Türkiyədə yoluxanların sayı artdı

Türkiyədə yoluxanların sayı artdıTürkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 74 nəfər ölüb.

BiG.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 205 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 10 282 nəfər sağalıb, ağır xəstə sayı isə 1 195 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 683 971 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 556 785 nəfər sağalıb, 28 432 nəfər isə ölüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 465   Tarix: 26 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş