Bakıda ata qızının damarına heroin vurub öldürdü – Dəhşətli qətlin təfərrüatları

Bakıda ata qızının damarına heroin vurub öldürdü – Dəhşətli qətlin təfərrüatlarıBakıda qızına narkotik maddə vuraraq qəsdən öldürməkdə təqsirləndirilən Hacıağa Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lakin atanın qızını bu üsulla öldürməsinin səbəbi ictimaiyyətə müəmmalı qalıb.
Sözügedən cinayət işi üzrə materialları təqdim edirik:

.

İttihama görə, hadisə bu ilin martında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi evdə qeydə alınıb. 1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızının meyiti yaşadığı evdə aşkarlanıb. Xəzər rayon Prokurorluğunun araşdırmasına əsasən, 1960-cı il təvəllüdlü Hacıağa Salamov qısqanclıq zəminində qızının bədəninə iynə ilə yüklü miqdarda heroin yeridib.

Nəticədə G.Salamova zəhərlənərək ölüb.

Məhkəmədə ifadə verən H.Salamov özünü ittiham üzrə tam təqsirli bilib.

O ifadəsində deyib ki, əvvəllər narkotik maddə istifadəsi və qəsdən adam öldürmə cinayətlərinə görə məhkum olunub. Onun 3 qız və 1 oğlan övladı olub. Mərhum Gülər onun ilk övladı imiş: "Gülər 2007-ci ildə qohumumuz Eldənizlə ailə həyatı qurdu. Onların 3 övladı vardı. Eldəniz ailəsi ilə birlikdə işləmək üçün Rusiyaya getdi. 6-7 il orada yaşadılar. Eldəniz ticarətlə məşğul olurdu. Sonradan işləri pisləşdi. Bu səbəbdən Gülərgillə birlikdə Bakıya qayıtdı. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşandı. Lakin bu barədə mənim sonradan məlumatım olub. Lakin kürəkənim uşaqlarına baxmaq üçün qızıma həmişə pul göndərirdi".

H.Salamov qeyd edib ki, hadisədən 1 il əvvəl qızı Maştağa qəsəbəsində yerləşən kursda rus dili müəlliməsi kimi işləməyə başlayıb: "Bundan sonra, Gülərin hərəkətlərində dəyişikliklər hiss etdim. Qızım uşaqlarına qayğı göstərmirdi, evin işləri ilə məşğul olmurdu. Təxminən 2020-ci ilin noyabr ayında onun əxlaqsızlıq etməsi, bir nəfər şəxslə əlaqə qurması, aralarında sevgi münasibətləri olması barədə məlumat aldım. Gülərə dəfələrlə belə hərəkətlər etməməsini dedim. Xatırlatdım ki, evlidir, 3 övladı var, onlara qayğı göstərməlidir. Lakin Gülər sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə onu da edəcəyini deyərək həmin hərəkətlərini davam etdirməyə başladı. Hətta sonradan mənə məlum oldu ki, nəvələrim evdə olan zaman Gülər yad kişiləri evə gətirib. Bundan sonra nəzarət etmək üçün həyat yoldaşım və oğlum ilə birlikdə qızımın evində yaşamağa başladıq. Hətta telefon işlətməyi qızıma qadağan etdim, işdən də çıxardım. Buna baxmayaraq, qızım 2021-ci ilin yanvar ayında evdən qaçdı. Bununla bağlı polis şöbəsinə məlumat vermişəm. Səhəri evə qayıtdı. Gülərdən hara getdiyini soruşduqda, qadağalardan bezdiyini, əsəbiləşdiyini, bu səbəbdən evdən çıxaraq sakitləşmək üçün rəfiqəsigilə getdiyini bildirdi. Bundan sonra təxminən 19-20 mart 2021-ci il tarixdə Gülər yenidən evdən qaçdı və bir neçə gün evə gəlmədi. Bu dəfə utandığımdan polisə məlumat vermədim".

Qızını qətlə yetirən ata deyib ki, mart ayının 22-də Gülər evə gələrək paltarlarını götürüb birdəfəlik evdən çıxıb getmək istədiyini bildirib: "Təxminən saat 16-17 radələrində evə gəldim. Gülərlə söhbət edərək nə səbəbə bu cür davranışlara yol verdiyini soruşduqda, o cavabında bildirdi ki, necə istəyirsə, elə də yaşayar, heç kəs ona qarışa bilməz. Bundan sonra beynim çöndü. Güləri öldürmək qərarına gəldim. Beynimdə planladım ki, narkotik maddəni ona vursam, maddənin təsirindən öləcək. Həyətdə yerləşən tövlədə təxminən bir ay əvvəldən Buzovna ərazisində yolun kənarından tapdığım və şəxsi istifadə üçün gizlətdiyim təxminən 1 qram çəkidə narkotik vasitəni çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətdə saxladım. Sonra evə gəlib yoldaşıma qızım ilə ata-bala söhbəti etmək istədiyimi dedim. Bildirdim ki, bizi tək qoysun. Onlardan Şüvəlanda yerləşən evimizə getmələrini istədim. Yoldaşım evdən çıxan kimi qapını bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum, sonra isə Güləri qonaq otağına çağırdım".

