"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏMusiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur.

Bəs niyə uzunömürlü ifalar çox azdır? Buna səbəb nədir?

Mövzu ilə bağlı müzakirələrimiz "İlin fəal gənci" mükafatına layiq görülən, gənc bəstəkar Vəfa Bağırzadə ilə oldu.

BiG.AZ sözügedən müsahibəni təqdim edir:

Musiqi ilə neçə ildir məşğul olursunuz?

Mən 7 yaşımdan etibarən peşəkar musiqi ilə məşğulam. 7 yaşımda mən Fikrət Əmirov adına 6 saylı uşaq incəsənət məktəbində və daha sonra Xan Şuşinski adına Ağdam muğam-musiqi məktəbində fortepiano sinfində oxumuşam. 2007-2011 ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuşam. 2012 - 2016 cı illərdə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017 - 2019 cu illərdə isə magistr pilləsində oxumuşam.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏHazırda Bakı Xoreoqrafiya Akademiyasında müəllim vəzifəsində çalışıram. Bununla yanaşı, yaradıcılığımı da unutmuram. Daim öz üzərimdə çalışıram, yeni əsərlər yazıram, layihə və konsertlərdə mütəmadi olaraq iştirak edirəm.

Gənclər günü ilə bağlı 2019-cu ildə uğurlu fəaliyyətinizə görə "İlin fəal gənci" mükafatına layiq görüldünüz. Bu barədə danışaq...

Dövlətimizin gənclər siyasəti çox uğurlu bir siyasətdir. Xüsusən, istedadlı və yaradıcı gənclərə olan diqqət hər zaman hiss olunur. Bu ilin 2 fevral tarixində Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan İdman və Gənclər Nazirliyinin istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində mən musiqi sahəsi üzrə "İlin gənc fəalı" mükafatına layiq görüldüm. Əlbəttə ki, bu sevindirici haldır. Çalışacam ki, uğurlarım davamlı olsun. Yeni-yeni əsərlərimlə dinləyicilərimin rəğbətini qazanım.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏBundan öncə əldə etdiyiniz nəaliyyətləriniz barədə danışaq...

2016-2017-cı illərdə Bəstəkarlar İttifaqının təşkil etdiyi "Gənc bəstəkarların yeni əsərlərindən ibarət" plenumlarında uğurla çıxış etmişəm. 2018-ci ildə "Gənclərə dəstək" layihəsində çərçivəsində keçirilən konsertdə Vaqif Səmədoğlunun sözlərinə bəstələdiyim "Dünyaya çıx, gülə-gülə" mahnı-romansım ilə iştirak etmiş və uğurlu çıxışıma görə diplomla təltif olunmuşam. 2019-cu ilin fevral ayında "Gəncliyə töhvə" festivalında Azərbaycan Xalq Çalğı alətləri orkestri üçün yazdığı "Rondo-Vals" əsəri və fortepiano prelüdlərim ilə uğurla iştirak etmişəm. 2019-cu ilin 29-30 may tarixlərində Azərbaycan şairi və mütəffəkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə "Nəsimi ili" çərçivəsində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkil etdiyi gənc bəstəkarlar arasında "Nəsimi Romans Respublika-Müsabiqə" festivalında İmadəddin Nəsiminin "Mərhəba" qəzəlinə yazdığım eyni adlı romansım ilə çıxış etmiş, diplomant adını qazanmışam 2019-cu ilin Oktyabr ayında "Gənclərə dəstək" layihəsi çərçivəsində keçirilən "Azərbaycanım" adlı konsertdə uğurla çıxış etmiş və diploma layiq görülmüşəm. 2019-cu ilin 27 dekabr tarixində Gürcüstanın paytaxtı Tblisi şəhərində "Gənclərə dəstək" layihəsi və Gürcüstanın "Harmony" gürcü Folkoloru və Klassik Musiqisinin inkişafının birgə təşkilatı ilə Milad-Dostluq festivalı çərçivəsində keçirilən konsertdə uğurla çıxış etdiyimə görə diplomla təltif olunmuşam. 2020-ci ilin yanvar ayında "Duyğuların yürüşü" əsərim Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrınin ifasında uğurla səslənmişdir.

İnsan özünü təsdiq edənə qədər bir çox "yox"lardan keçir. Elə insanı irəliyə aparan inad "Yox, sən bu işi bacarmazsan" sözləri olur.

Bilirsiniz, həyatda çətinliklər də olur, uğursuzluqlar da olur, uğurlar da olur. Bəzən haqsızlıqlarla üz-üzə gələndə geri çəkilmək, hər şeydən imtina etmək istəyirsən. Amma məndə həmişə içimdə bir inad olub: "Yox, sən bunu bacaracaqsan, sən geri çəkilməməlisən! Çalış, vuruş amma qələbəni əldə et." Bir şeyi də qeyd edim ki, mənim rastıma çıxan müəllimlərim çox dəyərli insanlar olub. Onlar həmişə məndə güvən hissi yaradıblar və stimul veriblər. Ailəm, valideynlərim isə məni heç zaman ruhdan düşməyə qoymayiblar, həmişə arxamda olublar.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏBu günki gündə Simfonik əsərlər yazan bəstəkarlarımız çox azdır. Buna səbəb nədir? Mahnı janırında yazmaq dahamı rahatdır?

Deyərdim ki, simfonik əsər yazmaq əlbəttə çox böyük zəhmət tələb edir: təfəkkür, düşüncə zənginliyi , mütaliyə, yeni-yeni axtarışlar... hissləri nota köçürmək, orkestrın alətləri ilə dərindən tanış olmaq, onların texniki və bədii imkanlarını professional şəkildə nümayiş etdirilməsinə nail olmaq. Bütün bunlar əlbəttə çətin olduğu qədər də çox maraqlıdır. Mahnı janrında da yazmağı heç də asan hesab etmirəm. Baxır mahnıya. Mahnı var, mahnı var! Məsələn, Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli kimi bəstəkarların yaratdığı mahnılar Azərbaycan musiqi xəzinəsinin inciləridir.

Niyə indiki mahnıların ömrü 1 aylıq olur?

Əlbətt ki, diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur. Mahnı da peşəkar şəkildə yazılmalıdır.

Bəstəkarlıqla dolanmaq mümkündür?

Bilirsiz, "Bu gün Cid­di mu­si­qi ilə məş­ğul olan­la­rın prob­lem­lə­ri da­ha çox­dur, nəin­ki yün­gül est­ra­da. Bir qə­dər pul xərc­lə, te­le­ka­nal­lar sə­ni po­pul­yar "ul­duz" si­ya­hı­sı­na da­xil et­sin­lər.
Əsl mu­si­qi­də isə və­ziy­yət baş­qa cür­dür. Həm pul qazanmaq çox çətin olur, həm də əsə­rin ifa­çı­sı­nı və ya or­kestr he­yə­ti­ni qa­ne edə­cək mad­di ma­raq ol­ma­dıq­da əsə­rin ifa­sı müş­kül mə­sə­lə­yə çev­ri­lir. Müəl­li­fin qar­şı­sın­da an­caq hər cür mad­di və mə­nə­vi prob­lem­lər­lə üz­lə­şə-üz­lə­şə çə­tin hə­yat ya­şa­ma­sı mü­qa­bi­lin­də işi­nin pes­si­mist son­luq­la bit­mə­si qa­çıl­maz da ola bi­lər.
Bu gün bəs­tə­kar­la­rı­mı­zın ço­xu bu cür ya­şa­yır...

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏƏn baha satdığınız mahnı? Ümumiyyətlə bəstələrinizi satırsınız?

Hələ ki, bu barədə fikirləşməmişəm. Ola bilsin gələcəkdə belə bir fikrim oldu.. Bunu zaman göstərəcək.

Səhnədə ifa zamanı başınıza gələn yadda qalan hadisələr...

Mən çox vaxt öz əsərlərimi ifaçılarıma həvalə edirəm. Universitet illərində özüm piano arxasında kiçik prelüdlərimi səhnələrdə ifa etmişəm. İndi isə mən sadəcə kənardan izləyirəm. Məşq prosesində göstərişlər verirəm. Bu səbəbdən başıma maraqlı hadisə gəlməyib. Sözsüz ki, ifaçılarla bağlı, əsərlərimin ifaları ilə bağlı olub xoşagəlməz və gözlənilməz hadisələr olub. Bəstəkar heç vaxt yüz faiz olaraq öz əsərinin ifasından razı qalmır.

Yaxın gələcək üçün hansı planlarınız var?

Planlarım çoxdur. Yeni əsərlər üzərində işləyirəm. Yeni layihələr gözlənilir. İndidən heç nə demək istəmirəm. İnşallah görəcəksiniz, əsas bir yerdə dayanmamaqdır. Çalışmaq, zəhmət çəkmək lazımdır. Kim ki, deyir mən çalışıram, amma alınmır, ona inanmaq olmaz. Zəhmət çəkənin Allah zəhmətinin qarşılığını mütləq verir, mütləq. Gec olsa da verir. Yetər ki, siz ruhdan düşməyin və davam edin.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5601   Tarix: 05 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287