqında maraqlı faktları təqdim edir.
Səməd Vurğunun "Komsomol poeması" əsasında çəkilmiş "Yeddi oğul istərəm" filmində Gəray bəyin qızı Humayı canlandıran aktrisa Zemfira İsmayılova daha çox bu obrazla tanınıb və sevilib.

***

Aktrisanın kinoya ilk gəlişi "Dəli Kür" filmi ilə olub. Zemfira İsmayılova bu filmdə "Pakizə" rolunu canlandırıb. Sonralar "Sevil"də Gülüş, "Ən vacib müsahibə"də neftçi, "Gilas ağacı"nda Sa
Təəssüf ki, Zemfira İsmayılovanın həyatı təvəllüd tarixi ilə bağlı heç bir məlumat yoxdur. Lakin deyilənlərə görə, aktrisa Bakıda dünyaya gəlib, burada təhsil alıb.

***

Zemfira İsmayılova uzun müddət kino sahəsində fəaliyyət göstərsə də, ailə qurduqdan sonra, həyat yoldaşının təkidi ilə sənətdən uzaqlaşıb. Səhnədən uzaqlaşması ilə o, bütün sənət yoldaşlarından, ictimaiyyətdən də uzaqlaşıb. Çünki aktrisanın kinodan sonrakı həyatı haqqında demək olar ki, kimsə hər hansı bilgiyə sahib deyil.

***

"Yeddi oğul istərəm" filmində Humayın sevgilisi olmuş Cəlal obrazının ifaçısı, Azərbaycanın xalq artisti Ənvər Həsənov Zemfira İsmayılova haqqında deyir:
"Mən kinostudiyada çalışanda Zemfira xanım hələ cavan idi, bizdə redaktor işləyirdi. Həmin o illər ərzində Zemfira ilə dostluğumuz yarandı. Bizim dostluğumuza söz ola bilməzdi, hər kəs münasibətimizə pərəstiş edirdi. Onun Musabəyov küçəsində birotaqlı evi var idi. Biz tez-tez həmin evdə yığışıb söhbətləşərdik, filmləri müzakirə edərdik. Zemfiranın ailəsi haqqında isə heç nə bilmirdik, çünki heç özü də bu mövzuda danışmağı sevmirdi. Onu tanıyandan tək görmüşəm, tək də yaşayıb. Amma qonaqpərvərliyinə söz ola bilməzdi. Çayı, kofesi, bir də dadlı tortu süfrədən heç əskik olmazdı. O, hamını özünə yaxın buraxmazdı, amma sevdiyi adamları da həqiqətən sevirdi. Onun pərəstişkarları, arxasıyca gəlib-gedənlər də az deyildi. Çünki çox gözəl xanım idi. İlk dəfə "Yeddi oğul istərəm" filmində tərəf müqabili olduq. Bu filmdən sonra Zemfira xanım kino aləmindən uzaqlaşdı. Film yayımlanandan sonra da 1, ya 2 dəfə görüşə bildik. Bir də xəbər tutdum ki, Moskvaya gedib. Elə ondan sonra da əlaqələrimiz tamamilə kəsildi. Amma o, həmişə mənim ürəyimdədir…"

Kinostudiyada kursun işi dayanandan sonra Zemfira İsmayılova Moskvaya gedib Qorki adına Ədəbiyyat İnstitutunda poliqrafiya üzrə təhsil alır. 20 il orada yaşayır, sonra yenidən Azərbaycana qayıdıb "İşıq" nəşriyyatında işləyir. O dövrün kitablarının bir çoxunun redaktə olunmasında onun böyük olub. Lakin çox təəssüf olsun ki, poliqrafiya sahəsi onu kinodan tamamilə uzaqlaşdırır.

***

Zemfira xanım kitab oxumağı çox sevirmiş. Dostları xatırlayır ki, onun evinin iki otağı kitabla dolu olub. Çoxları onu aktrisalıqdan əlavə həm də jurnalist kimi tanıyır.

***

Bəzi mənbələrə görə, aktrisanın atasının adı Aleksey olduğu üçün onu başqa millətə aid edirlər. Amma Zemfira əsl azərbaycanlı olub, atasının isə əsl adı Əli idi.

Deyilənrə görə, aktrisa heç vaxt hansısa rola iddia irəli sürməyib. Ona hansı filmdə, hansı rol deyilsə, razılaşıb, ifa edib.

***

Xalq artisti, kinorejissor Əbdül Mahmudov da Zemfira İsmayılova ilə yaxın dost olub. O, müsahibəsində xatırlayır:
"Zemfira İsmayılova qısa müddətdə çox sürətlə filmlərə çəkilməyə, uğur qazanmağa başladı. Həqiqətən də o çox şirindilli, istiqanlı qız idi. Zarafatı, deyib-gülməyi də çox sevirdi. Boşuna ona "Güləyən qız" adını qoymamışdıq. Ən adi zarafata belə ürəkdən gülürdü. Bəzən iş rejimi çətin olurdu, yorğun olurduq. Elə olanda Zemfiranı danışdırıb güldürürdük, inanın bütün kollektivin kefini aça bilirdi.

***

Aktrisa kino sahəsində çox az müddət olsa da, çalışdığı müddətdə müxtəlif mükafatlar da alıb. Deyilənlərə görə çox təmizkar, özünə baxımlı və mehriban qadın olub. "Yeddi oğul istərəm" filmindəki Humay obrazı ilə böyük populyarlıq qazansa da, qətiyyən qürrələnmir. Hətta film çəkilişləri zamanı lazım olanda kollektivdə hamıya çay süzüb qulluq da edirmiş.

Milyonçu-xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva ilə Zemfira xanım yaxın rəfiqə olublar. Onun sözlərinə görə Zemfira İsmayılova hazırda sağdır. Gözləri tutulan aktrisa anası ilə birgə İsrailə köçüb və orada bacısının yanında yaşayır:

"Hazırda Zemfira İsmayılova İsraildə yaşayır. Onunla çox yaxın rəfiqə olmuşuq. İki ildir ki, onunla əlaqəm yoxdur. Ora gedəndən bir dəfə telefonla danışdıq, amma sonra nə qədər zəng etdimsə, mənə cavab vermədi. Lakin bilirəm ki, sağdır, yaşayır. Orda bacısı və anası ilə qalır, özünün ailəsi yoxdur. Cavan yaşlarında bir dəfə ailə qurdu, o da çox çəkmədi, boşandı. Sonra daha ailə qurmaq istəmədi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2454   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554