Azərbaycan qadını yaxşı sevgili ola bilmir?

Azərbaycan qadını yaxşı sevgili ola bilmir?Azərbaycan qadını fədakardır, şəfqətlidir, anadır, evin xanımıdır, yaxşı qonaq qarşılayır, ən dadlı dolmanı bişirir və sadalamadığım çox şeyi bacarır, qısacası ev və ailəsi üçün hərşeyi edir. Amma bir tək yaxşı sevgili ola bilmir. Bu cümlə çoxlarında şapalaq effekti yaratsa da, belədir. Elə bu səbəbdən boşanmalar, xəyanətlər çoxdur bu cəmiyyətdə. Burda sadəcə qarşı cinsi günahlandırmaq doğru deyil.

Kiçik yaşlardan oğlan uşaqlarına daha çox məsuliyyət yükləməyə başlayırıq. Oğlumuz böyüyəcək, mütləq prokuror olacaq, yaxşı gəlin gətirəcək, ata-anasına baxacaq, toylara gedib pul yazdıracaq, yaxşı yeyib-içən oğlan olacaq və s. Bu öhdəlikləri yerinə yetirməyənin çörəyini, yediyi-içdiyini zıqqım edərik yoxsa. Bunlar da azmış kimi həyatın dadına varmamış, halal süd əmmiş, ya qlamur bir civi, ya da elə ofisdə kağız-kuğuzun içində itib-batan birini alarıq ki, oğlumuz lap xoşbəxt olsun. 30 yaşına gələnə kimi bütün bu saydıqlarımızla baş etməli olan kişi bir də ev və ailə problemlərinin içində ömrü boyu yumalanır. Qaynana-gəlin davaları, həftəlik pampers ehtiyacları, bir tikə çörək pulu qazanmaq dərdi ilə üzləşən kişinin yerinə bir anlıq özümüzü qoyaq. Bəlkə kimsə bunları normal və bəsit sayır, amma bu öhdəlikləri bütün ömrü boyu çəkən adamçün heç də asan deyil.

Axşam işdən çıxıb evinə gələn kişinin ilk zəngində deyilənlərdən: "evə çörək al; su pulu yığan gəldi; oğlun 2 alıb bu gün; anan zəng edib zəhləmi tökdü və b." Daha evə çatmamış qaşları çatılan, işdə pozulan və yorulan kefinin içinə bir az da edilən yazıq kişi evinə üz tutur. Qapını açan istər başı yağlı, bozbaş iyi verən tükəzban, istər ətir qoxan qlamur olsun, kişi onu qarşılayan qadınından xoş üz görmək istəyər. Əvəzində isə çoxluqla bizdə qapıya uşaqlar göndərilər. Arvadını mətbəxdə görən kişi „acsan, yemək gətirim" sualı ilə birbaşa qarşılaşar, beləcə bozbaş iyi çökər xəyallarına.

Yemək bitər, uşaqlar yatmağa gedər, indi də başlayar arvadın serialları, kişinin futbol davaları. Hürrəm bu gün neylədi, Karadayı tutuldumu və b. guya maraq oyandıran suallarla kişinin diqqəti futboldan yayındırılmağa çalışılsa da, alınmaz. Bir fiasko da burdan gələr.

Növbə gələr evin problemlərinə, işıq pulu, qaz pulu, toy pulu, uşağın oxutdurulmağı, hazırlığı, arvadın paltarı, evin bazarlığı və başqa maddiyat dərdləri. Evə ayaq qoyandan hələ özünə növbə çatmayan kişi əlini atar cibinə, boşaldar pul kisəsini. Gedər yatmağa.
Əsas məsələ də bundan sonra başlayar. Heç olmaya sevgi görmək ümidilə alışıb-yanan kişi indi də tükəzbanlıq sindromuna yoluxmuş kopaqqızının nazıynan oynayar ki, bəlkə buna bir çıtdıx verə. Qısacası kompleksləri ilə bərabər yatağa girən qadın elə buna görə də bu imtahanından da fiasko ilə çıxar.

İndi gəldik əsas sualımıza: bu həyatı hər gün bu şəkildə yaşayan hansı kişi sonadək sadiq qalacaq sizə? Ev-ailə problemlərini üzərinə tökdüyümüz kişilərə nə vaxta kimi maddiyat və ev idarəçisi kimi baxacağıqsa, hələ onlardan sədaqət gözləməyin elə özü axmaqlıqdır. İstər evdar olsun, istər ən dadlı bozbaşı bişirsin, istərsə ayda 1000 man qazansın, fərq etməz, kişilər daim evində, ailəsində, yatağında qadınından hər şeydən öncə sevgili olmağı gözləyər. Sonda bir neçə sualla yazımı yekunlaşdırıram:

Ən son onunçün xüsusi bir masa nə zaman hazırladınız və ya bir boşqabda yemək yediniz? Axrıncı dəfə onu nə vaxt yuxudan öpərək oyatmısınız? Heç bu günlərdə onunla bir film izlədinizmi? Bugünədək cinsi mövzularda onunla rahat söhbət etmisinizmi? Onun üçün fərqli bir sürpriz hədiyyə hazırlamısınız? Ən yorğun, ən əsəbi vaxtında onu güldürməyə çalışmısınız? … Bu sualların davamını dolmada belə kreativlik fikirləşib, piramida şəklində bükməyi düşünən Azərbaycan qadınına buraxıram və deyirəm: Ən son nə zaman əriniz üçün sevgili olmusunuz?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 893   Tarix: 29 may 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055