Türkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEO

Türkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOVətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Respublikasının rəsmiləri, eləcə də hər bir Türkiyə vətəndaşı Azərbaycan xalqının və ordusunun yanında olduqlarını bütün dünyaya bəyan etdilər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

.

Qardaş ölkənin mənəvi və siyasi dəstəyi xalqımızı nə qədər qürurlandırdısa, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunu, qələbəyə inamını da bir o qədər yüksəltdi. Bu dəstəkdən ruhlanan döyüşçülərimiz sonu zəfərlə nəticələnən bu müqəddəs savaşa atıldılar.

Şəhər və kəndlərimizin bir-birinin ardınca düşmən işğalından azad edilməsinə Türk qardaşlarımızın necə sevindiklərini, fəxarət hissi keçirdiklərini ön cəbhədəki igid oğullarımız da eşidir və özlərini daha güclü, arxalı, daha qüdrətli hiss edirdilər.

Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradında bir millət iki dövlətin prezidentlərinin mötəbər kürsüdə yanaşı dayanması, qəhrəman mehmetçiyin qalib Azərbaycan əsgəri ilə birlikdə daha böyük uğurlara doğru birlikdə irəliləməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmazlığının bariz nümunəsi idi.

O gün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən ölməz Mustafa Kamal Atatürkün, "Biz bir millət, iki dövlətik" fikrinin müəllifi Ulu öndər Heydər Əliyevin, o cümlədən, Ənvər paşanın, Nuru paşanın, Kazım Qarabəkir paşanın, Mürsəl paşanın, Xəlil paşanın da arzuları çin olmuşdu.

Azərbaycan-Türkiyə qardaşlığı bu gün də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etdirilir, möhkəmləndirilir. Biz birlikdə güclüyük. Sabah daha güclü, o biri gün ondan da güclü olacağıq. Əsası isə odur ki, bir millətin hər iki dövlətində əsl vətənpərvər, yurdsevər, millətsevər, hər şeydən öncə, ulularımızın, dədə-babalarımızın qardaşlıq ənənələrinə sadiq olan gənc nəsillər yetişir".

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani müzəffər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən əsarətindən azad etdiyi tarixi və əzəli torpaqlarımızda keçirilən tədbirdə bu barədə daha ətraflı danışıb.

Qardaş Türkiyə Respublikasının Qaradəniz bölgəsinin Samsun ilinin Canik Koçatepe ilkokulu müəllim və şagirdlərinin Azərbaycan əsgərinə göndərdikləri hədiyyə və məktubların təqdimatı qalib vətən əsgərlərinin böyük sevincinə səbəb olub.

Əvvəlcə layihənin müəllifi 2-C sinif müəlliməsi Saadet Tığlının məktubu oxunub:

"Dəyərli Azərbaycan Ordusunun qalib əsgərləri, ölkəniz üçün verdiyiniz qəhrəmanlıqlarla dolu mücadiləni, işğal edilən vətən torpaqlarını tək-tək mərdcəsinə geri almağınız barədə xəbərləri biz yaxından izləyirik. Sizinlə fəxr edirik. Sizin yanınızda olduğumuzu bir daha bildirmək istəyirik. Siz qəhrəmanlıqlar və qərarlılıq ilə irəlilədiyiniz bu yolda yürüyərkən, ürəyi Vətən eşqi ilə dolu Azərbaycan Ordusu əsgərlərinə dəstək olmaq üçün valideynlərimin və mənim hazırladığımız əsgəri ləvazimatları, şagirdlərimizin yazdığı məktubları, çəkdiyi videoları sizlərə ərməğan edirik. Biz həmişə sizin yanınızdayıq. Biz iki dövlətik, canları bir, qanları bir millətik. Ucadır qürurumuz, bir bədəndə iki canıq, Türkiyə-Azərbaycanıq! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!".

Tədbirdə məktublar oxunub, hədiyyələr əsgərlərə təqdim edilib və uşaqların çəkdikləri videolar hərbi qulluqçular tərəfindən böyük marağa izlənilib.

Şagirdlərdən Asya Bahar Konaçoğlunun, Eymen Efe Keskinin, Meryem Qaradənizin, Buse Aşçının, Berat Duranın, Zeynəb Kayanın, Alpərən Çürtükün, Mikail Duykunun, Berk Artulun və digərlərinin sevgi ilə yazdıqları məktublar döyüşçülərə duyğulu anlar yaşadıb. Hər məktubda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının təsviri əsgərlərdə böyük qürur hissi oyadıb.

"Biz bir millət iki dövlətik", "Biz iki ordu bir gücük", "Bizim dualarımız Azərbaycan əsgərinə tuşlanan düşmən qurşunundan sizi hifz edəcək", "Analarımızla birlikdə toxuduğumuz yun corab və əlcəklərin sizi qışın soyuğundan, şaxtasından qoruyacağına əminik", "Sizin kimi qəhrəman əsgəri yetirən anaların əllərindən öpürük", "Tezliklə xidmətinizi başa vurub sevdiklərinizə qovuşmağınızı arzu edirik", "Dualarımız həmişə sizinlədir" sözləri alqışlarla qarşılanıb.

Əslən işğaldan azad edilmiş Qubadlı rayonunun Dəmirçilər kəndindən olan əsgər Ülvi Xasayzadə Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi yeni şeirini oxuyub.

Döyüşçülər samsunlu məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək onlara minnətdarlıq dolu məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.

Türkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEOTürkiyə məktəbliləri Azərbaycan əsgərinə məktublar yazıblar - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 13 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Balakəndə kişi kəsici alətlə qadın icarədara hücum çəkdi

Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd olunub ki, kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələ

14:15 152
.

Pezeşkian: "İranın nüvə proqramının tamamlanması illüziyadır"

İran Prezidenti Məsud Pezeşkian ölkənin silahlı qüvvələrinin İsrailin dərin bölgələrinə zərbələr endirməyə hazır olduğunu deyib. "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Pezeşkian "Əl-Cəzirə" telekanalına bildirib. O qeyd edib ki, İranın nüvə proqramın

11:23 150
.

Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib

Qazaxıstan Respublikasının vətəndaşı Darın Alislamoviç Suyunovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirili

12:21 142
.

DSX-nın hərbçisi vəfat etdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra vəfat edib. DSX mətbuat mərkəzindən -a verilən xəbərə görə, hərbçi bu gün dünyasını dəyişib

15:27 144
.

35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi

Vətən müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb. Qeyd edək ki, Mobil İlqar oğlu Əhmədzad

13:01 364
.

Azərbaycanda torpaq sənədlərinin qeydiyyatında gecikmələrin səbəbi açıqlanıb

Azərbaycanda torpaq istifadəçilərinin sənədləşdirilməsi prosesində gecikmələrin əsas səbəbi texniki çətinliklərdir. "Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlər

15:30 132
.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən fərdi yaşayış evlərinə mülkiyyət hüququ verilə bilər

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən fərdi yaşayış evlərinə mülkiyyət hüququ verilə bilər. xəbər verir ki, bu barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakı

14:01 157
.

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğına Nəzarət İdarəsinə yeni rəis təyin olunub. İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə daxili xidmət mayoru Fəqan Axundov təyinat alı

16:12 132
.

Bakıda quldur dəstəsi tutuldu

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən -a verilən xəbərə görə, iyulun 22-də gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

15:54 132
.

TOP MP3