Qonaq getdiyi rayonda itkin düşən gənc tapıldı

Qonaq getdiyi rayonda itkin düşən gənc tapıldıQaxda üç ay əvvəl itkin düşən Abşeron rayon sakini tapılıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, itkin düşmüş hesab edilən Abşeron rayon sakini, 31 yaşlı Babayev Nail Tacik oğlu bu gün Bakı şəhərində tapılıb.

Qeyd edək ki, N. Babayev bu ilin mart ayında Abşeron rayonundan qonaq getdiyi Qax rayonu Qaxbaş kəndindəki yaxın qohumunun evindən çıxıb qeri dönməmişdi. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmamışdı.

N. Babayeyin itkin düşməsi barədə ötən gün Qax rayon Polis Şöbəsində axtarış elan edilmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3357   Tarix: 25 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş