ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var
Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?
BiG.AZ xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzin həkim narkoloqu, Almaniyada təcrübə keçən həkim Pərvin Abbaslı Sonxeber.az-a narkotikdən asılılığın müalicəsindən danışıb.
O bildirib ki, əsl adı metamfetamin olan "patı" narkotik maddəsinin qəbulu infarkt və insulta, psixoza, hallüsinasiyalara gətirib çıxarır:
""Patı" narkotik vasitəsi çox təhlükəli sintetik maddədir. Uşaqlarda hiperaktivliyin müalicəsində istifadə olunan "Ritalin"in də tərkibində az miqdarda bu sintetik maddədən olmasına baxmayaraq, metamfetamin ayrılıqda çox zərərli maddədir.
Qeyd edək ki, "Ritalin" preparatı psixostimulyantların qrupuna aid bir dərman məhsuludur".
Narkoloq bu xəstələrin müalicəsində ilkin olaraq xəstəyə motivasiya verilməli olduğunu söyləyib:
"Narkotik aludəçisi olan xəstəni ilk öncə müalicənin effektivliyinə inandırmaq lazımdır ki, o, müalicə olunmaq istəsin. Çünki istəməsə, biz ona heç cür kömək edə bilmərik. Müalicə bir neçə mərhələdən ibarətdir, medikamentoz dərman vasitəsi ilə, detoksla (yəni bədənin yuyulması mərhələsi) və psixoterapevtik metodlarla yanaşı aparılır. Bundan başqa, sonrakı mərhələlərdə xəstə istəyərsə, reabilitasiya mərkəzlərinə də gedə bilər, seanslarla psixoterapiya dəstəyi də ala bilər.
Bu narkotik vasitəsi sintetik maddə olduğundan fəsadları olduqca təhlükəlidir. Narkomaniya çətin sağalsa da, müalicəsi var. Lakin müalicədə əsas şərt odur ki, çox tez üstünə düşülsün. Geçikmiş hallar daha ağır fəsadlar törədir. Bu səbəbdən xəstə vaxtında müalicə olunarsa, orqanizm daha az, qalıcı olmayan fəsadlarla ötüşə bilər".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3113 Tarix: 07 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
19:30 0 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 760 Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf
Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm
08.10.2026 770 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 922 Hər gün üzüm yesək, nə olar?
Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır
01.11.2026 461 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 772 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 946 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13.10.2026 786 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 506