"Kiməsə görə yuvamı dağıtmaram"

"Kiməsə görə yuvamı dağıtmaram"Həyat yoldaşı tərəfindən xəyanətə uğrayan müğənni Kibariyə evliliyi ilə bağlı jurnalistlərin verdiyi sualları cavablayıb.

İfaçı ərinin onu aldatması ilə bağlı deyilən fikirlərə belə münasibət bildirib:

"Ər və arvad olaraq məsələləri evdə həll edirik. Ərim məni çox sevir, əminəm. Ciddi olmayan bir şeyi ciddiyə almıram, biz evdə yaxşıyıq. Kiməsə görə yuvamı dağıtmaram. Mənim haqqımda çox söz çıxdı. "Bu qız qürursuzdur" dedilər, söyləsinlər. Allah buyurur ki, ərinizə qarşı səbirli olun, ona hörmət edin. Mən öz adıma danışıram. Heç kim səhv başa düşməsin. Hörmət edirəm, anamız bizi belə böyüdüb. Hamı özünə baxsın, sonra başqasını tənqid etsin. Hamı xoşbəxt olsun".

Qeyd edək ki, Kibariyənin həyat yoldaşı Əli Küçükbalçıkın otellərdən birində başqa qadınla əl-ələ gəzərkən çəkilən fotoları yayılmışdı.(axşam.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3773   Tarix: 25 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az