Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?

Məsələ ilə bağlı Publika.az-a danışan cərrah mammoloq-onkoloq Afət Cabbarova bildirib ki, bu gün üçün qəbul olunmuş yeganə qayda erkən müayinədir:

"Bəzi inkişaf etmiş ölkələrdə ÜST tərəfindən və protokollarda təsdiqlənən müayinələr var ki, xəstəliyi tamamilə məhv edir. Xərçəngin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən yoğun bağırsaq, süd vəzi, prostat və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur. Xərçəngin yaranmasında qidalanmanın rolu çox böyükdür. Konservləşdirilmiş qidalar, trans yağlar, heyvan mənşəli qidalar birbaşa xərçəngin inkişafında rol oynayır. Bundan başqa, genetik amillərin də payı çoxdur".

Mütəxəssislər pestisidlərin, qida əlavələrinin, piylənmənin, hormonal məhsulların, eləcə də siqaretin qarşısının alınmasının lazım olduğunu bildirirlər. ÜST-nin hesabatında bildirilir ki, 2050-ci ilə qədər dünyada 35 milyondan çox yeni xərçəng xəstəsi olacaq.

Afət Cabbarova əlavə edib ki, ölkəmizdə skrininq proqramı (Xəstəliyi müəyyən etmək üçün kliniki simptomsuz şəxslər qruplarının ilkin müayinəsi sistemi - red.) olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur:

"Çox təəssüf ki, önləyici tədbir olaraq ölkəmizdə skrininq proqramları varsa da, rəsmi qaydada tətbiq olunduğunu görməmişəm. Ən azı ildə bir dəfə yoxlanışdan keçməliyik. Prostat xərçəngi kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir. Buna görə də 45 yaşdan sonra müayinə olunmaq lazımdır. Bağırsaq xərçəngi üçün də 45 yaşdan sonra 10 ildən bir yoxlanmaq şərtdir. Süd vəzi xərçənginə görə isə 40 yaşından etibarən yoxlanışdan keçilməlidir. Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox görülən xərçəng növüdür. Skrininqi proqramı olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur".

ÜST-nin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin bu il açıqladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi müəyyən olunub. 9,7 milyon insan bu xəstəlikdən ölüb. 2022-ci ildə ağciyər, döş və kolorektal xərçəng növləri dünyada ən çox görülən növlər arasında olsa da, ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi halların 12,4 faizini təşkil edib. Ən çox müşahidə olunan və ən ölümcül xərçəng növü qadınlarda döş, kişilərdə isə ağciyər xərçəngi olub.

Onkoloq-cərrah İbrahim Əsədlinin sözlərinə görə, obyektiv və subyektiv olmaqla, xərçəngin artmasının iki səbəbi var:

"Obyektiv səbəb az hərəkətlilikdir, subyektiv isə beynəlxalq imperialistlərin apardığı iyrənc siyasətdir. Xərçəngin müalicəsi və səbəbi çoxdan bəllidir. 500-dən çox yoxlamadan keçirilən üsullar var. Qəsdən həmin üsulları protokollara salmırlar, imkan vermirlər ki, həkimlər öz işlərini görsünlər. Şəxsən özüm xərçəngin qarışısını almaq üçün bir neçə dəfə Səhiyyə Nazirliyinə xüsusi proqram göndərmişəm. Onlar bunun marağında olmadığını deyirlər, əlavə edirlər ki, əcnəbilər nə deyirsə, biz də onu edəcəyik".

Tədqiqatçıların fikrincə, təxminən hər beş nəfərdən biri xərçəng xəstəliyinə tutulacaq. Təxminən hər 9 kişidən 1-i və hər 12 qadından 1-i bu xəstəlikdən ölür. Diaqnoz qoyulduqdan 5 il sonra yaşayan insanların sayının 53,5 milyon olduğu təxmin edilir.

ÜST-nin qlobal araşdırması göstərir ki, üzv ölkələrin yalnız 39%-i öz vətəndaşlarının xərçəng müalicəsi xərclərini ödəyir. Məlumata görə, ağciyər xərçəngi 2,5 milyon yeni tutulma hadisəsi ilə (ümumi xərçəngin 12,4%-i) dünyada ən çox yayılmış xərçəng növüdür. İkinci yerdə döş xərçəngi (2,3 milyon tutulma, 11,6%), kolorektal xərçəng (1,9 milyon tutulma, 9,6%), prostat xərçəngi (1,5 milyon tutulma, 7,3%) və mədə xərçəngi (970,000 tutulma, 4,9%) yer alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1163   Tarix: 20 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1096
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 909
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31.03.2024 460
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 308
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 850
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 797
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 671
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 991
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 927