"Ağsaqqal"sız qalan İrəvanın "Tiktok"u silkələyən "ağbirçəyi" - VİDEO

"Ağsaqqal"sız qalan İrəvanın "Tiktok"u silkələyən "ağbirçəyi" - VİDEOİrəvan şəhərinin Ağsaqqallar Şurasının üzvü Nuard Vardanyanın sosial şəbəkə hesabında paylaşdığı videolar Ermənistanda qalmaqal yaradıb.

Sosial şəbəkənin erməni seqmentində yaranmış qəzəb dalğasından hiss olunur ki, erməni vəkil heç də İrəvanın problemlərinə can yandırması ilə yadda qalmayıb.

Əksinə, N.Vardanyanın Ağsaqqallar Şurasının iclaslarında daha yaxşı bacardığı "işlərə" meyl etməsi erməniləri bərk qıcıqlandırıb. Şuranın "ağbirçəyi" iclaslarda "Tiktok" üçün videolar çəkib.

Görünür, qurumun xanım üzvü üçün İrəvanın problemləri o qədər maraqsızdır ki, "Tiktok"da izləyicilərini sevindirmək üçün video çəkməyi özünə daha lazımlı bilib, ya da N.Vardanyan bu gənc yaşında Ağsaqqallar Şurasında olmasını özünə bağışlaya bilməyib. Axı ölkədə başqa ağsaqqal tapılmayıb ki, onu gətirib orada əyləşdiriblər? Yəqin ki, daha yuxarı yaş kateqoriyalarında məmur qohumları arasında vakansiya olmayıb. Elə ona görə, cazibədar gənc qızı gətirib atıblar "ağsaqqal"ların arasına.

Daha bir maraqlı məqam isə sözügedən şəxsin ixtisasca ginekoloq olmasıdır. Çox maraqlıdır, erməni "seçici"lər və ya Nuard Vardanyanı İrəvanın Ağsaqqallar Şurasında "ağbirçək" kimi görən "dahi"lər ginekoloqun paytaxtın hansı probleminin həllində önəmli rol oynaya biləcəyini düşünüb? Hər halda söhbət erməni cəmiyyətindən gedirsə, istənilən "ağlasığmaz düşüncə"ni bu məntiqin arxasında dayanan səbəb kimi qəbul etmək elə də çətin deyil. Hər halda İrəvanın "Ağsaqqallar"ı sırasında paytaxtın problemlərinin həllini gənc ginekoloqa həvalə ediblərsə, demək ölkədə ciddi "ağsaqqal" çatışmazlığı var.

Əslində bu cür davranışlar ümumilikdə erməni cəmiyyətinin əsl simasını ortaya qoyur. Tarix boyu olduğu kimi talançılığa, oğurluğa, özbaşınalığa öyrəşmiş ermənilər bu gün də müasir sivilizasiyalar arasında həmin ibtidai təsəvvürlərlə idarə olunur.

Onsuzda ağır həyat şərtlərinin olduğu ölkədə sadə insanlar heç kim üçün maraqlı deyil. Adi vətəndaşlar məmurlar üçün hər zaman ikinci, üçüncü, hətta kim bilir neçənci planda dayanır.

Ağsaqqallar Şurasının "ağbirçəyi"nin İrəvandan daha çox "Tiktok" istifadəçilərini düşünməsi də heç təəccüblü deyil. Çünki İrəvanla maraqlansa, yüzlərlə, minlərlə problemlə qarşılaşıb, sonda başını götürüb birbaşa xaricə qaçacaq. "Tiktok"da isə bəzənib-düzənib videolar paylaşanda heç kim ona gözün üstə qaşın var deməyəcək. Bu vəziyyətdə ikinci seçim ideal görünür. Elə bu cür "ağsaqqal"ları olan ölkəyə də bu yaraşır... Olan İrəvana olub, şəhərin ən böyük problemi ağsaqqal çatışmazlığıdır, tarixi sahibləri, azərbaycanlılar oradan qovulandan sonra İrəvan ağsaqqalsız qalıb./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1289   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608