Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər

Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblərAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandası 10-19 Aprel tarixlərində İtaliyanın Lignano Sabbiadora şəhərində keçirilən Dünya seriyası yarışında iştirak edir.

Bu barədə "Report"a Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Yarışda iştirak edən idmançılarımız Avropa Açıq çempionatına hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər:

Raman Saleh 100 m sərbəst üsulla üzmə növündə 53:65

Raman Saleh 100 m bel üzərində üzmə növündə 1:01:50

Dana Şandıbina 100 m sərbəst üsulla üzmə növündə 1:10:28

Dana Şandıbina 100 m bel üzərində üzmə növündə 1:28:44

Vəli İsrafilov 100 m brass növündə 1:05:58

Üzgüçülük idman növü üzrə Avropa Açıq çempionatı 16-22 may 2021-ci il tarixlərində Portuqaliyanın Madeyra şəhərində keçiriləcək.

Qeyd edək ki, hər üç idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 343   Tarix: 18 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş