Tokio-2020 Yay Olimpiya Oyunları başa çatıb

Tokio-2020 Yay Olimpiya Oyunları başa çatıbTokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Yaponiya Milli Stadionundakı tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunub.

Əvvəlcə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib

Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Açılış mərasimindən fərqli, bu dəfə Azərbaycan bir bayraqdarla təmsil olunub. Dövlət bayrağını olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyev daşıyıb. Ardınca isə idmançılar eyni qaydada meydanın mərkəzinə toplaşıblar.

Paraddan sonra lazer işıqları ilə stadionun üzərində Olimpiya halqaları əks olunub. Daha sonra Yaponiyanın sosial həyatını özündə ehtiva edən kompazisiya göstərilib.

Bundan sonra qadınlar və kişilər arasında marafonun qalibəri mükafatlandırlıb. Qadınların mübarizəsində Keniya atleti Peres Cepçirpirə qızıl, onun həmyerlisi Bricit Kosgeyə gümüş, ABŞ təmsilçisi Molli Zaydelə bürünc medal təqdim olunub. Kişilərdə isə fəxri kürsünün ilk pilləsinə keniyalı Eliud Kipçoge qalxıb. İkinci yeri Niderland atleti Abdi Nageye tutub. Bürünc medalı isə Belçikanı təmsil edən Bəşir Abdi qazanıb.

Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan Fransanın nümayəndəsinə təqdim olunub. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.

Sonda isə olimpiya məşəli söndürülüb və bununla da yarışa yekun vurulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 674   Tarix: 08 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

DiGƏR XƏBƏRLƏR

Lukakunun karyerasını hansı klubda davam etdirəcəyi məlum olub

Belçika millisi və "İnter"in hücumçusu Romelu Lukakunun karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib. İdman jurnalisti Fabrisio Romano futbolçunun tezliklə Londona gələrək "Çelsi" ilə müqavilə imzalayacağını, onun təqdimatının isə gələn həft baş tutacağını bildirib

08.08.2021 898

Messidən PSJ ilə bağlı AÇIQLAMA

Lionel Messi "Barselona" ilə vidalaşmaq üçün təşkil etdiyi mətbuat konfransında gələcək karyerasından danışıb. "PSJ-yə keçidiim mümkün variantlardan biridir. Amma bu an üçün hələ heç nə rəsmən təsdiq olunmayıb. "Barselona"nın bəyanatından sonra mənə digər klublardan da çoxl

08.08.2021 1073

Messinin vida göz yaşı - VİDEO

İspaniyanın "Barselona" klubu ilə yolları ayrılan Lionel Messi bu gün mətbuat konfransı keçirib. Argentinalı ulduz göz yaşları içərisində "Barselona" ilə vidalaşıb. Lionel Messi mətbuat konfransında gələcək karyerası, Parisin PSJ klubuna keçidinin mümkünlüyü barədə sualı da cavablandırıb

08.08.2021 2042

Azərbaycan millisinin baş məşqçisi Polşaya yollanıb

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşaya yollanıb. "Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən yığma üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir. Qey

08.08.2021 543

Messi "Nou Kamp"da böyük mətbuat konfransı keçirəcək

Argentinalı ulduz futbolçu Lionel Messi "Barselona" klubundan ayrılması ilə əlaqədar böyük mətbuat konfransı keçirəcək. Bu barədə idman jurnalisti Fabrisio Romano özünün "Twitter" səhifəsində məlumat verib. Jurnalistin iddiasına görə, L. Messi mətbuat konfransında Kataloniya klubunda

08.08.2021 676

Zaretskaya ağladı: "Qızıl medal qazana bilərdim"

Azərbaycana Tokio Olimpiadasında gümüş və bürünc medal qazandıran İrina Zaretskaya və Mariya Stadnik fikirlərini bildirib. xəbər verir ki, karatedə gümüş medal qazanan İrina Zaretskaya ağlaya-ağlaya fikirlərini çatdırıb:. "Bilirdim ki, qızıl medal götürə bilərdim. Buna çox yaxın idim. Sadəcə, bun

07.08.2021 708

PSJ Messiyə ödəyəcəyi fantastik məbləği AÇIQLADI

"Barselona"nın sabiq kapitanı Lionel Messi ilə "Pari Sen-Jermen" (PSJ) arasındakı müqavilənin şərtləri məlum olub. Bu barədə xəbər verib. Bildirilir ki, 34 yaşlı argentinalı hücumçu Paris klubu ilə 2023-cü ilin yayına qədər bir mövsüm uzadılması şərti ilə müqavilə imzalayacaq. Mənbəni

07.08.2021 1448

Tokio Olimpiadası: Stadnik karyerasında dördüncü Olimpiya medalını qazandı və Azərbaycan tarixinə düşdü

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb. Buna qadın güləşçimiz Mariya Stadnik nail olub. 50 kq çəki dərəcəsində bir gün əvvəl yarımfinalda uduzan güləşçimiz bürünc medal uğrunda mübarizədə Soqt-Oçirn Namuuntsetseqə (Monqolustan) 10:0 hesabı ilə qalib gəlib. Bununla d

07.08.2021 1063

Azərbaycan Yay Olimpiya Oyunlarını 7 medalla başa vurub

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. "Report"un məlumatına görə, 44 idmançıdan 7-i medal qazanıb. Medal qazananlar. Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc. Boks: Alfonso Dominges (81 kq) - bürünc. Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

07.08.2021 771