"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız": "Ən çox qonorarı mən aldım""Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan öncə bizim üçümüzü də 23 saylı orta məktəbə qonaq çağırmışdılar. O xanım da gəlmişdi. Rəhmətlik Şamil Mahmudbəyov gözəl kino çəkmişdi, sonra 1 saat 20 dəqiqəlik filmi 45 dəqiqə etdilər. Həmin xanımın çəkildiyi yerlərin əksəriyyəti təəssüf ki, kəsildi. Orada "Tutu"nun uşaqlığı, necə rəqs etməyi öyrənməsi və s. çəkilmişdi. Bunu da həmin qadın oynayırdı. O bizdən çox kiçik idi. Bəlkə də dörd yaşı heç olmazdı. Ən çox pulu mən aldım. "Tutu" roluna iki nəfər çəkilmişdi deyə qonorar da onların arasında bölüşdürüldü".

Bunu Moderator.az-a açıqlamasında "Qaraca qız" filminin "Xədicə"si Leyli Axundova deyib.

"Hazırda həmin xanımla heç bir əlaqəm yoxdur. Təəssüf ki, onu itirmişəm, münasibətim qalmayıb. Bəzən məndən soruşurlar ki, Leyli xanım, sizin fəxri adınız var? Deyirəm ki, heç nəyim yoxdur. Hər kəs bu filmin adını eşidən kimi tərifləyir. İndi belə kino çəkən var ki?! Mən həmişə fəxr edirdim ki, o filmdə çəkilmişəm", - deyə o bildirib.
Leyli xanım deyir ki, filmdə digər uşaqların çəkildiyini öncədən bilməyib.

"Mən heç bilmirdim ki, filmdə başqa hansı rollar var. Bir onu bilirdim ki, məni parkda gördülər, atam icazə vermədi çəkilməyə və biz çıxıb getdik Rusiyaya istirahətə. Sonra onlar bildilər ki, atam rəssamdır. Ona görə də Rəssamlar İttifaqından atamı tapıb, teleqram göndərdilər. Çəkilişlər başlamışdı, dayım dedi ki, rejissor Leylini gözləyir. Atam o qədər deyindi ki. Mənə demişdilər ki, rejissor üçün şeir deyərsən. Şamil Mahmudbəyov şeir deməyə qoymadı, dedi ki, görmürsünüz ki, bu "Xədicə"dir?" - deyə o bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 971   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanın 3059 manatlıq tərzi

Xalq artisti Aygün Kazımova yenə geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, müğənni yeni fotolarını sosial şəbəkə hesabında paylaşıb. Pop kraliça "Vetements" brendindən qısa libas geyinib. Paltarın qiyməti 1375 dollar, yəni 2337 manatdır. Kazımova görünüşünü "Dolce & Gabbana"

09.05.2024 4285
.

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib. Axşam.az xəbər verir ki, buna səbəb tiktokerin xanəndə ilə bağlı canlı yayımda qeyri-etik ifadə işlətməsi olub. "Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyən

07.05.2024 1909
.

Castin Biber ata olacaq

Müğənni Castin Biber ata olacaq. Axşam.az xəbər verir ki, ifaçnın model həyat yoldaşı Heyli Biber hamilədir. Castin bu barədə sosial şəbəkədə fotolar paylaşaraq məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Heyli ilə Castinin ayrıldığı, hətta boşanacaqları iddia olunmuşdu

11:54 295
.

Türkiyədə serial sektorunda böhran yaşanır

Türkiyədə serial sektorunda böhran yaşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, hazırda yaylıq seriallar çəkilmir. Buna səbəb bu sektorda xərclərin artması olub. Üç il əvvəl 1 və ya 1,5 milyona başa gələn serialların hər seriyasının dəyəri indi 10 milyon lirəni keçib. Ölkənin hər seqmentind

06.05.2024 908
.

"50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır" - VİDEO

Elit star Cəmilə qalmaqallı açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki, "Tarixin bir günü" verilişində qonaq olan müğənni həmkarlarını "ağ yuyub, qara sərib". O, təqaüd yaşına gələn şou nümayəndələrini efirdə ağızlarına gələnləri danışmaqda ittiham edib. Sənətçilərin 50-55 yaşınd

09.05.2024 911
.

Bu gün ikinci yarımfinaldır

Bu gün İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinalı olacaq. Axşam.az xəbər verir ki, bu gün 16 ölkə iştirakçısı finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Onlar Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan

09.05.2024 234
.

Afraya mükafat verdi, görüntülər müzakirə yaratdı - Video

"Yalı Çapkını" serialında "Seyran" obrazına həyat verən aktrisa Afra Saraçoğlu Okan Universitetinin təşkil etdiyi mərasimə qatılıb. Axşam.az xəbər verir ki, aktrisa tədbirdə "İlin ən yaxşı aktrisası" mükafatına layiq görülüb. Səhnədə Afraya 3 mükafat təqdim edən yaşlı kişini

12:07 533
.

Talıb Talenin toyudur

Müğənni Talıb Tale evlənməyə hazırlaşır. -ın əldə etdiyi məlumata görə, ifaçı Bahar adlı xanımla ailə həyatı qurur. Onların toyu 25 may tarixində şəhər restoranlarının birində baş tutacaq. Qeyd edək ki, 43 yaşlı müğənni bir müddət öncə evlənəcəyi qadının özündən 15 yaş kiçik olduğunu söyləmişdi

09.05.2024 1558
.

Kalben sərbəst buraxıldı

Ötən gün narkotikə görə saxlanılan türkiyəli müğənni Kalben Sağdıç sərbəst buraxılıb. Axşam.az Türkiyə mətbuatına istindən xəbər verir ki, ölkədən çıxma qadağası qoyulan sənətçi məhkəmə nəzarəti şərti ilə azadlığa çıxıb. O, polisə verdiyi ifadəsində narkotik satmadığını, sadəcə istifadə etdiyini bildirib

09.05.2024 553