Onsuz həyatın mənası yoxdur...

Onsuz həyatın mənası yoxdur...Həyata məna qatan nədir?

İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma..." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürümü bildirmək istərdim.

Sual isə belə idi:

Bəs inancsız nə etsin?!

"Yazıdakı məsləhətlər inanclı birisi üçün keçərli ola bilər, ən uzağı... Bəs inancsız biri nə etməli? Onu necə yaşama bağlamaq olar? Bu haqda nə kimi tövsiyələr ola bilər, görəsən?! Yatmaqla düşüncəni insan özündən necə uzaqlaşdıra bilər? Zatən, oyanandan sonra yenə də həmin düşüncələr bir kabus kimi səni narahat etməyə davam edəcəkdir... Sayğılar..."

İlk öncə oxucuya təşəkkür edirəm.

Gözəl sualdır. Dolğun cavablandırmaq üçün ikinci məqalə yazmaq gərək. Bilirsiz, bu nəyə bənzəyir? Sanki soruşsaz ki, ümidsiz insana necə təsəlli verək? Deyərəm, ümid verməklə... Dərmansız xəstəni necə sağaldaq? Dərman verməklə... Duzsuz yeməyə necə dad qatmaq olar? Duz əlavə etməklə...

Sizin sualınıza da belə cavab verərdim: inancsız insanı intihardan ona inanc verməklə xilas etmək olar... Çunki həqiqətən, hər şeyə məna qatan inancdı... Ümumiyyətlə, həyata baxışın düzgün olması üçün insanın inancı düzgün olmalıdır.

İnsan daim düşünməlidir: "Haradan gəlib? Haradadır? Hara gedəcək?" Bu üç sual onun əqidəsini formalaşdırır. Bir insan heç bir YARADANIN, sorğu-sualın olmadığını düşünsə, ona hər şey mənasız gələcək. Yaşamaq mənasızdır. Yaxşı ya pis olmağın fərqi qalmır. Cəngəllik həyatı kimi olur həyat… Boşuna əzab çəkmək nəyə lazımdır? Kimə görə səbr etsin? HEÇ KİM...

Əgər hansısa bir dəyərli insan, sevdiyi şəxs varsa, o kəsin bu intihardan sonra nələr çəkəcəyini xatırladıb, bəlkə də çəkindirmək olardı… Amma, "bir az əzab çəkib, unudar", - deyə düşünsə, bu da insanı saxlamaya bilər…

Allaha inam həyata məna verir. Bir çoxlarını intihardan saxlayan elə məhz cəhənnəm qorxusu, Allahın qəzəbindən çəkinmək olur. İnsan çətinliklərin məhz RAHATLIĞA aparan yol olduğunu anlasa, dözmək də daha asan olar… Həyat ağ-qara zolaqlardan ibarətdir… Daim yaxşı ya daim pis olmur… İnsanlar adətən intiharı səbr edə bilmədiklərini düşündükləri anda edir. Halbuki bir neçə gün (ya hətta saat) səbr etsələr, artıq o qədər də ölümə tələsməyəcəklər…

YATMAQ məsələsini də, yarı zarafat olsa belə, məhz buna görə deyirəm. Yuxu sanki yorucu həyata "reklam fasiləsi" kimidir . Beyin dincəlir, zaman qazanır və daha yaxşı düşünməyə çalışır… Sınaqdan keçirin. Yatıb-durduqda problemlər əvvəlki qədər dəhşətli görsənmir. Bəzən də yuxu kimi gəlir. Problemlərdən qaçmaq yox, onları HƏLL ETMƏYƏ ÇALIŞMAQ lazımdır… Güclü insan HEÇ YIXILMAYAN insan deyil, yıxıldıqda AYAĞA QALXA BİLƏN insandır… Güclü ya da zəif olmaq isə öz seçimimizdir…

