Bakıdakı Dünya Kubokunda medallar DRONLA VERİLDİ - SƏBƏB - VİDEO

Bakıdakı Dünya Kubokunda medallar DRONLA VERİLDİ - SƏBƏB - VİDEOBakıda keçirilmiş bədii gimnastika üzrə Dünya Kubokunda ən diqqətçəkən məqamlardan biri mükafatçı idmançılara medalların dronlarla təqdim edilməsi olub.

BiG.AZ xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə "Report"a açıqlamasında bu addımı pandemiya ilə bağlı hazırkı şəraitdən irəli gələn növbəti yenilik kimi dəyərləndirib.

"İnsanların bir araya maksimum az toplaşması məqsədilə medallar gimnastlara dron vasitəsilə təqdim edildi. Bu, həm də tamaşaçı iştirakı olmadan keçən yarışlara yeni rəng qatdı" deyə o vurğulayıb.

AGF rəsmisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Yerli Təşkilkat Komitəsinin mövcud karantin qaydaları və sanitar-epidemioloji tələblərə tam riayət etdiyini söyləyib: "Bu istiqamətdə müvafiq dövlət strukturları ilə sıx əməkdaşlıq etdik. Həmçinin iştirakçı ölkələrin nümayəndə heyəti üzvlərinin Bakıya gəlişi istiqamətində müvafiq olaraq, Dövlət Miqrasiya Xidməti və Nazirlər Kabineti ilə əməkdaşlığımız oldu. Onu da qeyd edim ki, Beynəlxalq Gimnastika Federasiyasının pandemiya dövründə keçirilən yarışlarla bağlı mövcud qaydalarına riayət olundu və heç bir problem yaranmadı".

Baş katibin sözlərinə görə, bir qayda olaraq yarışlardan əvvəl nümayəndə heyətləri üçün istiqamətləndirici iclas keçirilir: "Bu dəfə pandemiya ilə əlaqədar həmin iclas onlayn formatda təşkil olundu. Yarışda gimnastların çıxışlarından sonra müsahibələri üçün nəzərdə tutulan miks-zona onlayn açıqlamalarla əvəzləndi. Jurnalistlər hətta arenaya gəlmədən də istədikləri gimnastdan müsahibə imkanı əldə etdilər".

Qeyd edək ki, ötən gün başa çatmış Dünya Kubokunda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət Azərbaycan komandası 5 topla hərəkətlərdə bürünc medal qazanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 667   Tarix: 10 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593