Bazarlarda durğunluq: Çilçıraq erası başa çatır? - REPORTAJ

Bazarlarda durğunluq: Çilçıraq erası başa çatır? - REPORTAJƏvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bir çox insanlar tərəfindən keçmişin yadigarları hesab edilir.

Çilçıraq deyəndə ilk olaraq məşhur filmlərdən kadrlar yada düşür. Məsələn, "Qaynana" filmində Afətin Cənnət xalanın təsbehini çilçıraqdan asması, Cənnət xalanın "Ay bu lüstr qırıla düşə bunun təpəsinə, nə ürəyimdən tikan çıxardı..." replikası üzümüzü güldürür. Yaxud "İşdə məhəbbət macərası" filmində Lüdmila Prokofyevnanın Anatoli Novoselsevin gəlişi münasibətilə çilçırağı təmizləməsi səhnəsi çilçırağın evimizdə nə qədər əhəmiyyətli əşya olduğunu göstərir. Müasir dövrdə də evə qonaq gəlirsə, ilk olaraq çilçıraqlar parıldadılır, təmizlənir.
Təsadüfi deyil ki, çilçıraqlar evin zinət əşyaları hesab olunur. Çünki adı çəkiləndə, çoxlarının ağlına möhtəşəmlik, dəbdəbə, parıltı gəlir. Müasir dünyada isə dəbdəbəli çilçıraqları daha müasir, minimal əşyalar əvəz edir. Bəs evlərimizin ləl-cəvahiratlarının bazardakı vəziyyəti necədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Çilçıraq bazarındakı qiymətlər

Bir müddət öncə mətbuatda üç ölkədən çilçıraq tədarükünü bərpa etdiyimizlə bağlı xəbər yayılmışdı. Bu tədarük Azərbaycan çilçıraq bazarına necə təsir edib? Ən əsası, istehlakçı evini işıqlandırarkən nələrə diqqət etməlidir?

Əvvəlcə bazardakı qiymətlərlə maraqlandıq.

Bazardakı çilçıraqların qiymətləri iyirmi manatdan başlayır, iki, üç min manata qədər davam edir. Təbii ki, bazarda materialına, daş-qaşına görə, daha baha çilçıraqlar da mövcuddur. Satıcılar deyir ki, hazırda alıcılar daha çox modern üslublu, göstərişli olmayan çilçıraq almağa üstünlük verirlər, amma klassik çilçıraqların da alıcıları az deyil.

Çilçıraq tədarükü ilə məşğul olan şəxslərdən aldığımız məlumata görə, elektrik avadanlıqlarının, işıqlandırma sistemlərinin (lüstr, lampa, led sistemləri) 95 faizi idxaldan asılıdır. Məhz bu səbəbdən son vaxtlar bu bazarda da bahalaşma müşahidə olunur: "Bunun ilkin səbəbi logistika, karqo şirkətlərinin daşınma xərci və gömrük rüsumlarının artmasıdır. Ötən ilin ikinci yarısından çilçıraq bazarında bahalaşma var".

Çilçırağı bahalaşdıran səbəblər nələrdir?

Son vaxtlar türk saytlarından da çilçıraq alanları müşahidə edirik. Qiymətlər arasında ikiqat fərqlər olduğu üçün geyim məhsullarında olduğu kimi, bəzi insanlar ev əşyalarını, işıqlandırma sistemlərini də onlayn alırlar.

Çilçıraq satışı ilə məşğul olan Rəhman deyir ki, bu, geyim kimi kütləvi olmadığı üçün satışda ciddi fərq yoxdur: "Hələ ki türk saytlarının bu sistemlərə elə də təsiri yoxdur. Çilçıraq elə əşyadır ki, müştəri yerində baxır, seçim edir. İşıq sistemlərinin gətirilməsi o qədər sərfəli deyil. Amma bazarda durğunluq var. Maraq əvvəlki səviyyədə deyil. Malın yerində bahalaşması qiymətə ciddi təsir etmir. Amma daşınma xərcləri, gömrük rüsumları, yer pulunun qalxması, bu ildən vergi yükünün artması kimi xərclər malın qiymətini artırır".

