Maşını bərk sürmək üstündə bıçaqlanma - Balaxanıda başdaşı düzəldən gənc öldü

Maşını bərk sürmək üstündə bıçaqlanma - Balaxanıda başdaşı düzəldən gənc öldüBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Şamaxı rayonu Adnalı kənd sakini, 26 yaşlı Ülvi Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ bildirir ki, virtualaz.org-un xəbərinə görə, bir neçə il öncə hərbi xidmət zamanı əsgər yoldaşını bıçaqlayaraq həbsə düşən Ülvi Mahmudov oxşar cinayəti ötən il Balaxanı qəsəbəsində törədib. Bu dəfə əvvəlkindən fərqli olaraq ağır dərəcəli bıçaq yarası alan qəsəbə sakini 33 yaşlı Natiq Məmmədovu ölümün pəncəsindən xilas etmək mümkün olmayıb.

Mahmudovlar ailəsi dörd il öncə Şamaxı rayonundan Bakıya köçüblər. Beş nəfərlik ailə Balaxanı qəsəbəsində məskunlaşıb. Ülvi müxtəlif tikinti yerlərində fəhləlik edib, qardaşı Mehrac isə telefon mağazasında satıcı işləyib.

Təqsirləndirilən Ülvi Mahmudov ifadəsində hadisə baş verən gün iş yoldaşıgildə qaldığını, səhər ordan çıxıb evlərinə gələrkən yolda tanışı Camalla rastlaşdığını deyib: "Camalı qəsəbədə fəhləlik edən vaxtlar tanımışdım. Bir neçə dəfə mənə çay, su vermişdi, aramızda dostluq yaranmışdı".

Ü. Mahmudovun ifadəsinə görə, Camal ona həyətində apardığı tikinti işləri barədə danışıb. Elə bu vaxt küçəylə hərəkət edən "Moskviç" markalı avtomobil onların yanına çatanda sürəti artırıb. Ülvi sürücüyə "niyə elə sürürsən, görürsən söhbət edirik" dedikdə sükan arxasındakı şəxs maşını saxlayıb, avtomobildən düşüb onlara yaxınlaşıb. Əsl faciə də bundan sonra baş verib. Sürücünün "yaxşı edirəm, sənə nə" deməsi və əli ilə Ülvini itələməsi bu faciənin başlanmasına rəvac verib:

"Sinəmə yumruq vurdu. Zərbənin təsirindən arxaya doğru getdim, kürəyim divara dəydi. Sonra gözümün altına yumruq atdı. Cibimdən bıçağı çıxarıb vurub qaçdım. Gecə evində qaldığım iş yoldaşım Yusifgilə gəldim. Hadisə barədə ona heç nə demədim. Yusifin telefonundan qardaşım Mehraca zəng vurub adam bıçaqladığımı dedim".

Ü.Mahmudov ifadəsində Natiqi öldürmək niyyəti olmadığını deyib: "Natiqin öldüyünü bilməmişəm. Qardaşım dedi ki, gəl işlədiyim telefon mağazasına, mən də ora getdim. Mağazaya girmək istəyəndə iki polis əməkdaşı yaxınlaşdı, polis şöbəsinə getməli olduğumu dedilər. Natiqi əvvəllər tanımamışam. İlk dəfə hadisə yerində görmüşəm. Mənə qarşı Natiq təhqiramiz ifadələr işlətməyib. Aramızda münaqişə bir-iki dəqiqə davam edib. Natiqi öldürmək məqsədim olmayıb".

Balaxanı qəsəbəsində məzar daşlarının düzəldiləməsi ilə məşğul olan mərhum Natiq Məmmədovun anası Xatirə Qurbanova ifadəsində səhər saatlarında oğlunun dostu Vüqarın ona zəng vurub Natiqin bıçaqlanmasını xəbər verdiyini deyib: "Xəstəxanada tibb bacısı işləyirəm. Səhər təxminən 09:00 radələri olardı. Oğlumun dostu Vüqar zəng vurub dedi ki, Natiqi xəstəxanaya gətirirəm. Həmin vaxt mən gecə növbəsindən çıxıb artıq evə gedirdim. Vüqarın zəngindən sonra taksiyə minib yenidən xəstəxanaya qayıtdım. Oğlumun heç kimlə münaqişəsi, düşmənçiliyi olmayıb".

Hadisənin canlı şahidi olan Camal Yaqubovun ifadəsindən: "Natiqi qəsəbə sakini kimi tanıyırdım. Ülvini isə bizim qəsəbədə tikinti işləri aparılan zaman fəhləlik edən vaxtlar tanımışam. Hadisə baş verən gün Ülvi ilə söhbət edən zaman uzaqdan asta hərəkət edən avtomobil bizim yanımıza çatanda sürəti artırdı. Ülvi də sürücüyə iradını bildirdi. Sükan arxasında olan Natiq maşından düşüb Ülviyə yaxınlaşdı, "yaxşı edirəm" deyib sinəsinə yumruq vurdu. Sonrasa sol gözünə yumruq ilişdirdi. Ülvi bıçaq çıxarıb Natiqə zərbə endirib qaçdı. Natiq maşının qapısına açıb dizi üstə yerə yıxıldı. Sağ əlini oturacağa, başını da əlinin üstünə qoydu. Həmin vaxt hadisə yerinə adamlar toplaşmışdı. Bir neçə dəqiqə sonra Natiqin dostu Vüqar gəldi, qucaqlayıb yan oturacağa oturtdu. Natiq hərəkətsiz idi, şüuru özündə deyildi".

Mərhumun yaxın dostu Vüqar Şeydayev Natiqin heç kimlə problemi olmayan, sakit təbiətli insan olduğunu deyib: "Bir yerdə Balaxanı qəbristanlığında işləyirik, məzar daşları düzəldirik. Natiq hər səhər həmin küçə ilə işə gəlirdi. Səhər tezdən balaca bir uşaq qaça-qaça gəlib Natiqi bıçaqladıqlarını dedi. Tez qaçıb həmin yerə getdim. Natiqin halı özündə deyildi, yarasından çoxlu qan axırdı, nəfəs almırdı, hərəkət etmirdi. Xəstəxanaya apardıqda həkimlər Natiqin artıq keçindiyini dedilər".

Beləliklə, sözün əsl mənasında "heç nəyə görə" küçənin ortasında adam bıçaqlayıb öldürən bu şamaxılı fəhlə indi ömrünün xeyli qismini həsbxana divarları arasında keçirməli olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1000   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814