Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz""Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyim var, nə də başqa bir şey. Bilsələr ki, onlardan xoşum gəlmir, zəhləm gedir sabah başlayacaqlar ayağımın altını qazımağa. Onsuz da edirlər, bir az da artıq edərlər. Ona görə yalandan yola verirəm"

Bunu Moderator.az-a açıqlamasında müğənni Samirə Yusifqızı bildirib.

O daha sonra sənət yoldaşlarının ölümünə sevinən həmkarlarına səslənib:

"Siz ölməyəcəksiniz ki? Yoxsa qurdla qiyamətə qalmaq istəyirsiniz?! Kimdən artıqsınız? Ölənlərdən?! Heç kimdən artıq deyilsiniz, hamınız öləcəksiniz. Kim-kimə nə arzulayırsa, o bunu görüb həyatdan köçəcək. Tam arxayın olsunlar. Çox ayıb olsun ölümə sevinənlərə! Çünki insan başına nə gələcəksə, onu bilmir. Xoş hallarına ki, sənətçi dostlarımız ev-eşiklərində balalarının yanında abır-həya ilə ölüb getdilər. Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi! İnsan gərək nə qədər mənliyini, şərəfini itirsin ki, kiminsə ölümünə gülsün, sevinsin! Onlara adam deməyə dilim gəlmir. Haram olsun onlara sənət cameəsində tutduqları pillə! İnsanlığa yaraşmaz! Ölənin arxasınca danışmazlar! İnsan ölüb gedib, o, Allahına cavab verəcək. Bəndə kimdir ki, onun arxasınca danışır?! Hamının səhvi, günahı var! Ayıb olsun!"

Samirə Yusifqızı kişi toylarına son illər nadir hallarda dəvət aldığını bildirib:

"Əvvəllər Oqtay Kamillə kişi toylarına daha çox dəvət alırdım. İndi çox azdır. Təsadüf hallarda, demək olar ki, olur. Allah xalqımıza, millətimizə o qədər imkan versin ki, eybi yox, bizi çağırmasalar da, olar. Biz ancaq xeyir iş istəyirik. Mən müğənniyəm, mahnı oxuyuram. Oxuyacağam da. Nə qədər Allah mənə güc veribsə, musiqilərimlə sənətə xidmət edəcəyəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bakı Zooparkı" internet üçün hər ay 1 230 manat xərcləyəcək

Bakı şəhər Heyvanat Parkı ("Bakı Zooparkı") "Bakı Telefon Rabitəsi" MMC ilə satınalama müqaviləsi imzalayıb. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilənin şərtlərinə görə "Bakı Zooparkı" "Bakı Telefon Rabitəsi"ndən 8 ay ərzində internet xidmətlər

15.05.2024 284
.

Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi

Lənkəranda 2 ay əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qətlə yetirilməsi ilə bağlı 1 nəfər tutulub. xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluq birgə məlumat yayıb. Bildirilib ki, Lənkəran Rayon Prokurorluğu və Lənkəran Rayon polis Şöbəsinin birgə fəaliyyəti nəticəsində cari ilin mart ayınd

10:36 299
.

Paşinyan Serbiyanın Baş nazirinə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Serbiyanın Baş naziri Miloş Vuçeviçə bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, Baş nazirlikdən verilən məlumata görə, bəyanatda deyilir:. "Serbiya Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə sizi təbri

15.05.2024 209
.

"Ağ çiçəyim"in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

"Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir". Bunu Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və fərdi yaşayış evlərinə cüzi ziyan dəyib

10:00 338
.

Azərbaycanda yüksəkvəzifəli xanım işdən azad edildi

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad edilib. İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Məlumata görə, A.Sabitova öz xahişi ilə vəzifəsindən ayrılıb. Qeyd edək ki, A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyini

15.05.2024 462
.

Dörd dost ağır qəzaya düşdü, biri öldü - Foto

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, gecə saat 01 radələrində 199-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb

11:06 199
.

İsrail 13 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 13 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri Qüdsün şimal-şərqindəki Hebron şəhəri və Anata qəsəbəsinə hücum ediblər. Əsgərlər Şəfat qaçqın düşərgəsinə də basqı

15.05.2024 221
.

"COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək"

"Bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulmuş dünya dini liderlərinin zirvə görüşü, əminəm ki, qlobal iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərini

15.05.2024 177
.

"Bir qadın"ın ulduzu tanınmaz halda - FOTO

"Bir qadın" serialının baş qəhrəmanlarından birini canlandıran aktrisa Rada Nəsibova fərqli tərzdə fotolarını paylaşıb. olay-a istinadən bildirir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərən sənətçi görünüşündə dəyişiklik etmək üçün süni intellektə üz tutub. O, afro tərzdə olan fotoların

15.05.2024 922