Azərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTO

Bu gün Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunur. Sayca daha artıq və daha güclü düşməni "Çanaqqala keçilməzdir!"-deməyə məcbur edən bu döyüş türk tarixində qızıl hərflərlə yazılıb.

100 il əvvəl regionda çox mürəkkəb vəziyyət var idi. Osmanlı imperiyası süquta doğru gedirdi. Trablus və Balkan savaşlarında məğlub olan imperiya Şərqi Trakiya xaricində Avropadakı bütün torpaqlarını əldən vermişdi. Artıq Osmanlı dövlətinin çöküşü qaçılmaz olmuşdu və ona görə də digər imperiya qüvvələri onun torpaqlarını öz aralarında bölüşdürmüşdülər.

Rusiya boğazları ələ keçirib "isti dənizlərə" çıxmağı hədəfləyərkən, İngiltərə Süveyş kanalı və Hind okeanına yolun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayır, Fransa Livan, Suriya və Kilikiyanın idarəçiliyini arzulayır, almanlar Şərqə yiyələnmək siyasəti güdür, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Çanaqqala döyüşü məhz belə bir vaxtda baş vermişdi.

Osmanlı imperiyası 1914-cü il avqustun 21-də Almaniya ilə qarşılıqlı hərbi yardım və müttəfiqlik haqqında müqavilə imzalamışdı. Bu müqavilədən dərhal sonra "Üçlər İttifaqı" dövlətlərinə qarşı müharibəyə hazırlıq başlandı. Çünki hələ 1914-cü il avqustun 10-da Aralıq dənizində ingilis donanması qarşısından geri çəkilən iki alman ağır kreyserinin Çanaqqala boğazını keçərək İstanbula gəlməsi böyük gərginlik yaratmışdı. 1914-cü il oktyabrın 27-də qəsdən "Yavuz" və "Midilli" adlandırılan həmin gəmilər alman admiral Sukonun əmri ilə Qara dəniz sahillərindəki Rusiya limanlarını bombaladı və bununla da Osmanlı I Dünya müharibəsinə qoşulmuş oldu.

1915-ci il fevralın 19-da Fransa və Britaniyaya aid 16 döyüş gəmisindən ibarət nəhəng donanma Osmanlı sahil qüvvələrini bombalayaraq, Çanaqqala boğazına doğru irəliləməyə başladı. Lakin gecə yarısı "Nüsrət" adlı Osmanlı mina gəmisinin boğazın Asiya hissəsinə düzdüyü dəniz minaları onların yolunda maneəyə çevrildi. Ard-arda düşmənin üç döyüş gəmisi minalara toxunaraq batdı, bir neçəsi isə ciddi xəsarət aldı.

Gelibolu yarımadasına yerləşdirilən Osmanlı artilleriyası da düşməni göz açmağa qoymurdu. Ağır itkilər verən İttifaq dövlətləri artilleriyanı susdurmadan Çanaqqala boğazını dəniz yolu ilə keçə bilməyəcəklərini anladılar və buna görə də adaya ən böyük ordu hissələrini yeritdilər. Hücum iki cəbhədən - Seddülbahir və Arıburnu cəbhəsindən həyata keçirildi. Osmanlı ordusu say baxımından az, təchizat baxımından zəif olsa da, düşmənin bütün hücumları qəhrəmanlıqla dəf edildi. Döyüşlərdə ordu 253 min şəhid verdi. Tarixi mənbələrdən belə məlum olur ki, Osmanlı ordusunun verdiyi şəhidlər arasında 3 minədək azərbaycanlı könüllü də var idi...

Həmin döyüşlərdə türk əsgərinin yenilməzliyini düşmənlər də öz xatirələrində etiraf ediblər. Müharibənin qızğın dövründə 10 nəfər türk əsgərinin 500-dən çox ingilis hərbçisinə qarşı müqavimət göstərməsi və onları geri çəkilməyə məcbur etməsi ingilis generalı Hamiltonu çox təəccübləndirib və o, qeydlərində tərəddüd etmədən hər bir osmanlı əsgərini yüz nəfərə bərabər tutaraq yazıb: "Bu hücumda ingilis əsgərlərinə min nəfər Osmanlı əsgəri müqavimət göstərir".

Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamısı eyni ruh yüksəkliyi ilə döyüşmüş, ya şəhid, ya qazi olmuşlar. 57-ci alayın bütün əsgərləri düşmən qarşısında bir addım belə geri çəkilməmiş, şəhadətə qovuşmuşdur. Bu məqamda Geliboludakı döyüşlərdə komandan vəzifəsinə qədər yüksələn Mustafa Kamal Atatürkün "Mən sizə düşmən üzərinə hücuma keçməyi deyil, ölməyi əmr edirəm" - sözləri yada düşür...

azvision.az

Azərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTOAzərbaycanlıların şəhid olduğu 100 illik zəfər - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2400   Tarix: 24 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930