General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina etdi

General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina etdiBu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başladığı elan edilib.

Daha sonra prokuror ittiham aktını elan edib.

İttihama əsasən, təqsirləndirilən R.Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilən zaman mayın 31-i gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora" kafesində tanışı - Elçin Əliyevi qətlə yetirib, Məzahir Şıxaliyevi isə yumruqla vurub.

İttihama münasibət bildirən R.Əkbərov özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, qətl hadisəsinin ona heç bir aidiyyəti yoxdur: "Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişəm. Hadisədən 20 il keçib və bu illər ərzində ortada bir dənə də olsun sübut yoxdur. İttihamda yazılanlar sanki bir filmdir".

Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif etsə də, o, hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Prosesdə qətlə yetirilən E.Əliyevin hüquqi varisi, atası Fədai Əliyev dindirilib. O deyib ki, oğlunun ölüm xəbərini hadisə günü gecə saat 05:00 radələrində alıb: "Elçinin cənazəsini dostları - Nazim İbrahimovla Səməd Novruzov gətirdi. Səməd qardaşı Mədətə zəng edib dedi ki, Elçini general öldürüb. Oğlumun yeddi mərasimindən sonra Ukraynaya getdim. Orada 3 il cinayət işini şəxsən özüm araşdırmışam. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".

F.Əliyev qeyd edib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: "Mənə mərhum Məzahir Şıxəliyevin dediklərinə görə, orada səfirliyin binasında oturub çay içiblər. Daha sonra səfirliyin yaxınlığında olan kafedə oğlumla Məzahir oturublar, pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçinlə Rövşənin arasında mübahisə düşüb. Çölə çıxanda Rövşən oğlumu qətlə yetirib, Məzahiri isə yumruqla vurub. Elçin ölümündən əvvəl Məzahirə bildirib ki, onu Rövşən bıçaqla vurub, bir neçə dəqiqə sonra orada ölüb. Məzahir hadisədən sonra hazırda fövqəladə hallar nazirinin müavini olan Orucəli Hacıyevə zəng edərək Rövşənin Elçini öldürdüyünü söyləyib".

Prokurorun suallarını cavablandıran F.Əliyev bildirib ki, hadisə ilə bağlı ilkin olaraq mərhum Qüdrət Əhmədov saxlanılıb: "Qüdrət oğlumun tanışı olub. Onu hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. Qüdrət mənə şəxsən dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib".

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora" kafesində yeyib-içdikdən sonra, saat 04:00 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 30 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865