Azərbaycanda bu günə kimi hansı məmur öz istəyi ilə istefa verib? - Kreslodan əl çəkə bilənlərin SİYAHISI

Azərbaycanda bu günə kimi hansı məmur öz istəyi ilə istefa verib? - Kreslodan əl çəkə bilənlərin SİYAHISIAzərbaycanda istefa mədəniyyətinin formalaşmadığını çoxumuz bilirik. Yəni həç bir məmur prezident onu vəzifədən kənarlaşdırmayınca öz postundan getmir. Bu birmənalı qaydadır sanki.

Dünya təcrübəsi ilə müqayisə etdikdə isə Azərbaycan reallığında istefa ənənəsi formalaşmayıb.

.

Dünya ölkələrində yüksək çinli məmurların kiçik bir narazılığa görə istefa verməsi normal hal kimi qarşılanırsa, bizdə vəziyyət tam fərqlidir - məktəb direktorundan tutmuş nazirə kimi heç bir vəzifəli şəxs öz postunu öz xoşuna tərk etmək haqda düşünmür. Əksinə onlar vəzifə kreslosunu başqasına verməmək üçün canfəşanlıq etdirlər.

Son olaraq TƏBİB sədri Ramin Bayramlının öz ərizəsi ilə işdən çıxması, Azərbaycanda məmurlara xas olmayan nadir davranışlardan biri ilə bizi tanış etdi. Və eyni zamanda yeni bir sualın yaranmasının da əsasını qoydu:

Azərbaycanda bu günə qədər hansı məmurlar öz ərizəsi ilə işdən çıxıb?

AZXEBER.COM keçmişdən bu günə kimi tutduğu vəzifədən istefa verən məmurların siyahısını hazırlayıb.
Həmin siyahını təqdim edirik:
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Azərbaycanın müstəqillik dönəmində istefa verən ilk yüksək vəzifəli şəxs olub.

O, 1993-cü ildə ölkə başçısı Heydər Əliyev tərəfindən Bakıya dəvət olunmuş və həmin il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilmişdi. O 1994-cü ilin yanvarında bəyan verərək, istefa verib. Bununla da Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yarandı. Onu da qeyd edək ki, 2005-ci ildə millət vəkili seçilən Lalə Şövkət o zaman da deputatlıq mandatından imtina edən ilk xanım siyasətçi kimi də tarixə düşüb.

Milli Məclisin hazırki deputatı Sabir Rüstəmxanlı vaxtilə nazir postundan istefa verib. 1991-ci ildə Ayaz Mütəllibovun hakimiyyəti dövründə mətbuat və informasiya naziri vəzifəsinə təyin olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri S.Rüstəmxanlı 4 ildən sonra 1995-ci ildə tutduğu vəzifədən istefa vermişdi.

1996-cı ilsentyabrın 11-də Azərbaycanı şoka salan daha bir istefa baş verdi. O zaman Milli Məclisin sədri Rəsul Quliyev istefa verdi. O, elə həmin ildən ABŞ-a mühacirət etdi və hələ də orada yaşayır.

1992-ci ildən Xarici İşlər Nazirliyində şöbə müdiri, idarə rəisi, nazir müavini və daha sonra Xarici İşlər naziri olan Tofiq Zülfüqarov də istefa verənlər sırasındadır. O, 1999-cu ildə öz ərizəsi ilə vəzifəsindən gedib.

"Azərros"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov keçmişdə Nazirlər Kabinetində yüksək postlardan birində yer almışdı. O, 1992-ci ildən 2006-cı ilədək Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olan Abbas Abbasov öz ərizəsi əsasında işdən çıxarılmışdı.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə də öz ərizəsi ilə vəzifəsindən istefa verənlər sırasındadır. Qeyd edək ki, o, 1993-cü ildən 2019-cu ilədək ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edib.

30 sentyabr 2019-cu ildə Şirvandan deputat seçilənRafael Cəbrayılov deputat mandatından imtina edib. O, deputat mandatını borc qarşılığında saxlaması ilə bağlı xəbərlər yayılandan sonra öz postundan istefa vermişdi. Bundan sonra keçmiş deputata cinayət işi qaldırılmış və o həbs edilmişdi.

Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi yazıb vəzifəsindən ayrılandan arasındadır.

AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz ərizəsi ilə Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilmişdi.

Prezident İlham Əliyevin çağırışdan sonra istefa verənlərdən biri də Baş Nazirin müavini Əli Həsənov olmuşdu.

Digər öz vəzifəsindən gedən məmurlardan biri dəHacıbala Abutalıbovudur. O da işdən çıxarılması üçün öz ərizəsi ilə müraciət etmiş və sonuncu iş yeri olan Baş Nazirin müavini vəzifəsindən azad olunmuşdu.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 969   Tarix: 15 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Ara

19.07.2025 249
.

İlham Əliyev: "Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir"

"Bizim qlobal iqlim gündəliyinə verdiyimiz töhfəyə gəldikdə düşünürəm ki, Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirib. "Bi

19.07.2025 123
.

ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?

Bir neçə gün bundan əvvəl Böyük Britaniya və Fransanın nüvə silahından istifadə ilə bağlı birgə strateji bəyannamə imzalaması Qərbin nüvə siyasətində dönüş nöqtəsi kimi qiymətləndirildi. Artan hərbi ritorika, bir-birinə yönəlmiş ittihamlar və nüvə arsenalı ilə bağlı açıq bəyanatların qlobal sabitliy

19.07.2025 135
.

Prezident: "Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir"

"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunun iştirakçıları il

19.07.2025 102
.

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB+VİDEO

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda II Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. xəbər verir ki, dövlət başçısı xaric

19.07.2025 167
.

Prezident: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

"Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Şuşa Qlobal Medi

19.07.2025 122
.

Xocalının Təzəbinə kənd sakini: Sanki yenidən yaşamağa başlamışıq

İyulun 14-ü yaşamaq üçün Xocalının Təzəbinə kəndinə qayıdan 28 ailədən birinin üzvü olan Məhyəddin Əmiraslanov 33 illik məcburi köçkün həyatını ömürdən yaşamadığını və köçdən sonra sanki yenidən yaşamağa başladığını deyib. "Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, Təzəbinə kən

19.07.2025 133
.

Avstraliya Ukraynaya "Abrams" tankları verdi

Avstraliya 160 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində "Abrams" tanklarının böyük hissəsini Ukraynaya təhvil verib. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Avstraliya hökuməti bəyanat yayıb. Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, Ukrayna artı

19.07.2025 96
.

Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil

Suriya separatçı layihələr üçün meydan deyil. "Report" Suriya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Əhməd əş-Şaraa Süveyda əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib. Prezident vurğulayıb ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmə

19.07.2025 138
.

TOP MP3