Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEOBöyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEOBiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, onun bu məyusedici proqnozu artıq gerçəkləşməyə başlayıb: alimlər arıların planetimizdən sürətlə yoxa çıxmasına görə narahatdırlar.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEOÖtən həftə Xorvatiyanın Medjimurye rayonunda 50 milyondan çox arı ölü tapılıb. Bununla bağlı ölkədə hətta təbii fəlakət elan olunub.

Həftənin əvvəlində 20 arıçı təxminən 600 pətəkdə olan arılarin öldüyünü deyib.

Ekoloji fəlakətin səbəbinin pestisid zəhərlənməsi olduğu güman edilir.

Hazırda arılar və onların istehsal etdiyi balın tərkibi, eləcə də hadisənin insan sağlamlığına mümkün təsirləri araşdırılır.

Zərərin ən qısa zamanda aradan qaldırılması və qalan arıların qorunması üçün arıçılara maddi yardım göstəriləcək.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEOArılar nədən ölür?

Beynəlxalq ekspertlər səbəblərin çox olduğunu bildirirlər: iqlim dəyişikliyi, qlobal ekologiyanın pisləşməsi, kənd təsərrüfatında pestisidlərdən genişmiqyaslı istifadə, müasir elektronika, müxtəlif parazitlər və s. Bütün bunlar dəhşətli nəticələrə səbəb olur.

Məsələn, ABŞ-da son bir əsrdə bal arılarının sayı 50-80 faiz azalıb. Bu, əsl fəlakətdir!

Bal arılarının sayında ciddi azalma bu gün təkcə ABŞ-da deyil, Kanada, Avstraliya, Çin və bütövlükdə Avropa Birliyində müşahidə olunur. Bəzi tədqiqatçıların fikrincə, buna səbəb genetik modifikasiya olunmuş (GMO) bitkilər də ola bilər. Arılar belə bitkiləri tozlandırmır və nektarsız qalırlar. Eyni zamanda GMO arıların immunitetini də aşağı salır.

Bu problemin çox qabarıq olduğu Böyük Britaniyada isə yaxın 10 il ərzində bütün arıların yox olacağı proqnozlaşdırılır.

Apokalipsis yaxınlaşır

Xatırladaq ki, arılar təkcə bal mənbəyi deyil, onlar həm də bir çox bitkilərin tozlanmasında mühüm rol oynayırlar.

Planetimizdəki məhsulların 80 faizi arılar tərəfindən tozlanır. Bu o deməkdir ki, onlar olmasa, bizi kütləvi aclıq gözləyir. Eyni zamanda, bəşəriyyət pestisidlərdən, GMO və ya peyk rabitəsindən imtina etmək istəmir (və artıq edə də bilməz). Vəziyyətdən çıxış yolu hələ də axtarılır.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 7696   Tarix: 22 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

Zaurla Günaydan SƏMİMİ GÖRÜNTÜLƏR - VİDEO

Məşhur aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərdən xəbər var. xəbər verir ki, Günay instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə onun həyat yoldaşı aparıcı Zaur da yer alıb. Paylaşım izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

20.06.2021 2265
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700