Hamama girməklə dünya müharibəsinə səbəb olmuş Azərbaycanlı kimdir?

Hamama girməklə dünya müharibəsinə səbəb olmuş Azərbaycanlı kimdir?İki bəyənilməyən cəhət mövcuddur ki, onların ikisindən də boluq: ifrat və təfrit.
İfrata varmaq - bütün əndazələri aşmaq, təfrit etmək isə həddindən artıq yumşaltma, yersiz yüngülləşdirməyə aludə olmaqdır.Birincisində hansısa müsbət əməli o qədər çürüdüb ağını çıxarırsan ki, axırda "əməlin başına dəysin, eləməsən bundan yaxşı olardı" tipli reaksiyalar alırsan. İkincisində isə müsbət əmələ gözünün ucu ilə də baxmırsan, yəni "ay öküz, bari bir dəfə bunu elə" kimi bir şey. Bax, bu iki cəhətdən bizdə nə qədər istəsən var.

Məsələn, ikinci dəfə müstəqillik qazanıb, dünyaya açılan kimi dörd gözlə ətrafa boylanmağa başladıq ki, görək kimdən nə qapa bilirik. Haradasa gözümüzə plastik cərrahiyyə əməliyyatı ilə burnunu qısaldan bir hoppanıb-tullanan sataşar-sataşmaz milli mayallaq aşanlarımız, içini mikrofona boşaldanlarımız, şoukokteyllərimiz, nə bilim daha nələrimiz axışdıq doxturxanalara ki, ora-buramı kəs, ya da başqasının orasından kəsdiyini mənim burama yapışdır. Plastik əməliyyat sənətini bu şousapienslərimizin sayəsində mükəmməl mənimsəyən və babat pullar qazanan doxdurlarımız o qədər kəsib-yapışdırmaqla əlləşdilər ki, axırda ortaya çıxardıqları insanfason məxluqları "Bunları mənmi yaratdım görəsən?!" deyə Yaradan özü də tanımadı.

İnsan nə qədər qan tökər?
Heç kim zəmanət vermir ki, mikrofona qışqıran bir müğənninin beyninə təkqulaqlı, təkgözlü, iki ağızlı, dörd burunlu və təkdöşlü olmaq düşməyəcək. Ağzında "milli şoubiz-biz" deyirsən, niyə də olmasın? "Ulduz"larımızdan biri ölümə gedən cöngə kimi özünü verəcək balta-bıçağın altına ki, doxdur, balana qurban olum, məni elə düzəlt ki, yer üzərindəki heç bir canlıya bənzəməyim. Axı yekdir, ya da 3 nöqtədir, daha onu bilmərik. Yaxud, ömrünün 1/3-ni bıçaq altında yaşayan Aygün Kazımova irəhmətlik Maykl Ceksonun boşluğunu doldurmaq üçün onun simasında zühur etməyə qərar verir. Cinsiyyət önəmli deyil, zatən hazırda ən asanı elə cinsini dəyişməkdir. Bundan sonra dönər bıçağı ilə silahlanmış cərrahlarımız başlayacaqlar doğramağa ki, dünya yeni Cekson görsün.Bu arada, portalımız həm doğrayanlara, həm də doğrananlara "müjdəli" xəbər də verib. Belə ki, 23 yaşlı alman pornoulduz Karolin Berger plastik əməliyyat zamanı dünyasını dəyişib. Sən demə, bu, səhnədə "Sexy Cora" ləqəbi ilə tanınmış pornoulduzun döşlərini böyütmək üçün keçirdiyi sayca 6-cı əməliyyat imiş. Nəticədə, əməliyyat zamanı komaya düşmüş Berger 224 saat bu vəziyyətdə qalıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onu özünə gətirmək mümkün olmayıb və pornoulduzun ürəyi dayanıb. Yazıq ürək dayanmasın, neynəsin? Şair Moşu demiş, insan nə qədər qan tökər, a qadan alım?

