Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq - FOTO

Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq - FOTOVətən müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı Türkiyənin Balıkesir şəhərində yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.

"Report" xəbər verir ki, bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.

Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb.

O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.

Türkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq - FOTOTürkiyədə Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 07 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş