Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLARMəşhurlar karantini necə keçirdiklərindən və peşmanlıqlarından danışdılar.

BiG.AZ məşhurlara "Bu karantin dövrü sizə ən çox nəyi öyrətdi?" və "Karantindən əvvəl nəyi etmədiyiniz üçün peşmansınız?" suallarını ünvanladı.

.

Verilən cavabları təqdim edirik:

Aparıcı və aktrisa Aysel Nazim:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR"Karantin vaxtı sağlamlığın ən böyük zənginlik olduğunu öyrəndim. Çalışdığım üçün ailəmə çox zaman ayıra bilmirdim. Bu dövrü onlarla keçirdim, oğlumla daha çox oyunlar oynadım, ona nələrisə öyrətməyə çalışdım, sosial mediada daha çox aktiv olduq, maraqlı videolar paylaşdıq.

Peşmanlığa cavabım isə İtaliyaya səyahət olacaq. Hər zaman görmək istədiyim şəhərlər Roma, Milan və Venesiyadır. Təəssüf ki, həmişə təxirə salırdım, bu dəfə də keçdi. Növbəti yay gedərəm və ya payızda gedərəm deyirdim, beləcə zaman keçirdi. Kaş ki, gedərdim".

Müğənni Roza Zərgərli:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR"Karantin dövrü mənə sadəcə evdə daha çox zaman keçirtməyi öyrətdi. Belə başqa bir dəyişiklik olmadı. Birdəki böyük kütlədən uzaq olduq. Biz sənət adamlarının böyük kütlədə çıxış etmək, insanları əyləndirmək, sevinc bəxş etmək kimi məqsədimiz varıydı amma bu karantin dövründə bunlardan uzaqlaşdıq. Ən çox kütləsiz necə qalmağı öyrəndik.

Karantin öcəsi peşmanlığını çəkdiyim nəsə olmayıb. Heçnəyə peşman deyiləm. Doya-doya həyatımızı yaşamışıq. Amma İnşAllah bu günlər də çıxıb gedər".

Aktrisa Oksana Rəsulova:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR"Bu karantin dövrü mənə həyatın, havanın, hər şeyin qiymətini daha yaxşı bilməyi və daha yaxşı dəyərləndirməyi öyrətdi. Allaha daha da yaxın olub sığınmağı, insanlara daha çox dəyər verib, eşitməyi öyrətdi.

Bağ evi tikdirmədiyim üçün peşmanam. O qədər istəmişəm amma hər zaman nəsə çatışmayıb; ya pul ya da həvəs. Lakin indi görürəm ki, bağ evi olsaydı karantin günlərində orda qalardıq. Zarafat edirəm. Nə yaxşı ki, rayonda evimiz var, peşmanlığım yoxdur".

Aktyor Şəhriyar Əbilov:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR"Karantin dövrü mənə 10 yaşında tərk etdiyim rəsm çəkmək sevgisini qaytardı və təbiətə sevgimi artırdı. Hər şeyin qədrini bilməyi öyrətdi. Bu karantində 10-a yaxın rəsm çəkmişəm. Artıq rəssamlıqla bağlı "Instagram"da səhifəm də var.

Peşmanlığım isə vaxtımın qədrini bilməməyi deyərdim. Yəni bu dövrdə rəsm öyrəndim və vaxtımın qədrini bilərək daha faydalı işlərlə məşğul oluram. Valideynlərimə vaxtımı az ayırırdım ona peşmanam. İndi isə daha çox onlarla oluram".

Produser Təranə Səmədova:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR"Karantin dövrü mənə doğmalarıma, sevdiklərimə daha çox dəyər verməyi, daha çox evdarlığı, daha çox biş-düş etməyi, qızımın dərsləri ilə daha artıq məşğul olmağı, bir də əsl dostlarımı saxta dostlarımdan ayırmağı öyrətdi.

İkinci suala gəldikdə isə əslində, peşman olduğum birşey yoxdur. Amma xırda sayıb dəyər vermədiyimiz bir çox şeylərimizə daha çox dəyər verməyi öyrəndik".

Rejissor və aktyor Elvin Əhmədov:

Məşhurların karantin günləri və peşmanlıqları - FOTOLAR"Karantin dövrü mənə dünyada dünya boyda yalanın var olmasını öyrətdi. Söhbət virusdan, xəstəlikdən getmir, mən bunlara inanıram. Ancaq bütün bunların niyə baş verdiyini, o düymənin niyə basıldığını həqiqətən öyrənmək istərdim.

İkinci suala cavabım isə: əsəblərimi müalicə etmədiyim üçün peşmanam".

Elmir Kərimli


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3503   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gözəllik yarışmasında DƏHŞƏT: iştirakçı hündürlükdən yıxıldı - VİDEO

"Miss Universe Latina" müsabiqəsində dramatik hadisə baş verib. Kuba əsilli amerikalı iştirakçı Laura Peres təxminən üç metr hündürlükdən birbaşa səhnəyə yıxılıb. xarici mediaya istinadla bildirir ki, insident "Jump for the Crown" adlı qeyri-adi mərhələdə baş verib. Qaydalara əsasən

22.07.2025 443
.

Hazal Kaya imicini dəyişdi

Hazal Kaya imicini dəyişərək saçlarını sarı rəngə boyayıb. xəbər verir ki, o, sosial mediada paylaşım edib. "Sarışınlar daha çox əylənir dedilər, görəcəyik" ,- deyə o qeyd edib

23.07.2025 443
.

Fahriye Evcendən yeni FOTOLAR

Aktrisa Fahriye Evcen övladları ilə birgə yay tətilinə çıxıb. xəbər verir ki, o, sosial mediada paylaşım edib. Fotolara minlərlə rəy və bəyənmə gəlib. [hh4-unikal]

23.07.2025 682
.

Ayseldən boşanma iddialarına ilk reaksiya!

Avroviziya təmsilçimiz Aysel Teymurzadə "DreamFest"in firuzəyi xalısına çıxıb. OLAY-ın məlumatına görə, çiçəkli libası ilə diqqət çəkən Aysel jurnalistlərin suallarınl cavablandırıb. Sənətçi bildirib ki, artıq sənət fəaliyyətinə davam edəcək:. "Bu, bir başlanğıcdır. İnşallah davam edəcəyəm"

24.07.2025 1009
.

"Mirasımı işçilərimə verəcəm" - Serdar Ortaç

"Mirasımı işçilərimə verəcəm. Bir ev var bölüşsünlər". xəbər verir ki, bu sözləri müğənni Serdar Ortaç deyib. "Ömrümün 10-15 ili qalıb, ya yox. Uşağım da yoxdur, çox pulum da yoxdur.Mirasımı işçilərimə verəcəm. Bir ev var, bölüşsünlər. Nə uşaq var, nə sərvət. Sadəcə işçilərim var"

21.07.2025 342
.

Sürücüsü Ruhəngiz Allahverdiyevaya qarşı dələduzluq edib

Əməkdar artist Ruhəngiz Allahverdiyeva sürücüsünün ona qarşı dələduzluq etdiyini deyib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, sürücüsü onun pullarını mənimsəyib: . "Bu gün nələr itirdim. Sürücüm maşınımı vurdu. Pul borc verdim, yedi

19.07.2025 234
.

Rəvanın üçüncü dəfə toyu olacaq

Müğənni Rəvan Qarayev üçüncü dəfə evlənir. Axşam.az xəbər verir ki, bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, toy sentybarda olacaq. Xəbəri təsdiqləyən Rəvan "Sentyabrda deyil, amma payız aylarından biridir" deyə, əlavə edib. Onun müğənni atas

19.07.2025 308
.

Məşhur rusiyalı müğənni axtarışa verilib

Məşhur müğənni, Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib. xəbər verir ki, müvafiq informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumat bazasında yer alıb. UTX-nin materiallarındakı məlumatlara əsasən, o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiha

20.07.2025 315
.

Rəqsanə Aysunun atasından danışdı: "Qarmon ifaçısı idi, şükürlər olsun ki..." - VİDEO

Müğənni Rəqsanə İsmayılova birinci həyat yoldaşından danışıb. Bu barədə o, "TikTok" canlı yayımında açıqlama verib. Rəqsanə deyib ki, Aysunun atası ilə 19 yaşında ailə qurub: "Mən oxumağa 16 yaşımda başlamışam, sonra ailəmdə problemlər oldu, valideynlərim icazə vermədi. Sonra 19 yaşımd

20.07.2025 630
.

TOP MP3