Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir - VİDEO
Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.
BiG.Az


Xəbərlər Baxılıb: 608 Tarix: 24 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş