Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ: Bu evlərə "kupça" vermək mümkün olmayacaq - AÇIQLAMA

Sənədsiz evlərdə yaşayanların DİQQƏTİNƏ: Bu evlərə "kupça" vermək mümkün olmayacaq - AÇIQLAMA"Çıxarışlı mənzil alarkən vətəndaş mənzilin sənədlərini yoxlatdırmalıdır. Mənzil kimin adınadır, sahibi sağdırmı, evi satırmı, qeydiyyatda neçə nəfər var, qeydiyyatda olan şəxslər mənzilin satılmasına razıdırmı və s. bu suallara cavab tapmalıdır. Amma problem o halda başlayır ki, evin sənədi olmur. Əgər sənədsiz evlərə əmlak çıxarışlarının verilməsi ilə bağlı qərar verilsə, Bakı və Abşerondakı tikililərin 30 faizi müvafiq imtiyazdan kənarda qalacaq".

BiG.AZ xəbər ki, bu fikirləri Metbuat.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. Ekspert deyir ki, hazırda Bakı və Abşeron ərazisində 500 minə yaxın çıxarışsız fərdi həyət evi sənədləşmə üçün gözləsə də, evlərə çıxarış verilməsi üçün ilk növbədə torpağın təyinatı dəyişməlidir.

Çıxarışlı mənzillər və evlər satılan zaman vətəndaş alqı-satqı prosesi zamanı evin hər kvadratına görə vergi ödəyir. Belə ki, fərdi evlərin bir şəxsdən digər şəxsin adına keçirilməsi minimum 2000 min manata başa gəlir. Bu evlər satılan zaman itirən dövlət olur. Nadir halda isə sənədsiz ev alan vətəndaşların vəsaitləri təhlükəyə düşür. Elə mənzillər var ki, nəinki 30 il, hətta daha əvvələ aid tikililərə belə sənəd verilməyib. Məsələn, Bakının Yasamal rayonunda "Alatava", "Papanin", "Köhnə Sovetski" ərazilərində çıxarış yoxdur. Buradakı evlərin yaşı bəlkə də 80-100 ilə bərabərdir. Buna baxmayaraq, çıxarış verilmir. Lakin qanunvericilikdə belə bir müddəa var ki, əgər bir vətəndaş bir mənzildə 30 il yaşayırsa, 30 il ərzində həmin mənzilə iddiaçı çıxmayıbsa və orada yaşamasını sübut edən amillər varsa, vətəndaş bu minvalla həmin evə çıxarış ala bilər".

Elnur Fərzəliyev qeyd etdi ki, sənədsiz evlərlə bağlı amnistiya olsa, bu tikililərin təxminən 70 faizdən çoxu çıxarışla təmin oluna bilər. Yerdə qalan 30 faizinə isə düşünürəm ki, çıxarış vermək mümkün olmayacaq.

"Çünki həmin evlər çox təhlükəli yerlərdə, yüksəkgərginlikli elektrik xətlərinin altında tikilib. Ümumilikdə çıxarışların verilməsi həm vətəndaş, həm də büdcə üçün faydalı olar. Bundan başqa, əmlak bazarında etibarnamə ilə mənzil və ya fərdi evlər satılır. Etibarnamə ilə alqı-satqı aparmaq təhlükəlidir. Bu alqı-satqını aparan zaman satan tərəf bir neçə ay sonra verdiyi etibarnaməni ləğv edə bilər. Bu zaman alıcının həmin proses zamanı xərclədiyi vəsaiti təhlükəyə düşür".

E.Fərzəliyev qeyd edib ki, bu səbəbdən vətəndaşlar mənzil alqı-satqısı zamanı hüquqşünasa müraciət etməli və hüquqi əsaslarla alqı-satqı etməlidirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3506   Tarix: 13 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089