Mərkəzi Bankdan saxta pullarla bağlı AÇIQLAMA - FOTO
Vətəndaşlarda pul nişanının həqiqiliyi ilə bağlı hər hansı şübhə yarandıqda onu Mərkəzi Banka və ya onun ərazi idarələrinə, eləcə də ölkə ərazisində fəaliyyət göstərən istənilən kommersiya banklarına ekspertiza üçün təqdim edə bilər.
BiG.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, AMB qanunvericiliklə müəyyən olunmuş funksiyalardan irəli gələrək pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə istiqamətində davamlı tədbirlər həyata keçirir:
"Bu tədbirlərin nəticəsində son 4 il ərzində tədavüldən aşkar edilmiş saxta pul nişanlarının həcmi 50 faizdən çox azalaraq 2021-ci il ərzində 181 ədəd təşkil edib ki, bunun da yalnız 7 faizi 20 manatlıq pul nişanının payına düşüb.
Beynəlxalq səviyyədə aparılan qiymətləndirmələr göstərir ki, ötən il respublika üzrə dövriyyədə hər 430 min ədəd kağız pul nişanına bir ədəd saxta pul nişanı, avro zona üzrə hər 58 min ədədə 1 ədəd saxta pul nişanı, Rusiyada isə hər 220 min ədədə bir ədəd saxta pul nişanı düşüb ki, bu da ölkədə milli pul nişanlarımızın saxtalaşdırma səviyyəsinin aşağı olduğunu göstərir".
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən pul nişanının saxta olması müəyyən edildikdə müvafiq tədbirlərin görülməsi üçün pul nişanı hüquq-mühafizə orqanına təqdim edilir:
"Qanunvericiliyin tələbinə əsasən, saxta pul nişanının nominal dəyəri ödənilmir və geri qaytarılmır. Saxta pul nişanının hazırlanması və satışı ilə məşğul şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 656 Tarix: 25 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
"Bu gün qeyd etdiyim kimi, Konstitusiya və Minsk qrupunun buraxılması - bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. "Bəli
19.07.2025 128 Prezident: "Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir"
"Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Şuşa Qloba
19.07.2025 132 Azərbaycanda kərə yağı ehtiyatı 3 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 min 269,6 ton kərə yağı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır. İyulun 1-nə ölkədə 153,2 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,
19.07.2025 103 Polşa yüzlərlə Gürcüstan vətəndaşını deportasiya edəcək
Yüzlərlə Gürcüstan vətəndaşı Polşadan deportasiya ediləcək. -ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin daxili işlər naziri Tomaş Simonyak deyib. Bu qərar onların Şərqi Avropa dövlətinin ərazisində cinayət əməlləri həyata keçirərkən tutulduqları üçün qəbul edilib. "Gürcüsta
19.07.2025 100 ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın davam etdirilməsini dəstəkləyib
ABŞ Nümayəndələr Palatası səs çoxluğu ilə Ukraynaya hərbi yardımın davam etdirilməsini dəstəkləyib. "Report" respublikaçı konqresmen Don Beykonun "X" hesabına istinadən xəbər verir. Qeyd olunur ki, ABŞ Nümayəndələr Palatası müvafiq qərarı 353 konqresmenin səsi ilə dəstəkləyib, 7
19.07.2025 95 İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaqla hədələyib
İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxa və sanksiya təzyiqi artdığı təqdirdə uranı 60 %-dən yuxarı zənginləşdirməyə başlaya bilər. "Report" xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının mətbuat katibi İbrahim Rezai "Tasnim"
19.07.2025 143 Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan həbs edilib
Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan Ermənistanda ölkədə "hakimiyyəti devirməyə ictimai çağırışlar" ittihamı ilə həbs edilib. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq qərar İrəvan ümumi yurisdiksiya məhkəməsi tərəfindən qəbul edilib. Qeyd edək ki, daha əvvəl Ermənista
19.07.2025 124 Prezident: "Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir"
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunun iştirakçıları il
19.07.2025 102 Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 20 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 97 139 turist ziyarət edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur. "Report" Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn turistlərin sayı 28 571 (il ərzində 17
19.07.2025 123