Azərbaycanda yeni kiberhücumlar yayılır - Bu zəngləri açmayın

Azərbaycanda yeni kiberhücumlar yayılır - Bu zəngləri açmayınAzərbaycanda kiberşantaj, "Man in the middle" və "Spoofing Caller ID" kiberhücum növləri geniş yayılıb.

Bu barədə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, bu hücum növlərinin əsas hədəf kütləsi yaşlı təbəqədir:

"Son günlər sosial şəbəkələrdə səs-küy doğuran kibercinayətkarlıq növlərindən biri kiberşantajdır. Bu, kibercinayətkarlıq sahəsində geniş yayılmış hücum növüdür. Bu hücum vasitəsilə kibercinayətkarlar müxtəlif saxta profillər vasitəsilə xüsusən yaşlı nəslin nümayəndələrinə, siyasi şəxslərə və sosial şəbəkədə müəyyən statusa sahib insanlara saxta zənglər edirlər. Bu zənglərin arxasında kimlərin olduğu bilinmir. Yerli və ya xarici ola bilər. Onlar bu görüntülü danışıqlar zamanı xanım simalardan istifadə edir. Profil vasitəsilə qarşı tərəf intim münasibətə dəvət olunur və müəyyən müddət görüntülü danışıqdan sonra sosial psixoloji təsir göstərilərək həmin şəxs müəyyən davranışlar sərgiləməyə sövq edilir. Əgər qarşı tərəf buna aldanırsa, kibercinayətkar hislərinə qurban olmuş şəxsin videosunu çəkir. Daha sonra əldə olunmuş video zərərçəkmiş şəxsə göndərilir və ondan bunun qarşılığında müəyyən məbləğdə vəsait tələb olunur. Hücumlar adətən ölkə xaricindən edildiyindən, İP ünvanları dəyişdirildiyindən və ya virtual xüsusi şəbəkələrdən istifadə olunduğu üçün bunun qarşısını almaq və ya kim tərəfindən həyata keçirildiyini öyrənmək çox çətin və müşkül məsələdir. Burada diqqətli olmalı olduğumuz əsas məqam ondan ibarətdir ki, kənar şəxslərdən gələn görüntü zəngləri heç bir halda açmamalı, ümumiyətlə onlarla ünsiyyətdə olmamalıyıq. Burada hər hansısa texniki hücumdan söhbət getmir. Sadəcə insanlar aldadılır, sosial mühəndislik vasitəsilə onların hisslərindən istifadə olunaraq, şantaj edilirlər. Təəssüf ki, yaşlı nəslin nümayəndələri internetdən tam doğru şəkildə istifadə edə bilmədikləri üçün əsas hədəf kütləsi kimi onlar seçilir və tez-tez bu hücumların qurbanına çevrilirlər".

"Man in the middle" və "Spoofing Caller ID" hücum növlərinə gəlincə isə ekspert bildirib ki, dünyada kifayət qədər məşhur olan bu hücum növləri vasitəsilə zəng edilən nömrəni istənilən nömrəyə dəyişmək olur:

"Beynəlxalq telekommunikasiya sektorunda olan böyük problemlərdən və boşluqlardan biri hesab olunur. İllərdir bu problem davam edir və heç bir mobil operator bu hücum növlərindən sığortalanmayıb. Bu hücum vasitəsilə kibercinayətkar öz nömrəsini istənilən bir nömrəyə dəyişə bilir. Məsələn sizə valideynlərinizdən, dostlarınızdan və ya müştərisi olduğunuz bankdan, eyni zamanda da polisdən zəng gələ bilər. Telefonun ekranında həmin nömrə olduğu kimi, hətta nömrəni ad olaraq qeyd etmisinizsə ad şəklində görünür, lakin əslində bu nömrənin arxasında başqa adam dayanıb. Əslində siz onu səsindən tanımalısınız. Başqa bir sığortalanmış metod yoxdur. Burada da əsas məqsəd istifadəçidən məlumatları öyrənməkdir. Məsələn, bank adından, polis adından və ya digər bir dövlət qurumu adından zəng vurulub, istənilən məlumat tələb oluna bilər. Əgər məxfi məlumatları təqdim edirsinizsə, qurbana çevrilə bilərsiniz. Yenə də burada əsasən yaşlı nəsil hədəf seçilir. Onlar düşünürlər ki, bu, bank tərəfindən edilmiş real zəngdir və öz məlumatlarını qarşı tərəfə təqdim edirlər. Burada zərərçəkmiş bilməlidir ki, mütləq bir şəkildə heç bir dövlət orqanı və ya bank öz müştərisindən hər hansısa bir şəxsi məlumatı tələb etmir və edə də bilməz. Onlar sadəcə müəssisəyə və ya təşkilata dəvət olunaraq sorğulana bilərlər. İnsanlar aldanmamalıdırlar. Kibercinayətkarların əsas hədəfi kart məlumatlarının əldə edilməsidir. Məsələn, iddia edirlər ki, sizin bank kartınıza blok qoyulub, pullarınız oğurlana bilər, buna görə də "təhlükəsizlik tədbirləri" üçün sizdən məxfi məlumatları əldə edə bilərlər. Hətta bəzən ikitərəfli təhlükəsizlik olan, 3D təhlükəsizlik kodunu belə istəyirlər. Bir daha qeyd edirəm ki, qarşı tərəfə telefonda heç bir halda şəxsi məlumatları təqdim etmək olmaz".(Trend)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2568   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874