Rusiyada yüksək vəzifəli erməni polis öldürülüb

Rusiyada yüksək vəzifəli erməni polis öldürülübRusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb.

"Report" xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb.

Bildirilib ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirmiş. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, orada ölüb.

Qətlin törədilməsi ilə bağlı 1977-ci ildən anadan olan Zaurbek K. barəsində axtarış elan edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 552   Tarix: 24 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş