Tokio-2020 Yay Olimpiya Oyunları başlayır

Tokio-2020 Yay Olimpiya Oyunları başlayırBu gün Tokio-2020 Yay Olimpiya Oyunları start götürür.

BiG.AZ xəbər verir ki, 32-ci Yay Olimpiadasının bəzi yarışları iki gün öncə başlasa da, rəsmi açılış iyulun 23-də baş tutacaq.

17 gün davam edəcək ən böyük multiidman yarışında 204 ölkədən 11 mindən artıq atletin iştirakı gözlənilir. Onlar 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiada yubanma ilə təşkil edilən ilk yarış kimi tarixə düşəcək. İndiyədək ləğv olunan yarışlar olsa da, təxirəsalmaya təsadüf edilməyib.

İkinci dəfə bu mötəbər yarışın ev sahibi olacaq Yaponiyanın paytaxtı 4 idman növü üçün ilklə əlamətdar olacaq. Karate, idman qayayadırmanması, skeytbordinq və serfinq ilk dəfə Olimpiada proqramında yer alacaq.

İştirakçı 204 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmiz 7-ci dəfə Yay Olimpiadasına müstəqil ölkə kimi qatılır. Aktivində 6 Qış Olimpiadası da olan idmançılarımızın debütü Atlanta-1996-da gerçəkləşib.

Yalnız Atlanta-1996-da qızıl medal qazanmayan idmançılarımız sonrakı 5 Olimpiadada ümumilikdə 7 çempionluq yaşayıb. Tokioya qızıl medal ənənəsini davam etdirmək üçün yollanan yığmamız 44 nəfərlik heyətə malikdir.

Olimpiadaya 13 idman növündə qatılacaq yığmamız əsas ümidləri bunlardan bir neçəsi ilə bağlıdır. Ənənəvi olaraq ölkəmizə medal gətirən güləş, cüdo və boks bu siyahının ilk pillələrində durur.

Güləş millimizin demək olar ki, hər üzvü vətənə medalla dönməyə namizəddir. Onlar arasında Mariya Stadnik, Hacı Əliyev, Şərif Şərifov xüsusi qeyd olunacaq idmançılarımızdır. İlk dəfə 9 nəfərlə Olimpiadaya yollanan cüdo yığmamızda da medal qazana biləcək təmsilçilərimiz yetərincədir. Komandanın lideri, olimpiyaçılarımızın bayraqdarı Rüstəm Orucov, həmçinin İrina Kindzerska, Kəramət Hüseynov, Zelim Kotsoyev əsas medal ümidləridir.

Hər bir üzvünün medal şansı kifayət qədər yüksək olan boks millisində Alfonso Dominqes və Lorenzo Sotomayorun şansları daha yüksək qiymətləndirilir.

Güləş, cüdo və boks kimi digər döyüş növləri taekvondo və karatedə də Azərbaycan idmançılarına ümidlər böyükdür.

Son olimpiya çempionumuz Radik İsayevin yoxluğunda belə güclü təsir bağışlayan taekvondoçularımız da Azərbaycan bayrağını qaldırmağa namizəddir. Xüsusilə də Milad Beiqi Harçeqani favoritlərdən biridir.

İlk dəfə olimpiya proqramında olan karatedə də Azərbaycan himninin səslənməsi gözləniləndir. Bu idman növünün əfsanəsinə çevrilən Rafael Ağayev turnirdə favoritlərdəndir. İrina Zaretskaya da mükafatlara iddiaçılar sırasında göstərilir.

Döyüş növlərindən başqa, triatlonda da medal gözləməyə dəyər. Hər halda, Rostislav Pevtsovun nəticələri belə düşünməyə əsas verir.

Bədii gimnastika və atıcılıqda ayrı-ayrı illərdə müsbət nəticələr qazansaq da, Tokio-2020-də medal şanslarımız o qədər də yüksək deyil. Digər növlərdə isə idmançılarımız "əsas iştirakdır" prinsipi ilə Olimpiadaya qatılacaq. Söhbət badminton, atletika, velosiped idmanı, üzgüçülük, qılıncoynatma, idman gimnastikasından gedir.

40 lisenziyaya sahib yığmamız bədii gimnastikada qrup hərəkətlərində 5 nəfərlik komanda ilə təmsil olunacaq. Güllə atıcısı Ruslan Lunyov isə Tokioda 2 dəfə medal şansını sınayacaq yeganə təmsilçimizdir.

Tokio-2020-yə yollanacaq Azərbaycan idmançıları
1. Anna Skidan (atletika, çəkicatma)
2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)
3. Mariya Stadnik (qadın güləşi, 50 kq)
4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
6. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
7. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)
9. Ruslan Lunyov (güllə atıcılığı, 25 və 50 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)
10. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi)
11. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)
12. Nazim Babayev (atletika, üç təkanla tullanma)
13. Tayfur Əliyev (boks, 57 kq)
14. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
15. Turan Bayramov (sərbəst güləş, 74 kq)
16. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
17. Anna Başta (qılıncoynatma, sablya)
18. Elis Manolova (qadın güləşi, 68 kq)
19. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
20. Fəridə Əzizova (taekvondo, 67 kq)
21. Rafael Ağayev (karate, 75 kq)
22. İrina Zaretska (karate, +61 kq)
23. Edi Reski Dviçahyo (badminton)
24. Kəramət Hüseynov (cüdo, 60 kq)
25. Orxan Səfərov (cüdo, 66 kq)
26. Rüstəm Orucov (cüdo, 73 kq)
27. Murad Fətiyev (cüdo, 81 kq)
28. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)
29. Zelim Kotsoyev (cüdo, 100 kq)
30. Uşanqi Kokauri (cüdo, +100 kq)
31. Aişə Qurbanlı (cüdo, 48 kq)
32. İrina Kindzerskaya (cüdo, +78 kq)
33. Rostislav Pevtsov (triatlon)
34. Cavid Çələbiyev (boks, 63 kq)
35. Lorenzo Sotomayor (boks, 69 kq)
36. Alfonso Dominqes (boks, 81 kq)
37. Məhəmməd Abdullayev (boks, +91 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Emin Cəfərov (stend atıcılığı)
40. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 587   Tarix: 23 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755