H.Salamov bildirib ki, qızı qonaq otağına gələndə o, sonucu dəfə xəbərdarlıq edib, əxlaqsız davranışlardan çəkinməsini bildirib, lakin qızı sözlərinə qulaq asmayaraq yenidən nalayiq cavab verib: "Həmin vaxt onun boğazından tutub sol qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qol nahiyəsinə vurdum. O, müqavimət göstərdiyindən şpris yarıya çatmamış qolundan çıxdı. Yenidən şprisi Gülərin sol qol nahiyəsinə batırıb qalan narkotik vasitəni də onun bədəninə yeritdim. Gülər müqavimət göstərirdi, əlbəyaxa olduq, sifətimə xəsarət yetirdi, barmaqlarımı dişlədi. Lakin qısa bir müddətdən sonra Gülər halsız vəziyyətə düşdü. Boğazından yapışıb sıxmağa başladım və onu boğaraq öldürdüm. Qızımın həmin vaxt tərpənmədiyini və nəfəs almadığını gördüm. Gülər narkotikin təsirindən yox, mənim boğmağımdan sonra öldü. Daha sonra onu qonaq otağında yerləşən divanın üzərinə uzatdım. Təxminən 2-3 saata yaxın meyitin başında oturub ağladım. Sonra DİN-nin "102" xidmətinə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim və təslim oldum. Hərəkətimdən peşmanam".

G.Salamovun meyitinin müayinəsi zamanın onun narkotikin təsirindən öldüyü məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Salamov qəsdən adam öldürmə, narkotik vasitələri əldə etmə və saxlama maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./Lent.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2246   Tarix: 14 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik. Bu, bizim gündəliyimizdə dayanan əsas prioritetlərdən biridir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. "COP29-un sədri kimi mə

19.07.2025 129
.

İlham Əliyev: Zəngəzur dəhlizinin ötürücülük qabiliyyəti ilkin mərhələdə 15 milyon ton həcmində qiymətləndirilir

Zəngəzur dəhlizinin ötürücülük qabiliyyətinin potensialı ilkin mərhələdə Azərbaycan tərəfindən 15 milyon ton həcmində qiymətləndirilir. "Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da II Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zaman

19.07.2025 129
.

Prezident: "Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var"

"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev II Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündəki çıxışında bildirib. Dövlət başçısı vurğulayıb: "Hazırda bunun üçü

19.07.2025 131
.

İnzibati cəriməni tez ödəyənlərə GÜZƏŞT EDİLƏCƏK

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək. BİG.AZ -a istinadən xəbər verir ki

19.07.2025 117
.

Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb

"Bu gün qeyd etdiyim kimi, Konstitusiya və Minsk qrupunun buraxılması - bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib. "Bəli

19.07.2025 125
.

Saatlıda çayda boğulan yeniyetmə də futbolçu imiş

Dünən Araz çayının Saatlı rayonundan keçən hissəsində həmin rayon sakini, 2012-ci il təvəllüdlü Kənan Xaqani oğlu Ramazanlı boğularaq vəfat edib. xəbər verir ki, 14 yaşlı yeniyetmə "Araz Saatlı" futbol klubunun üzvü olub. O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş

19.07.2025 134
.

İlham Əliyev: "Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır"

"Bizim ədalətli və qəti Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Onu qazanmaq üçün isə gündəlik çalışmaq və Qələbəni hər gün yaxınlaşdırmaq tələb olunur. Xüsusən əgər son qərar səndən asılıdırsa, həyatını ona həsr etməlisən. Bu, (Qələbə - red.) yalnız belə olan halda ba

19.07.2025 114
.

Suriya Əs-Süveydaya daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başladı

Suriyanın keçid dövrü hökuməti druz icması ilə bədəvi qəbilələri arasında şiddətli döyüşlərin getdiyi cənubdakı Əs-Süveyda əyalətində daxili təhlükəsizlik qüvvələrini yerləşdirməyə başlayıb. -ın Oreanda- nəşrinə istinadən xəbərinə görə, bu barədə Suriya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddi

19.07.2025 126
.

Prezident: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

"Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu adət-ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, daha çox coğrafi əhatə var". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlətimizi

19.07.2025 137
.

TOP MP3