Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbəkə hesabında yazıb.

Vaşinqton görüşün "Bakı və İrəvan arasında sülh danışıqlarına aid" olduğunu, rəsmi İrəvan isə "üçüncü tərəfə qarşı olmadığını" desə də, Brüsseldə Ermənistanın "təhlükəsizliyinin gücləndirilməsi" adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var.

Birincisi, Azərbaycan Xarici İşlər Nazirliyinin "Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir" açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir;

İkincisi, ötən ilin 5 oktyabrında Qranadada Paşinyanla görüşən Ursula fon der Leyen "Avropa Birliyi və ABŞ Ermənistana dəstək məqsədilə birgə plan hazırlayır" açıqlamasını vermişdi, aprelin 5-də keçirilən görüş də bu planın rəsmiləşməsi məqsədi daşıyır: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ötən həftə bildirdi ki, Brüsseldə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektləri müzakirə ediləcək, tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır;

Ermənistanın "müqavimətinin gücləndirilməsi" tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir. İrəvanın AB müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-AB hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin kollektiv hərbi dəstəyini əldə edəcəyi təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür:

- Rusiyadan sürətlə xilas olmaq: bu məqsədilə rus hərbçilərin ölkədən çıxarılması istiqamətində addımlar atacaq, artıq sərhədçilərin çıxarılması gündəmdədir;

Spiker Alen Simonyanın son açıqlamaları bu kontekstdə xüsusilə diqqət çəkir. Rus sərhədçilərin Zvartnots hava limanından çıxarılması məsələsinin artıq həll olunduğunu deyən spiker Alen Simonyan bildirib ki, onların Türkiyə ilə sərhəddən çıxarılması müzakirə edilmir, lakin əlavə edib ki, Türkiyə Ermənistana hücum edərsə, Rusiya sərhədçilərinin nəsə edəcəyinə şübhə ilə yanaşır. Bu o deməkdir ki, İrəvanın növbəti addımı rus hərbçilərin sərhəddən də tamamilə çıxarılması olacaq. Daha sonra Gümrüdəki 102-ci baza məsələsi gündəmə gələcək. Bu addım hələki ritorik müstəvidə reaksiya verən Rusiyanın praktiki müstəvidə hərəkətə keçməsini şərtləndirə bilər. Ki, bu da Ermənistanda və bu ölkə üzərindən bölgədə qlobal toqquşma təhlükəsini yaradır. Belə bir toqquşma riski həm də Azərbaycan-Ermənistan sülh danışıqları prosesini arxa plana keçirə bilər.

- Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtması riski də var. Ən azı rəsmi İrəvan Bakı ilə indiki kimi "dil tapmağa çalışan" mövqe sərgiləməyəcək. Əslində 44 günlük müharibədən sonra Ermənistan sülh sazişini bölgədə şərtlərin dəyişməsi ümidi ilə daim təxirə salırdı. Qarabağda erməni separatizminin ləğvinə qədər bu kartdan istifadə etməyə çalışdılar, lakin Azərbaycan suverenliyini bərpa etməklə prosesdə güclü tərəfə çevrildi. Bakı indi də güclü tərəfdir, amma AB və ABŞ-ın İrəvana birgə dəstəyi bölgədəki tarazlığı əleyhimizə çevirə, yaxud ən azı bu tarazlığı poza bilər. Aydındır ki, bu dəstəyi hiss edən Ermənistan həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası məsələsində konstruktiv mövqedən yayınacaq və öz şərtlərini diktə etməyə çalışacaq. Bölgədəki maraqlarını bu ölkə üzərindən həyata keçirən Qərbin də Ermənistanı dəstəkləyəcəyi, Azərbaycanı "razı salmaq" məqsədilə təzyiqlər edəcəyi görünən perspektivdir. Bu baxımdan, 5 aprel görüşü həm region, həm də Azərbaycan üçün risklər vəd edir.

Bu riskli perspektivin qarşısını regional ölkələrin - Rusiya, Türkiyə, İran - kollektiv mövqeyi-addımı ala bilər, çünki Ermənistan üzərindən açılan cəbhə təkcə Azərbaycana yox, bu ölkələrin bölgədəki maraqlarına qarşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1115   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 34
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

10:09 159
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 200
.

Vəzifəli şəxslər niyə İNTİHAR EDİR? - PSİXOLOQ AÇIQLADI

İnsanlar çox vaxt həyatlarının bir yerində intihara cəhd edir və bu intiharların əksəriyyəti ölümlə nəticələnir. Əlbəttə ki, bu gün insanları intihara sövq edən bir sıra faktorlar. Əlbəttə ki, bu onların çox vaxt psixoloji vəziyyəti ilə bağlı olur. Mətbuatda çox vaxt sadə vətəndaşların intihar xəbərlərin

10:52 69
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 2681
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 204
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 243
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 46
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 185