Keçək Allahın varlığı məsələsinə. Bu bəhs artıq bir məqaləyə sığmayacaq qədər genişdir. Ümumiyyətlə, Yaradanın olması zəmanəmizdə o qədər aşkardır ki, bunu anlamaq üçün sadəcə ağıl işlətmək gərəkdir. Ən sadə bir sübüt isə dünyadakı nizamdır. Hüceyrədən tutmuş, sonu bilinməyən kosmosa kimi… Bir kitabın hərflərin təsadüfi toplumundan əmələ gəldiyini, bir gözəl qadın şəklinin boyaların təsadüfi qarışığından düzəldiyini qəbul etməyən ağıl, necə bu qədər dəqiqliklə ölçüb-biçilmiş kainatın təsadüfən peyda olduğunu qəbul edə bilər?!.

Tixomir Dimitrovun "Onlar Allaha İnanırdılar: 50 Nobel mükafatçısı" kitabı bir çox alimlərin Allaha inancı olduğunu sübut edən sitatlar toplumudur.

Məsələn, ilk olaraq, dahilər sırasında adı çəkilən Albert Eynşteynin bu sözlərini yazmaq istərdim:

"İnsan təbiətin sirlərinə nə qədər dərindən nüfuz edirsə, Tanrıya bir o qədər çox heyran olur… Dinsiz elm axsaq, elmsiz din kordur… Həqiqi din - əsl həyatdır".

Və yaxud fizika üzrə Nobel mükafatı laureatı Maks Plank deyib:

"Təsadüfi deyil ki, bütün dövrlərin ən dahi mütəfəkkirləri qatı dindar insanlar olublar".

Fizika üzrə daha bir Nobel mükafatı laureatı Robert Millikenin bu sözləri də maraqlıdır:

"Mən təsəvvür edə bilmirəm ki, əsl ateist necə alim ola bilər… Əksər dahi alimlər dərindən dindar insanlar olublar ki, bunu onların həyatı da sübut edir: ser İsaak Nyuton, Maykl Faradey, Ceyms Klerk Maksvell, Lui Paster… Həyatda hər şeydən vacib mənəvi və ruhi dəyərlərə, həyatın əhəmiyyətə və mənaya malik olduğuna inanmaq, bizim harasa getdiyimizə inanmaqdır! Bu alimlərdə bu cür inam olmasaydı, onlar çətin ki belə dahi olardılar".

Fizika üzrə Nobel mükafatı laureatı Çarls Tauns isə deyir:

"Din kainatın məqsədini, elm isə onun təbiətini və xarakteristikasını başa düşmək cəhdidir, çünki elm və din bir-biri ilə sıx əlaqəlidir… Elm kainatın quruluşunu, din isə onun mənasını başa düşməyə can atır. Elm və dini bir-birindən ayırmaq qeyri-mümkündür".

Sonuncu sitatı isə Fizika üzrə Nobel mükafatı laureatı Artur Şavlovdan gətirmək istərdim:

"Mənə elə gəlir ki, kainatın və həyatın möcüzələri qarşısında təkcə "necə" deyil, həm də "niyə" sualını vermək lazımdır. Bu suala yalnız din cavab verir… Dünya o qədər heyrətamizdir ki, mən onun guya sırf təsadüf nəticəsində meydana gəldiyini təsəvvür belə edə bilmirəm".

Əlbəttə, alimlərin etirafları bunlarla bitmir, lakin bundan artıq oxucuları yormaq istəmirəm. Maraqlananlar kitabın özünə müraciət edə bilərlər. Məncə, düşünən biri üçün elə bunlar da kifayət edər.

Nə isə… Mövzu çox genişdi. Ümid edirəm, fikirlərimi çatdıra bildim…

Uzun sözün qısası, Allah olmasaydı, bu qədər zülmlə, ədalətsizliklə dolu dünyada heç mən özüm də yaşamaq istəməzdim. :) Ona görə də inancsız birinə bir yol göstərmək qüdrətimdən xaricdir…

(İslaminsesi.info)

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 3836   Tarix: 25 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

TOP MP3