Kişi bir anadan olanda çimər, bir də öləndə...
İfratçılığımızı az-çox anlatdıq. Bir-iki kəlmə də təfritdən danışıb yekunlaşdırırıq. Hansısa ulu babamız deyib ki, insan bir anadan olanda çimər, bir də öləndə. Tərslikdən hər ikisində də özün çimmirsən, çimizdirirlər. Bəlkə də bu "tövsiyənin" nəticəsidir ki, ilin 4 fəsli ölkəmizdə ictimai nəqliyyata, kütləvi toplantı yerlərinə, kafe-çayxanaya daxil olmaq istəsən, mütləq əleyhqaz taxmalı olursan. Cəmdəklərə hopmuş tər qoxusu ilə, sonuncu dəfə fabrikdə aşılanan zaman suya çəkilmiş paltarlardan gələn üfunət bir-birinə qarışaraq, ortalıqda bihuşedici bir ab-hava yaradır. Duxun varsa, iki saniyədən bir başını qoltuğunun altına soxub, burnuna dəyən "ətirdən" meyxoş olan qardaşın yanında otur. Yaxud, vay o günə ki, dabanları su üzünə həsrət qalmaqdan çat-çat olan day-dayın ayaqlarına yaxın yerdə əyləşəsən.

Ayaq dedim, yadıma Məhərrəm kişi düşdü. Bu adam arvadının acığına ayaqlarını yumurdu ki, zavallı qadın iydən dəli olsun. Üstəlik, baş-ayaq yatırdı. Təsəvvür edin ki, dəhşətli dərəcədə üfunətdən 4-5 metr yaxınlığına getmək olmurdu. Bir-iki dəfə kimlərsə dözməyib "Yekə kişisən, çimmirsən cəhənnəm, heç olmasa ayağını yu" deyə məzəmmət etmişdi. Qarşılığında isə "Suquşu-zad deyiləm ki, tez-tez çiməm - kişi bir anadan olanda çimər, bir də öləndə" cavabını almışdılar. Zarafatla özünü inandırmışdı ki, bunun ayaqları "Krasnı Moskva" ətirinin iyisini verir. Doğrusu, indi belə ətir varmı-yoxmu, deyə bilmərəm.
Gördüyünüz kimi, ifratda nə qədər məharətliyiksə, təfritdə heç də ondan geri qalmırıq. Hə, yeri gəlmişkən, biz hətta yuyunmağı da mifik qanunlarla əlaqələndirib, düşər-düşməzini öyrənirik. İndi deyəcəksiniz ki, "Necə bəyəm?"Şəhərdəki oğlunun evinə gələn 80 yaşlı Cərco kişinin "məstedici" ətri bütün mənzili bürüyür. Cavan gəlin utandığından üzə vurmasa da, kişinin təcili çimməli və paltarlarını dəyişməli olduğunu anlayır. Söhbəti fırlada-fırlada qaynatasına yoldan gəlib yorğun olduğu üçün yuyunmağı təklif edir.
Cərco deyir: "Bala, çimmək mənə düşmür. Bir kərəsində hamama girdiyim vaxt Birinci Cahan Müharibəsi başladı. İkinci kərəsində isə nemeslər Böyük Vətən Müharibəsini başlatdılar. Məni üçüncü dünya müharibəsinə sürükləmə, bala, çimmək istəmirəm".
Lakin, bu izahatın xeyri olmur və gəlin kişini birtəhər dilə tutub hamama soxur. Üstündən 5 dəqiqə keçməmiş hamamda qışqırıq qopur və gəlin tələsik qapıya yaxınlaşıb soruşur:
- Cərco dayı, nolub orda, indi nə baş verdi?
- Heç-zad a qızım, sevinirəm. Deyəsən, bu dəfə çimmək mənə düşdü. Neçə ildir ki, hərbi kitelimi itirmişdim, tapa bilmirdim. Sən demə, maykanın altından geyinmişəmmiş...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10566   Tarix: 04 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925