"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib""Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cavab verəcəyinə ümidlər vardı. Amma cavab verilmədi. Tam əksinə, SSRİ-nin rəhbəri Mixail Qorbaçovun ətrafındakılar erməni separatçılığına açıq rəğbət bəslədilər".

Bunu "MediaPost"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, erməni separatçılarının silahlanmasına göz yumuldu və azərbaycanlıların kompakt yaşadıqları yaşayış məntəqələrinə silahlı hücumlar oldu:

"SSRİ-nin dağılması ilə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə başladı. Ancaq hətta həmin illərdə belə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla ermənilərin ciddi toqquşmaları qeydə alınmadı. Bu dəfə isə durum fərqlidir.

Ermənistan-Azərbaycan sərhədindəki döyüşlərə dünyanın müxtəlif ölkələrində azərbaycanlılarla ermənilərin qarşıdurması damğasını vurdu. Bəzi ölkələrdə həmvətənlərimiz Azərbaycan səfirliyini ermənilərin hücumlarından qoruyurdular. Demək olar ki, diplomatlarımız soydaşlarımızla birgə mübarizə apardılar".

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"E. Şahinoğlu bildirib ki, iyulun 12-də sərhəddə azərbaycanlı hərbçilərə hücum edilməsi, generalımız və digər əsgərlərimizin şəhid olması xaricdə yaşayan milyonlarla azərbaycanlının da hissiyyatına toxunub: "Sərhəddə olduğu kimi, xarici ölkələrdə də təxribatı ermənilər törətdi. Ermənilərin Azərbaycanın Los-Ancelesdəki konsulluğu ətrafına toplaşan azərbaycanlılara hücum etməsi, Brüsseldə erməni qrupun azərbaycanlıları vəhşicəsinə döyməsi ilə fitil yandı. Əgər sərhəddə toplar, raketlər və pilotsuz uçuş aparatları hədəfləri vururdusa, səfirliklər qarşısında yumruqlar və təpiklər havada uçuşurdu. Azərbaycanlılar Los-Ancelesdəki təxribatın intiqamını Moskvada, Kiyevdə və başqa şəhərlərdə aldılar. Bu, Ermənistan hakimiyyətinə, erməni lobbisinə, Los-Ancelesdə, Brüsseldə və digər şəhərlərdə yaşayan ermənilərə xəbərdarlıq idi ki, yenə azərbaycanlılara qarşı təxribatlara baş vursalar, bu, onların özlərinə ziyan vuracaq. Bundan artığına ehtiyac yoxdur, fərqli ölkələrdə erməni təxribatı ilə mübarizəni hüquqi müstəvidə davam etdirmək lazımdır.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"Los-Ancelesdə və Brüsseldə azərbaycanlılara qarşı təxribatlar törədildiyi saatlarda Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirirdi. O, müxtəlif ölkələrdəki soydaşlarını təxribatlardan çəkindirmək əvəzinə, vəziyyəti daha da gərginləşdirən açıqlama verdi. Ermənistanın baş naziri dedi ki, sərhəddəki döyüşlər fonunda dünyadakı erməni lobbisinin fəaliyyətindən məmnun qalıb. Bu o demək idi ki, azərbaycanlılara qarşı təxribat əmri elə İrəvandan verilib. Bu, Xocalı soyqırımını planlayan və həyata keçirən düşüncə tərzinin davamıdır".

Politoloqun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldiyi gündən dəfələrlə söylədiyi tezisləri təkrarlayıb: ""Azərbaycan Dağlıq Qarabağla birbaşa danışıqlar aparmalıdır", "Dağlıq Qarabağın təhlükəsizliyi məhdudlaşdırıla bilməz", "Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququ olmalıdır", "Azərbaycan Ermənistana və Dağlıq Qarabağa güc tətbiqi fikrindən rəsmən imtina etməlidir".

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"Ermənistanın baş naziri faktiki olaraq, Azərbaycana "kapitulyasiya" təklif edir. Paşinyanın bu bəyanatından sonra işğalçı ölkə ilə danışıqların davam etdirilməsinin mənası yoxdur. Çünki sərhəddəki 4 günlük döyüşlərdən sonra masada dəyişən bir şey yoxdur. Paşinyan bir müddət sonra Şuşada yenidən yallı oynamağa gedəcək. Görünür, sərhəddəki döyüşlərdən sonra erməni hərbçilərin rusiyalı həmkarları ilə Ermənistanda keçirdikləri birgə təlimlər Paşinyanı bir az da cəsarətləndirib. Ancaq başda Rusiya olmaqla, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların erməni təxribatına qarşı verdikləri cavab həm də onu göstərir ki, Ermənistanın torpaqlarımızı işğal altında saxlamasına müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar seyrçi qalmayacaqlar. Ona görə də son günlər Moskvada iş quran həmvətənlərimizin bir qismi ermənilərlə ticarət aparmaqdan imtina ediblər. Bunu işğalçı Ermənistana qarşı azərbaycanlıların birgə başlatdığı təzyiq mexanizmi kimi də anlamaq olar. İranda yaşayan azərbaycanlılar da ermənilərlə ticarət əlaqələrinə göz gəzdirə bilərlər".

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib""Nəzərə almaq lazımdır ki, iki ölkə arasında növbəti hərbi qarşıdurma zamanı yenidən xarici ölkələrdəki səfirliklərimiz və soydaşlarımız ermənilərin təxribatları ilə üzləşə bilərlər. Ermənilərin "ASALA" kimi terrorçu təşkilatını hərəkətə keçirəcəkləri də istisna deyil. Onların bu cür işlərdə təcrübələri çoxdur. Bu məqsədlə, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Diaspora Komitəsinin birgə çalışması və müxtəlif ssenarilərə hazır olması lazımdır. Necə ki, azərbaycanlılar 1905-ci ildə erməni terrorçuluğu ilə üzləşəndə təşkilatlanmış və təxribatlara qarşılıq vermişdi, bu gün də həmin tarixi dərsi öyrənməyə ehtiyac var", - politoloq bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 977   Tarix: 24 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700