Azərbaycanı MDB Oyunlarında atası ingilis olan qız idmançı təmsil edəcək
I MDB Oyunlarının proqramında yer alan muay tay (Tailand boksu) idman növündə Azərbaycanı qız atlet Leyanna Mari Sayer təmsil edəcək.
Ad-soyad əcnəbi olduğundan, ilk baxışdan düşünmək olar ki, o, əcnəbidir və digər idman növlərində olduğu kimi milliləşdirilib. Lakin Oxu.Az-ın əldə etdiyi məlumata görə, Leyanna əcnəbi sayılmır.
Bu yeniyetmə idmançı Bakıda yaşayır. Onun atası ingilis, anası isə azərbaycanlıdır. Valideynlər boşandıqlarından, Leyanna hazırda anası ilə Bakıda qalır.
Qeyd edək ki, 14-23 yaşlı idmançıların yarışacağı, 4-11 sentyabr tarixlərində Kazanda keçiriləcək I MDB Oyunlarında Azərbaycan muay tayda altı idmançı ilə təmsil olunacaq. Ölkəmiz adından bu yarışda Leyanna Mari Sayerdən başqa, Musa Nuruzadə, Əli Əliyev, Məhər Əsədzadə, Rəvan Ağazadə və Məmməd Əmrəliyev mübarizə aparacaq.(oxu.az)
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 847 Tarix: 21 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fənərbağça" Kresponu transfer etdi
İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )
05.09.2021 709 Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib
Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd
28.08.2021 641 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349 Hacı Əliyev əməliyyat olunacaq
Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd
30.08.2021 1023 Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5
22.08.2021 758 Pele əməliyyat olundu
Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin
06.09.2021 1378 MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı
Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı
11.09.2021 671 "Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 Dünya çempionumuz koronavirusa yoluxdu
Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal
31.08.2021 1111