Alovu söndürməyə çalışan gəncin son görüntüləri hər kəsi kövrəltdi - VİDEO

Alovu söndürməyə çalışan gəncin son görüntüləri hər kəsi kövrəltdi - VİDEOTürkiyənin 10-dan çox şəhərində baş verən yanğınların qarşısı hələ də alınmayıb.

BAKU.WS xəbər verir ki, Marmaris ərazisində baş verən meşə yanğınlarında alovu ram etməyə çalışan yanğınsöndürənlərə kömək edən könüllülərdən biri 25 yaşlı Şahin Akdemir dünyasını dəyişib.

O, tüstüdən zəhərlənərək vəfat edib. Şahinin cansız bədəni Marmaris Dövlət Xəstəxanasının morquna aparılıb.

Akdemir ölməzdən əvvəl velosipedi ilə su daşıyaraq alovu söndürməyə çalışdığı görüntüləri sosial şəbəkə hesabında yayımlayıb:

"Su daşımağa davam edirik, yenə də yanğınsöndürənlərə su daşıyacağıq, Allah xeyir işlərimizi qəbul etsin", – deyə Şahin son paylaşımında bildirib.
Onun görüntüləri hər kəsi kövrəldib.

Qeyd edək ki, Türkiyənin Antalya, Adana, Aydın, Kahramanmaraş, Karaman, Kilis, Kocaeli, Kütahya, Mersin, Muğla və Osmaniye kimi şəhərlərində gözlənilmədən yanğınlar baş verib. İyulun 28-də başlayan irimiqyaslı alovun qarşısını almaq mümkün olmayıb. Yanğınlar nəticəsində sakinlərdən 4-ü ölüb, 182 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Alovu söndürməyə çalışan gəncin son görüntüləri hər kəsi kövrəltdi - VİDEOAlovu söndürməyə çalışan gəncin son görüntüləri hər kəsi kövrəltdi - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2264   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

16:26 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

21:15 0