Zəhlətökən mənasız suallar

Zəhlətökən mənasız suallarHər gün çoxlu suallar veririk bir-birimizə. Bunlardan bəziləri cavab almaq, nəsə öyrənmək üçündür. Bəziləri isə sadəcə artıq ənənəyə çevrilmiş və əslində cavabı olmayan suallardır. Bunlar arasında bizi əsəbiləşdirənlər, bezdirənlər də olur. O suallardan yadımıza düşənləri yığdıq bir yerə.

"Necəsən? Başqa nə var, nə yox? Ayrı vəziyyətin?"
zəhlətokən suallarBirinci suala cavab vermək olur, digər iki sual müəmmalıdır. Adam soruşmaq istəyir, səni konkret nə maraqlandırır? Başqa nə var nə yox? Bu nə deməkdir axı?

"Haralısan? Hardansan?"
Yerlibaz adamların çox verdiyi sual. Çox vaxt yerli çıxma ehtimalını nəzərə alıb verirlər bu sualı.

"Niyə ərə getmirsən?" və ya "Niyə evlənmirsən?"
Subayların yaralı yeri! Gəlin sizə yaxşı bir cavab məsləhət görək. Deyin ki, evlənənlər məsləhət görmürlər.

"Mənə görə bir qulluq?"
Dəliqanlı oğlanların söhbətə qoyduğu nöqtə və ya sağollaşmağın bir yolu. Əvvəllər daha çox işlənirdi bu ifadə. Son vaxtlar deyəsən unudulub. Bu sualın klişe cavabı: Qulluq sahibi olasan.

"Üzünü niyə qırxmırsan?"
Daha çox gənclərə verilən sualdır. Ardınca da başqa suallar gəlir: "Dindarsan?", "Kimsə rəhmətə gedib?" və s. Bir insanı başqasının üzünü qırxmamağı niyə bu qədər narahat edir görəsən?

"Saçını niyə kəsdirmirsən?"
Uzun saç bizdə nədənsə qızlara aid bir əlamət kimi qəbul edildiyindən oğlanların saç saxlamağına pis baxılır.

"Böyüyəndə nə olacaqsan?"
Uşaq vaxtı yəqin sizə də bu sual verilib. Böyüyəndə nə olacağını uşaq hardan bilsin?

"Gəlmisən?"
Maraqlı suallardan biri də evə gələn adama verilən "gəldin?", yaxud "gəlmisən?" suallarıdır.

"Niyə səsin çıxmır? Nəsə olub?"
Kefiniz yaxşı olsa da, səsiniz çıxmırsa deyəcəklər ki, əhvalın yoxdur. O qədər inadla soruşurlar ki, axırda kefin həqiqətən pozulur.

"Nə qədər maaş alırsan? Bir şey-mir şey var?"
"Bir şey-mir şey", yaxud "Çax-çux" çox maraqlı anlayışdır. Yəni maaşın az olsa da fikir eləmə, əsas "çax-çux"un yaxşı olsun. O varsa, deməli ac qalmırsan.

"Bizi nə vaxt sevindirəssiniz?"
Bu da evli cütlüklərin bəlasıdır. Toydan on gün keçməmiş başlayır və uşaq olana qədər davam edir. 3 aya qədər bir xəbər çıxmasa, üz tutulur həkimlərə, nəzir deyilir pirlərə, məscidlərə, seyid ocaqlarına.

"Heç yoxdu?"
Dükanda gedən dialoqdur. Filan şey var? – Yox – Heç yoxdu? Yoxdursa, yoxdur da. "Heç yoxdur" nə deməkdir?

Müəllif: Rəna Nevzat


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3592   Tarix: 28 avqust 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549