Sabah Günəş tutulması baş verəcək

Sabah Günəş tutulması baş verəcəkSabah Günəş tutulması baş verəcək
Həlqəvi Günəş tutulmasının ardınca Venera keçidi və qismən Ay tutulması olacaq

Mayın 20-də dünya vaxtilə 20:56-da həlqəvi günəş tutulması baş verəcək. Hadisəni Lent.az-a şərh edən astrofizik Cəsarət Əliyev bildirib ki, Ayın bucaq ölçüləri indiki halında Günəşin bucaq ölçülərindən kiçik olduğu üçün o, Günəşi tam örtmür və həlqəvi tutulma baş verir: "Bu o deməkdi ki, Ay Günəş diskində tam oturduqda onun örtmədiyi hissə qara fonda işıqlı həlqə kimi görünür. Tutulma bir neçə saat davam edərək mayın 21-də gecə saat 2:49-da bitəcək. Yer səthində tutulma zolağı Günəş doğanda Çin, Doğu Rusiya və Yaponiya torpaqlarını, Günəş batanda isə ABŞ və Kanada ərazilərini örtdüyündən Azərbaycanda görünməyəcək (şəkil 1). Tam həlqəvi tutulmanın hansı ərazilərdən keçməsi şəkil 1-də qırmızı nöqtənin hərəkəti ilə göstərilir".

C.Əliyev bildirib ki, Günəş tutulması mexaniki-optik hadisədi və ona görə də yalnız gündüz baş verdikdə xəbərsiz insanlarda, və həmçinin canlılarda qorxu hissi yaradır. Hər hansı başqa fiziki olaylar baş vermir.

Bunun ardınca isə iyunun 4-də qismən ay tutulması baş verəcək.

Daha bir maraqlı olay isə iyunun 5-6-da Veneranın günəş diskindən keçməsidir. Astrofizik deyir ki, Veneranın ölçüləri Günəşin ölçülərindən çox-çox kiçik olduğundan o, günəş səthində qara ləkə kimi görünür: "Bu olay bəzən bir neçə ildən bir, məsələn bundan öncə 2004-cü il iyunun 8-də baş vermişdi, bəzən isə 100 ildə bir baş verir. Məsələn, sonrakı 2117-ci il dekabrın 11-də olacaq. Yəqin ki, səbirsiz oxucularınız 2117-ci ili oturub gözləmək istəməyəcəklər. Onlar olaya elə indi də aşağıdakı şəkillərdə baxa bilərlər.

mənbə: lent.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3017   Tarix: 20 may 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

TOP MP3