Demetlə Sedanı ağır ittiham etdi

Demetlə Sedanı ağır ittiham etdiMüğənni Lerzan Mutlu Alişanın qardaşı Səlçukun cənazisinə qatılmayan həmkarlarını qınayıb.

Lerzan dəfn mərasimində iştirak etməyənlərin ünvanına ağır ittihamlar səsləndirib. O paylaşımlarında ad çəkməsə də Seda Sayan və Demet Akalına işarə etdiyi açıqca görünüb.

"Ölünün üstündən belə gündəm olmaq üçün yalan xəbər verirsiniz! Ayıb olsun hamınıza! Evdə də, cənazədə də görmədim sizi, istirahətlərini yarımçıq qoyub geri qayıtmayan saxta qəhrəmanlar! İnsanları aldadan saxta qəhrəmanlar! Heç olmasa burada reklam etməyin. Yazıqlar olsun!

Susun da insanlar acılarını yaşasın! Həqiqətən acınacaqlı vəziyyətdəsiniz. Hətta buradan belə reklam üçün mövzu çıxarırsınız. Siz necə insansınız?!" deyə, Lerzan yazıb.

Qeyd edək ki, müğənni Alişanın qardaşı Selçuk Tektaş koronavirusdan vəfat edib.(axşam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1922   Tarix: 24 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti