"Azərişıq" abonenti, abonent də "Azərişığ"ı günahlandırır - Əsl SƏBƏB nədir?

"Azərişıq" abonenti, abonent də "Azərişığ"ı günahlandırır - Əsl SƏBƏB nədir?Dünən saytımızda "Azərişıq" ASC-dən toplu şəkildə şikayət gedib. Belə ki, insanlar qeyd edirlər ki, evdə olmadıqları, əvvəlki qaydada elektrik enerjisi istifadə etdikləri halda aylıq işıq pulu keçən aylara nisbətən çox gəlib. Qeyd etmək istəyirəm ki, xəbər saytımızda getdikdən sonra "İnstagram" sosial şəbəkəsində də paylaşıldı. Orada, həmçinin, bununla bağlı çox sayda şikayətlər və narazılıqlar qeyd olunub. Bu narazılıqlarla tanış olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər

Sonxeber.az saytının əməkdaşı "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb.

.

Onun sözlərinə görə, avqust ayında digər aylara nisbətən elektrik enerjisi sərfiyyatı rekord həddə çatıb:

"Ərazilər üzrə avqust ayı üçün elektrik enerjisinə tələbatda rekord göstərici qeydə alınıb. Belə ki, avqust ayında havanın temperaturunun mövsüm normasından yuxarı olması səbəbindən soyutma və havalandırma avadanlıqlarının istifadəsinə tələbat yüksək olub. Bu da, təbii olaraq, elektrik enerjisi istehlakının artmasına səbəb olub. Cari ilin avqust ayı ərzində enerji təlabatı göstəricisi 2020-ci il ilin müvafiq dövrü ilə müqayisədə gündəlik ortalama 16,1 milyon kVt/s artıb. Avqust ayının 10-da elektrik enerjisinin günlük tələbatı "Azərişıq" ASC üzrə 72,2 milyon kVt/s qeydə alınıb ki, bu da elektroenergetika tarixində rekord göstərici olub. Avqust ayında ümumi artım keçən ilin müvafiq dövrü ilə müqayisədə 500,0 milyon kVt/s-dır.

"Azərişıq" ASC tərəfindən abonentlərə xəbərdarlıq edilir ki, soyutma və havalandırma avadanlıqlarından fasiləsiz istifadə enerji artımına səbəb olur ki, bu da istifadə edilən elektrik enerjisinin dəyərini artırır. İstifadə edilən elektrik enerjisinin dəyərinin artması növbəti hesabat ayında təqdim olunan bildirişlərdə öz əksini tapacaq. Abonentlərimizdən bir daha xahiş olunur ki, elektrik enerjisindən istifadədə təhlükəsizlik qaydalarına riayət etsinlər. Həmçinin, hər bir abonent sahə personalına müraciət etməklə sayğac göstəricilərinin qeydiyyata alınmasında şəxsən iştirak edə bilər.

Ayrıca qeyd etmək istəyirəm ki, oxunma qrafiklərindən kənarlaşmaların aradan qaldırılması, indeks göstəricilərinin sistemə daxil edilməsində insan faktorunun və xətanın 0-a endirilməsi, eyni zamanda hesabat dövrünün qüsursuz icra edilməsi üçün "Azərişıq"ASC-də yeni layihələrdən biri olan "sayğacların optik göz vasitəsilə oxunması" işi reallaşdırılır. Sayğac göstəricilərinin birbaşa sistemə ötürülməsi insan faktoru olmadan həyata keçirilir. İstehlakçılarımız tərəfindən elektrik enerjisinin istifadəsinə dair hər hansısa bir problem olduğu təqdirdə "Azərişıq"ASC-yə məxsus info@azerishiq.az elektron poçt ünvanına və ya 199 "Çağrı Mərkəzi"nə müraciət etmələri tövsiyə olunur".

"Azərişıq" abonenti, abonent də "Azərişığ"ı günahlandırır - Əsl SƏBƏB nədir?"Azərişıq" abonenti, abonent də "Azərişığ"ı günahlandırır - Əsl SƏBƏB nədir?Çox sayda şikayətçilər var ki, enerji istifadəsini artıracaq əlavə vasitələrdən istifadə etmədiklərini deyirlər. Hətta yuxarıda da qeyd etdiyimiz kimi, evdə olmadıqları halda işıq pulunun çox gəldiyini vurğulayanlar olur. Ümid edirik ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ana və 3 yaşlı qızının meyitləri tapıldı

Türkiyədə evdə ana və qızının meyiti tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Qaziantep şəhərinin Şahinbəy qəsəbəsində baş verib. 27 yaşlı Seçil Kaymakçı və 3 yaşlı qızı Nilvaradan xəbər almayan qohumları polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər qapının bağlı olduğunu görüblər

00:17 118
.

İsrail ölkənin turistlər üçün tam təhlükəsiz olduğunu açıqlayıb

"Ölkəmizə səfər edən şəxslərin narahat olması üçün heç bir səbəb yoxdur, İsraildə turistlər üçün təhlükəli ərazilər mövcud deyil". TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri İsrailin Turizm Nazirliyinin baş direktoru Dani Şahar deyib. D.Şaharın sözlərinə görə, hətta İsrailin şima

07.06.2025 112
.

İlon Mask Trampla bağlı qalmaqallı paylaşımını sildi

İş adamı İlon Mask daha əvvəl "X" hesabında yazdığı və Donald Trampın ABŞ-li maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə adının hallandığını iddia etdiyi paylaşımı silib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Məlumata görə, linkə keçid edilən zaman yazı artıq mövcud deyil

07.06.2025 154
.

Ukrayna 6000 hərbçinin cəsədinin qaytarılmasını təxirə saldı

Rusiya tərəfi Ukraynanın hərbi məhbusların dəyişdirilməsi və həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsi üzrə humanitar aksiyanı qeyri-müəyyən müddətə təxirə saldığını bildirib. -ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib

07.06.2025 134
.

Ordubadda meyxanaçıya söz atan 38 yaşlı kişi kafedə DAVA SALDI

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kafedə dava olub. BİG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, hadisə iyunun 5-də saat 00:30-da Aza kəndində baş verib. 1987-ci il təvəllüdlü Azər Məmmədov (ad-soyad şərti verilib - red.) həmin kənddə yeməkxanada ictimai qaydanı pozub, poli

07.06.2025 188
.

Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ

Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloqer ölüb. "Guava Beauty" adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib. O, xüsusilə dodaq boyası və ənlik kimi məhsulları kamera qarşısında yeyərək izləyicilərinin diqqətini cəlb etməyə çalışıb

07.06.2025 225
.

Tovuzda valideynlərdən zinət əşyası tələb edən müəlliməyə TÖHMƏT VERİLDİ

Tovuzda valideynlərdən hədiyyə olaraq zinət əşyası tələb edən müəlliməyə töhmət verilib. Bu barədə -ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. "Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliməsin

07.06.2025 197
.

Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Türkiyədən gətirilmiş 20,4 ton pomidoru ölkəyə buraxmayıb. "Report" bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, iyunun 4-də "Rosselxoznadzor"un Cənub Vilayətlərarası İdarəsini

07.06.2025 190
.

3 nəfərin həlak olduğu qəzanın görüntüləri - Video

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, DİN qəza anının görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

07.06.2025 322
.

TOP MP3