Çilçıraq erası başa çatır?

Satıcı deyir ki, çilçıraq erası başa çatmaq üzrədir: "Əvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bəzi insanlar tərəfindən keçmişin yadigarları hesab edilir. İndi müasir işıqlar, tam modern formalar dəbdədir. Gənclərin seçimi əsasən, sadəlikdən yana olur, yaşlı nəsil isə klassikaya meyil edir".

Evinizin makiyajı

İşıqlandırmanı evin makiyajına da bənzədir mütəxəssislər. Evin gözəl görünməsi onun "makiyaj"ından asılı olur. Hesab edilir ki, çilçıraqlar evinizin ümumi üslubunu dəyişdirməyin ən asan vasitələrindən biridir. Bəs biz istədiyimiz çilçırağı alıb, istənilən otağa quraşdıra bilərikmi?
Mütəxəssislər deyir ki, salon üçün çilçıraq seçəndə diqqət edilməli olan əsas məqam seçiminizin salonu nə dərəcədə doldurmasıdır. Çünki salonlar əsasən evin ən böyük sahələri olur. Buna görə işıqlandırma yaxşı olmalıdır.

Mətbəx üçün çilçıraq seçərkən mətbəxdən necə istifadə edəcəyinizi nəzərə almalısınız. Mətbəxlər müasir dövrdə yalnız yemək bişirmək, yaxud tək qadınların istifadə etdiyi məkan deyil. Ona görə mətbəxin işıqlandırılması da mühüm məsələdir. Mətbəxlər buxar və rütubətin ən çox cəmləşdiyi yerlərdir. Bu səbəbdən çılpaq lampalar şəklində olan çilçıraqlar mətbəxə uyğun deyil.

Uşaq otağında çilçıraq seçiminə gəldikdə isə, burada parlaq işıqlardan istifadə etmək düzgün deyil: "Gün işığını idarə edə biləcək şəkildə çilçıraq seçmək lazımdır. Uşaqlar, xüsusən də yeni doğulmuş körpələr günün çox hissəsini yatmaqla keçirdikləri üçün daha qaranlıq mühitə ehtiyac duyurlar. Bu səbəbdən uşaq otaqlarının bir az qaranlıq olması daha uyğundur".

Səhv çilçıraq seçiminin fəsadları nədir?

Elektrik mütəxəssisi Azad Qeybullayev deyir ki, çilçıraq alınanda əsas diqqət edilməli olan məqam patronlarıdır: "Patronlar plastmas deyil, keramik (farfor) olmalıdır. Lampanı bağlayanda qızma verməməlidir. Qızma verdikdə, bir ay müddətində lampa yanır. Nəinki lampa, açıb baxanda görürsən ki, patronun yeri də yanıb. Çilçıraq tavana bağlananda diqqətli olmaq lazımdır. Bəzən ağır çilçırağı alçipandan asırlar. Belə olduqda müəyyən vaxtdan sonra çilçıraq insanların başına düşə, ciddi fəsadlar yarada bilər".
Çilçıraqlar evdə yanğına səbəb ola bilərmi?

"Səhv bağlanan çilçıraq evdə yanğına səbəb ola bilərmi?" sualını verdikdə isə, mütəxəssis belə hadisələrlə dəfələrlə rastlaşdığını bildirir: "Məsələn, çilçırağı bağlayanda kabellərlə zərif davranılmır, dartılır, yaxud kabel yerinə düzgün yerləşdirilmir. Kabel çox dartılanda sıyrılır və korpusa toxunur. Müəyyən vaxtdan sonra yaranan qığılcımlar alışma verib, yanğına səbəb ola bilər".

Son vaxtlar LED işıqlardan istifadəyə gəldikdə isə, mütəxəssis vurğulayır ki, onlar daha təhlükəsizdir: "Ledlər müəyyən lampalara görə yaxşıdır. Çünki onlar istiliyi çox sevmir və qızma vermir. Adi lampalar öz ölçülərinə görə güclü qızır, patronları tez sıradan çıxarırdı. Ona görə də, farfor patronlar istehsal edildi ki, qızmaya dözə bilsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 777   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571