Amerikalı gənc tədqiqatçılara Qarabağ həqiqətləri barədə məlumat verilib

Amerikalı gənc tədqiqatçılara Qarabağ həqiqətləri barədə məlumat verilib"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında ABŞ-ın Con Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin (SAIS) professorları və universitetin Münaqişələrin İdarəedilməsi Proqramının 16 nəfər tələbə-tədqiqatçısı ilə görüş keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, professorları Vilyam Zartman və Filip Terrens Hopman, eləcə də universitetin Münaqişələrin İdarəedilməsi Proqramının 16 nəfər tələbə-tədqiqatçısı İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının digər əməkdaşları ilə görüşüb.

Orxan Əkbərov tədqiqatçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bugünkü vəziyyəti və İcmanın problemin həlli istiqamətində gördüyü işlər və qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib. Münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmələrinin zəruriliyini görüş iştirakçılarının diqqətinə çatdıran Orxan Əkbərov bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib.

Tədqiqatçıları maraqlandıran məsələlərin əsasını münaqişənin həll olunacağı təqdirdə erməni və azərbaycanlı icmasının nümayəndlərinin birgə yaşaya bilməsi və gənc nəslin bu prosesə münasibəti olub. Mövzu ətrafında fikirlərini bildirən Orxan Əkvbərov Azərbaycan xalqının çox tolerant bir xalq olduğunu bildirərək qeyd edib ki, münaqişənin başlamasından və Azərbaycan torpaqları işğal olunmamışdan öncə ermənilər bizim tarixi torpaqlarımızda bizimlə birgə yaşamışdırlar və o zaman ermənilərin yaxşı yaşaya bilmələri üçün hər cür şəraitləri var idi: "Bu gün də bu münaqişənin həll olunmasından sonra biz erməni icmasına Dağlıq Qarabağda həmin şəraiti yaradacağıq. Bunu gənc nəsil də bilir və onlar münaqişənin tez bir zamanda dinc yolla həll olunmasının, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarının tərəfdarıdırlar".

Tədbirin davamı olaraq ABŞ-dan gəlmiş nümayəndə heyəti Şuşadan məcburi köçkün düşmüş insanların kompakt yaşadığı Ramana qəsəbəsinə səfərləri təşkil olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2100   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882