İdmançımız İrina Kindzerska Bakıya qayıdıb - FOTO
Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarının cüdo yarışlarında bürünc medal qazanan Azərbaycan millisinin üzvü İrina Kindzerska avqustun 1-də Bakıya qayıdıb.
Azərbaycan Cudo Federasiyasından verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançımızı Federasiyanın əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçunun yaxınları qarşılayıblar.
İrina Kindzerskaya gül dəstələri təqdim olunub və onunla xatirə şəkilləri çəkdirilib.
Pandemiya ilə əlaqədar son ayların gərgin keçdiyini bildirən İrina Kindzerska Olimpiya Oyunlarında mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Tokio Olimpiadasının bürünc mükafatçısı deyib:
"Yaponiyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Yarımfinalda uduzduğum yaponiyalı atlet çox güclü cüdoçudur. Finalda da Kuba təmsilçisi Ortizə qalib gələrək olimpiya çempionu oldu. Buna baxmayaraq Azərbaycanın üçrəngli bayrağını Tokioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir"
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında cüdo üzrə yığma komandamız əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - 9 idmançı ilə təmsil olunub.
İrinanın bürünc medal qazandığı Olimpiadanı Kəramət Hüseynov, Orxan Səfərov, Rüstəm Orucov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və Aişə Qurbanlı medalsız başa vurub.(oxu.az)



BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1467 Tarix: 01 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşuları "Barselona" ulduzundan şikayət edirlər
"Barselona"nın hücumçusu Ansu Fati öz mənzilində səs-küylü yığıncaqlar təşkil edərək qonşuları narahat edir. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Məlumata görə, qonşular gecəyarısından başlayaraq səhərə qədər davam edən, qışqırıq və yüksəksəsli musiqi ilə müşayiət olunan əyləncə mərasimlərində
11.05.2025 687 Spaletti İtaliya millisindən qovuldu
"İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina mənə tutduğum vəzifədən uzaqlaşdırıldığımı dedi". -a istinadla xəbər verir ki, bunu İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti mətbuat konfransında deyib. "Dünən axşam danışdıq və o, mənə dedi ki, millinin baş məşqçisi vəzifəsində
08.06.2025 289 "Qarabağ" gəlirlərini açıqladı - 34 milyon
"Qarabağ" Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, klubun maliyyə hesabatında qeyd olunub ki, ötən il üçün Ağdam təmsilçisinin ümumi büdcəsi 34 milyon 753.8 min manat təşkil edib. Sənəd klubun rəsmi saytında dərc olunub. Hesabatda qey
12.05.2025 606 "Real Madrid" 20 yaşlı müdafiəçinin transferini rəsmiləşdirdi
"Real Madrid" klubu 20 yaşlı müdafiəçi Din Höysenin transferini açıqlayıb. xəbər verir ki, "Kral" klubu 195 sm boyu olan müdafiəçi üçün "Bornmut"a 60 milyon avro ödəyib. Qeyd edək ki, tərəflər arasında beşillik müqavilə imzalanıb
17.05.2025 469 Türkiyə liqasında yeni qərar: 25 yaşından yuxarı sadəcə beş futbolçu çıxış edə biləcək
Türkiyə Futbol Federasiyası II Liqa klublarına yeni qərar tətbiq edəcək. "SporX"ə istinadən xəbər verir ki, Türkiyənin II Liqasında çıxış edən klubların heyətində yaşı 25-in üstündə olan yalnız beş futbolçuya icazə veriləcək. Qeyd edək ki, bu qərar 1500-dən çox futbolçunun karyerasını risk
17.05.2025 479 Mahir Emreli: "İnsanlar məni görməzdən gəliblər"
"Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam". -a istiandən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli jurnalistlərə açıqlamasında deyib. O, bəzən işlərin yolunda getdiyini, bəzən isə çətinliklərlə üzləşdiyini bildirib:. "Bir çox insanlar məni görməzdə
28.05.2025 446 "Sabah" Azərbaycan çempionu oldu
"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub. "Qafqazinfo" xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda "Neftçi"yə 83:78 hesabı ilə qalib gələn "bayquşlar" qızıl medallara sahib çıxıblar. Rimas Kurtinaytisin rəhərli
14.05.2025 738 Qurban Qurbanovdan Bəhlula dəstək? - Foto
Bu gün Azərbaycan Kubokunun final görüşündən öncə keçirilən mətbuat konfransına "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Bəhlul Mustafazadə ilə gəlib. "Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssisin bu addımı futbolçuya dəstək kimi şərh edilib. Buna səbəb isə "Qarabağ"ı
29.05.2025 521 Araz Musayevin Türkiyədə bıçaqlanmasının ANBAAN GÖRÜNTÜLƏRİ
Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub. -ın məlumatına görə, hadisə Türkiyənin Antalya şəhərində baş verib. Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb
28.05.2025 1475