Türkiyə Ordusunun iki hərbçisi şəhid olub

Türkiyə Ordusunun iki hərbçisi şəhid olubTürkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

AZƏRTAC xəbər verir ki, "Fırat qalxanı" antiterror əməliyyatı rayonunda Türkiyə Ordusuna məxsus "Kirpi" zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Türkiyə ərazisində xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, "Fırat qalxanı" antiterror əməliyyatı rayonunda əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçulara qarşı əlavə cəza tədbirləri həyata keçirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 457   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti